“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
463
- Yaxşı yol! – deyə onun arxasınca çığırdı.
Qapını arxasınca çırpıb çıxan Damaso üçün upuzun və mənasız bir bazar günü başlandı.
Səkkiz saatlıq ibadətdən sonra uşaqları ilə kilsədən çıxan arvadların göz qamaşdıran açıq
rəngli paltarları, bazarın rəngarəng səs-küyü meydana nəsə bir canlılıq verirdi, amma
hava dözülməz dərəcədə qızmışdı.
O, bütün günü bilyardxanada keçirtdi. Səhər bir neçə kişi oturub orda kart oynayırdı;
nahara yaxın qısa müddətə adam bir az çoxalsa da, açıq-aşkar hiss olunurdu ki,
bilyardxana öz əvvəlki cazibəsini, marağını itirib. Yalnız axşam üstü, beysbol
çempionatından radio verilişləri başlanan zaman bilyardxana həyatı nisbətən öz
məcrasına qayıdıb ötən vaxtları xatırladırdı.
Bilyardxana bağlanandan sonra Damaso birdən ayıldı ki, bayaqdan bəri az qala qan-tər
içində, məqsədsiz-filansız şəkildə veyillənə-veyillənə hansısa meydana doğru
addımlamaqdadır. O, sahil küçəsinə paralel şəkildə uzanıb gedən yolla, xeyli
aralıdaneşidilən şən musiqi sədalarının havasına üz tutub irəliləyirdi. Bər-bəzəyi təkcə elə
rəngi bozarmış zəncirvari, bürməli-naxışlı kağızdan ibarət olan iri rəqs salonu bomboş
idi; salonun dərinliyindəki taxta estradanın üstündə balaca bir orkest çalırdı. Qadın
pomadasının boğucu ətri adamın nəfəsini kəsirdi.
O, keçib piştaxtanın böyründəcə oturdu. Musiqi nömrəsi başa çatan kimi, orkestrdə
boşqab dınqıldadan yeniyetmə oğlan rəqs eləyən kişilərin arasıyala gəzib pul yığmağa
başladı. Bir qız rəqs elədiyi oğlanı buraxıb Damasoya yanaşdı.
- Necəsən, Xorxe Neqrete?
Çəkilib yanında qıza yer elədi. Üzünə pudra çəkib qulağına qərənfil taxmış bufetçi əlüstü
peyda olub zil səslə soruşdu:
- Nə içəcəksiz?
- Biz nə içəcəyik? – qız Damasoya sarı çöndü.
- Heç nə.
- Mənim hesabıma.
- Pul söhbəti deyil. Mən acam, yemək istəyirəm.
- Təəssüf, çox təəssüf! – deyə, bufetçi çox dərindən köks ötürdü. – Heç bu cür gözlərə
yaraşan şeydimi!..
Salonun o biri küncünə, dib tərəfdəki yeməkxanaya keçdilər. Belə baxanda, qız lap
sütüldü, yeniyetmə bir uşaqdı, amma üz-gözünün lay-lay pudrası, dodağının boyası onun
həqiqi yaşını gizlədirdi. Yeyəndən sonra onlar mal-qaranın gövşəyi eşidilən qaranlıq
patiodan keçib qızın otağına gəldilər. Çarpayının üstündə alabəzək əskiyə bükülmüş çağa
yatırdı. Qız əskini açıb onu taxta yeşiyin üstünə sərdi və çağanı bələyib yeşiyin üstünə,
yeşiyi isə yerə qoydu.
- Orada onu siçovullar yeyər ki…
- Siçovulun uşaqla nə işi?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
464
Qız əynindəki qırmızı paltarı soyunub üstündə iri, sarı gülləri olan yaxası, qolları açıq
qısa bir don geyindi.
- Bunun atası kimdir?
- Allah bilir, – qız qısaca cavab verib qapıya tərəf yönəldi, çıxmazdan qabaq əlavə elədi:
– İndi qayıdıram.
Damaso qapının çöl tərəfdən qıfıllandığını eşitdi, paltarını çıxarıb stuldan asdı və uzanıb
dalbadal bir neçə siqaret çəkdi; mambo ritmində yırğalanan yataqda nə vaxt yuxuladığını
da hiss eləmədi. Ayılanda çalğı kəsilmişdi və bəlkə bu səbəbdəndi ki, otaq ona
bayaqkından daha iri görsəndi.
Qız elə çarpayının böyründəcə soyundu.
- Saat neçədir? – Damaso soruşdu.
- Dördə az qalıb. Uşaq ağlamamışdı?
- Deyəsən yox.
Qız Damasonun böyrünə uzandı, köynəyinin düymələrini aça-aça, yüngülcə xumarlanmış
tutqun gözlərlə bir müddət ona tamaşa elədi. Qızın içdiyini, özü də çox içdiyini hiss edən
Damaso əlini uzadıb lampanı söndürmək istədi. Amma qız buna imkan vermədi:
- Qoy qalsın. Gözlərinə baxmaq istəyirəm. Sənin gözlərinə baxmaq elə xoşuma gəlir ki…
Obaşdanın səs-küyü otağı dolduranda çağa oyanıb ağladı. Qız elə yataqdanca əlini uzadıb
onu götürdü və döşünə saldı, ağzını açmadan sadə bir mahnını pəsdən zümzümə etməyə
başladı. Axırda hamısı yuxuladı. Saat yeddiyə yaxın qızın çağanı götürüb otaqdan necə
çıxdığını Damaso hiss eləmədi; qayıdanda isə uşaqsız qayıtdı.
- Camaat sahilə axışır.
- Xeyir ola? – Damasoya elə gəldi ki, bütün bu vaxt ərzində sanki bir tikə də çimir
eləməyib.
- Şarları oğurlayan zəncini bu gün yola salacaqlar, camaat da yığışıb tamaşasına gedir.
Damaso siqaret alışdırdı.
- Yazıq! – deyə qız dərindən köks ötürdü.
- Sən ona yazıq deyirsən?! – Damaso özündən çıxdı. – Kim onu məcbur eləmişdi?
Qız başını sinəsinə əyib bir müddət fikrə getdi, az sonrasəsini qısıb yavaşdan dilləndi:
- Şarları o oğurlamayıb.
- Kim dedi ki?
- Dəqiq bilirəm. Bilyardxana yarılan gecə zənci Qloriya ilə olub, ertəsi gün də axşamacan
onun evindən bayıra çıxmayıb. Kinodan qayıdanda isə dedilər ki, yazığı orda tutublar.
- Nə əcəb Qloriya polisə bir söz demir?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
465
- Zənci özü deyib. Alkald Qloriyanın evini alt-üst eləyib, axırda da hədə gəlib ki, səni də
ona qoşub damlayacam. Yazıq qız iyirmi peso ilə canını güclə qurtarıb.
Damaso yataqdan qalxanda saat səkkizə az qalmışdı. Qız onu buraxmaq istəmədi.
- Qal. Nahara səninçün toyuq kəsərəm.
Damaso əlində tutduğu darağın tüklərini çırpıb təmizlədi və onu dal cibinə soxdu.
-Qala bilmərəm, – dedi.
Sonra qızın əllərindən tutub onu özünə tərəf çəkdi; qız üz-gözünü yumuşdu və doğrudan
da çox cavan görsənirdi. Onun iri, qara gözləri vardı və bu gözlər ona aciz, yazıq bir
görkəm verirdi. Damasoya sarılıb təkrar yalvardı:
- Nolar, qal.
- Həmişəlik qalım?
Qız yüngülcə qızarıb onu buraxdı.
- Yalançı.
Anna bu səhər yuxudan oyananda özünü çox əzginhiss etdi, bununla belə, ümumi
həyəcan ona da sirayət eləmişdi. Yuyulası paltarları həmişəkindən tez yığıb çay kənarına
yollandı; nəyin bahasına olursa-olsun, zəncinin necə yola salınmasını öz gözləriylə
görmək istəyirdi. Getməyə hazır dayanmış, indicə yola çıxacaq gəmilərin qənşərindəki
körpünün üstündə iynə atsaydın yerə düşməzdi. Damaso da elə burdaydı; Anna
barmağıyla onun toqqasını tıqqıldadanda, diksinib geri sıçradı.
- Sən burda nə gəzirsən?
- Sənnən vidalaşmağa gəlmişəm.
Damaso taxta fənər dirəyini tıqqıldadıb:
- Dilin qurusun! – dedi.
Axırıncı siqaretini alışdırıb boş qutunu çaya tulladı. Anna korsajın altından təzə bir qutu
çıxarıb onun köynək cibinədürtəndə isə, özünü saxlaya bilməyib gülümsədi.
- Səfeh ki, səfeh!
Anna ürəkdən güldü.
Bir azdan zəncini darta-darta meydanın ortasına gətirdilər. Əllərini kəndirlə arxadan
bağlamışdılar; polislərdən biri ipin ucundan yapışmışdı, əli tüfəngli digər iki polis yanıyla
gedirdi.Zənci köynəksiz idi; dodağı tən ortadan paralanmışdı, qaşları da boksçularınkı
kimi şişmişdi. Camaatın nəzərindən qurbanlıq bir adamın ləyaqəti ilə yayınırdı. Ən çox
tamaşaçı bilyardxananın böyründə cəmləşmişdi ki, tamaşanın hər iki əsas ifaçısını görə
bilsin. Bilyardxana sahibkarı kirimişcə durub ona baxır, tənə ilə başını yelləyirdi. Camaat
zəncini gözüylə diri-diri yeyirdi.
Dostları ilə paylaş: |