“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
460
Bilyardxana bazar ertəsi açıldı və bunu hərisliklə gözləyən daimi müştərilər böyük
həyəcan içərisində dərhal içəri doluşdular. Bilyard masasının üzərinə müəssisənin ümumi
ab-havasına matəm çaları verən bənövşəyi örtük çəkilmiş, divardan isə elan asılmışdı:
şarlar itdiyi üçün bilyardxana işləmirdi.
İçəri girənlər elanı elə bir ovqatla oxuyurdular ki, elə bil bu xəbəri ilk dəfə eşidirdilər.
Bəziləri isə elanın qarşısında xeyli dayanıb baxır, qeyri-adi inadkarlıqla onu az qala
gözlərinə təpir, təkrar-təkrar höccələməkdən yorulmurdular.
Ömrünün böyük bir hissəsini bilyardxananın tamaşaçılar üçün skamyasında keçirmiş
Damaso da qapı açılan kimi özünü birincilər sırasında dərhal içəri salmışdı. Təəssüf hissi
keçirdiyini bildirib dərdə şərikliyi izhar etmək uzun iş olmasa da, çox ağır iş idi. O,
piştaxta dalında dayanan sahibkarın çiyninə vurub:
- Müsibətə bax, don Roke, – dedi.
- Neyləmək olar, – kişi başını yellədib acı-acı gülümsədi, sonra köks ötürüb yenə öz işinə
davam etdi və müştərilərə qulluq göstərməyə başladı.
Damaso piştaxtanın yanındakı kətilə çökdü və bənövşəyi kəfənə tutulmuş bilyard stoluna
nəzər salıb mızıldandı:
- Ağlasığmaz işdir!
- Çox dəqiq dedin, – o biri kətildə oturmuş bir kişi dərhal təsdiqlədi, – özü də tövbə
həftəsində!
Bilyardxananın müştəriləri nahar eləməkçün evə dağılı-şanda Damaso musiqi avtomatına
pul salıb tabloda yerini əzbər bildiyi Meksika balladasını yığdı. Don Roke bu vaxt stol-
stulu içəri daşıyıb aparır, bir qıraqdan düzürdü.
- Xeyir ola, neyləyirsiz? – Damaso soruşdu.
- Şar gəlib çıxanacan bir şeylə baş qatmaq lazımdır, ya yox? İstəyirəm stollara kart
qoyam.
Hər əlində bir stul tutmuş don Roke korsayağı inamsızhərəkətiylə təzəlikcə dul qalmış
ahıl adam təsiri bağışlayırdı.
- Şarları haçan göndərəcəklər ki? – Damaso soruşdu.
- Mən biləni, bir aydan çox çəkməz.
- O vaxtacan köhnələr tapılar.
- Hara tapılır? – don Roke sıra ilə düzdüyü balaca stollara göz gəzdirdi, sonra da qoluyla
alnının tərini silib işindən arxayın halda sözünə davam elədi: – Şənbə günündən bəri
zəncini ac saxlayırlar, yenə bir şey çıxmır. Yəqin çaya tullayıb.
Damaso dodağını dişlədi.
- Bəs iki yüz peso?
- O da yoxdu. Zəncinin cibindən otuzca peso çıxıb.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
461
Onlar göz-gözə gəldilər. Damaso hətta istəsəydi belə, heç cürə izah edə bilməzdi ki, niyə
bu toqquşan nəzərlər ona iki iştirakçının baxışlarını andırdı. Günün axırlarında onun evə
hansı ovqatla qayıtdığını Anna elə camaşırxanadanca gördü: Damaso xəyali rəqibə zərbə
endirən boksçu kimi atıla-atıla yeriyirdi. Əri-nin arxasınca Anna da otağa keçdi.
- Hər şey qaydasındadı. Qoca şarlardan əlini üzüb, təzələrini sifariş verib. İndi bir balaca
səbr eləmək lazımdır ki, ara soyusun, camaat olub-keçəni unutsun.
- Bəs zənci necə olacaq? – Anna soruşdu.
Damaso çiyinlərini çəkdi:
- Necə olacaq ki? Şarları onda tapmayıb buraxacaqlar.
Şam yeməyindən sonra onlar çıxıb küçə qapısının ağzında oturdular; kinonun səsi kəsilib
ətrafa sakitlik çökənəcən qonşularla söhbət elədilər. Yatmağa gedəndə Damasonun kefi
əməlli-başlı kökəlmişdi.
- Ağlıma əntiqə şeylər gəlib, qəşəng işlər fikirləşmişəm.
Anna bildi ki, Damaso bütün axşamı beynində dolandırdığı fikirləri onunla bölüşmək
istəyir.
- Şəhər-şəhər gəzib şarları oğurlayacam. Birindən oğurlayıb o birində satacam. Nə çox
bilyardxana.
- Elə eləyəcəksən ki, axırda səni güllələyəcəklər.
- Yox bir! Güllələmək təkcə kinoda olur.
Damaso otağın ortasında durub öz planlarından əsl şövqlədanışır, Anna soyuna-soyuna
ərini diqqətlə dinləsə də, özünü elə göstərirdi ki, guya bu onun heç vecinə də deyil.
- Kefim istəyən qədər kostyum alacam. Bax, düz burdan buracan, – deyə Damaso əllərini
yana açıb, az qala bütün divarı tutacaq xəyalındakı paltar dolabının həcmini, nə boyda
olacağını göstərdi. – Hələ düz əlli cüt də ayaqqabı.
- Allah işini avand eləsin.
Damaso qaşqabağını tökdü.
- Mənim işlərim səni maraqlandırmır.
- Sənin işlərin çox qəlizdir, beynimə batmır, – Anna işığı söndürdü, divar tərəfdən yerinə
uzanıb dərindən köks ötürdü və sözünə davam edib acı-acı bildirdi: – Mən bircə onu
bilirəm ki, sənin otuz yaşın olanda, mənim qırx yeddi yaşım olacaq.
- Axmağın yekəsi, – Damaso cibini eşələyib siqaret axtardı və yavaşdan əlavə etdi:–
Onda sən daha paltar yumayacaqsan.
Anna kibriti alışdırıb ona uzatdı, sönənəcən alovdan göz çəkmədi, sonra yanıq dənəni
kənara atdı. Damaso yerinin içində gərnəşib təzədən söhbətə girişdi:
- Heç bilirsən şarları nədən düzəldirlər?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
462
Anna cavab vermədi.
- Fil dişindən. Ona görə çətin tapılırlar da, bildin? Gətirib çıxaranacan azından bir ay
çəkəcək, başa dıüşürsən?
- Yat, – Anna onun sözünü yarımçıq kəsib sualını cavabsız qoydu, – mən obaşdan
durmalıyam.
Damaso artıq özünə gələrək, öz təbii vəziyyətinə qayıtmışdı: günün birinci yarısını o,
adətən siqaret çəkə-çəkə yataqda keçirir, günortadan sonra üst-başına əl gəzdirib küçəyə
çıxır, axşamlar bilyardxanaya gəlib beysbol çempionatının radio verilişlərinə qulaq asırdı.
Hər kəsə nəsib olmayan fövqəladə bir qabiliyyət vardı onda: öz ideyalarını hansı həvəslə
işə salırdısa, onları eyni şövqlə də unuda bilirdi.
- Səndə pul var? – şənbə günü Annadan soruşdu.
- On bir peso pul qalıb, – deyə Anna cavab verdi və tez dəmülayim səslə əlavə elədi: – O
da kirəhaqqıdır.
- Qulaq as, gör sənə nə deyirəm.
- Nədi ki?
- O pulu mənə borc ver.
- Kirə haqqını vermək lazımdır.
- Sonra verərsən.
Anna başını buladı. Damaso cəld onun qolundan yapışıb, indicə səhər yeməyi yedikləri
masa dalından qalxmasına imkan vermədi; qadının əlini eyni vaxtda həm nəvazişlə, həm
də fikri dağınıq halda sığallaya-sığallaya dedi:
- Cəmisi bir neçə günlüyə. Şarları satanda hər şeyə pulumuz çatacaq.
Anna razılaşmadı. Axşam klubda kinoya baxdıqları vaxt,hətta fasilə zamanı dostlarıyla
söhbət edərkən də – bütün müddət ərzində Damaso əlini onun çiynindən götürmədi.
Filmə o qədər də diqqətlə baxmırdılar. Axırda Damasonun səbri tükəndi.
- Onda gərək mən pulu hardansa oğurlayam.
Anna çiyinlərini çəkdi. Az sonra Damaso Annanı kinodan çıxan camaatın arasıyla
itələyə-itələyə hədə-qorxuya keçdi:
- Qabağıma birinci çıxanı boğacam, baxarsan, məni adam öldürdüyümə görə
damlayacaqlar.
Anna ürəyində güldü, ancaq öz dediyindən dönmədi.
Bütün gecəni çəkişdilər, səhər tezdən isə Damaso nümayişkaranə bir təhdidlə yerindən
qalxıb tələm-tələsik geyindi və Annanın yanından ötərkən:
- Məni gözləmə, – dedi, – bir də qayıdan deyiləm!
Anna özünü ha sıxsa da, əsməsini gizlədə bilmədi.
Dostları ilə paylaş: |