“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
458
- İndi polis gəlməni axtarır. Deyirlər, cümə axşamı gəlib, dünən axşamsa onu qapının
həndəvərində hərlənən görüblər.
Damaso ömründə heç üzünü də görmədiyi həmin o yad, o gəlmə adamı düşündü; hansısa
anda ona hətta elə gəldi ki, bütün bu həngamənin baiskarı həqiqətən odur.
- Camaat danışır ki, hələ onu bu vaxtacan tapmayıblar. Kim bilir, bəlkə də artıq çıxıb
gedib.
Damasonun bəzənib-düzənməsi həmişəki kimi yenə düz üç saat çəkdi: əvvəlcə bığlarını
düzəltdi, sonra səliqə ilə yuyunubqırmızı rəngli dama-dama köynəyini geyindi. Anna
Damasonunyuyunub-daranma mərasiminə əvvəldən axıradək tamaşa elədi, çıxmazdan
qabaq onun təzədən güzgüyə baxdığını görəndə isə öz gözündə özünə xeyli qoca, xeyli
də pinti göründü.
Damaso peşəkar boksçu cəldiyi ilə yerində yüngülcə geri fırlanıb döyüş mövqeyi
tuturmuş kimi onunla üzbəsurət dayandı; Anna ərinin qolundan yapışıb soruşdu:
- Pulun var?
- Bəs necə?! Düz iki yüz peso! – Damasonun kefi əməlli-başlı durulmuşdu.
Anna divara sarı çönüb əlini qoynuna saldı, korsajın ara-sında gəzdirdiyi pul dürməyini
çıxarıb ordan bir peso ayırdı və Damasoya uzatdı.
- Buyur, Xorxe Neqrete.
Axşamüstü Damaso öz curlarıyla birgə meydana gəldi. Ətraf kəndlərdən bazara gəlmiş
adamlar stolların, yeşiklərin arasındaca tökülüşüb yatışmışdılar; havanın təzəcə
qaralmasına baxmayaraq, artıq hər tərəfdən xorultu səsi eşidilirdi. Deyəsən, beysbol
çempionatı cavanları bilyardxananın yarılmasından daha çox maraqlandırırdı; qapı bağlı
olduğundan indi yarışların radio verilişlərini izləyə bilməyəcəkdilər. Çempionat barədə
öz aralarında qızğınca danışa-danışa, çəkişə-çəkişə heç kinoteatrın qabağına necə gəlib
çıxdıqlarnı da hiss etmədilər və nə göstərilə-cəyinin fərqinə varmadan bilet alıb içəri
keçdilər.
Baş rolda Kantinflasın çəkildiyi hansısa kinokomediya idi; Damaso eyvanın ön
cərgəsində oturub ürəkdən şənlənib gülür, dialoqlararası fasilələr zamanı araya çökən ani
səssizlikdə, kinoteatrın açıq damından görsənən gözəl iyun gecəsinin ağır sükuta dalmış
ulduzları altında heç bir vicdan əzabı çəkmədən, narahat-çılıqdan yavaş-yavaş
qurtardığını hiss edirdi.
Birdən ekrandakı təsvir yoxa çıxdı və arxa tərəfdən səs-küy qalxdı. Dərhal işıqlar yandı
və Damasoya elə gəldi ki, onu dövrəyə alıblar, hamı da ona baxır. O, az qala yerindən
sıçramaq istədi, ancaq camaatı öz yerində sakitcə oturmuş görüb toxtadı. Polis biləyinə
doladığı qayışın mis toqqasıyla kimisə çırpa-çırpa qovurdu. Döyülən zırpı bir zənciydi.
Arvadlar bərkdən çığırışır, polisin səsi isə bütün səsləri üstələyirdi:
- Oğru! Oğru!
Zənci bağıra-bağıra cərgələrin arasıyla qaçır, arxasınca qovan digər iki polis kürəyini
qamçılayırdı. Axırda onu tutdular.Mis toqqa ilə vuran bayaqkı polis zəncinin əllərini
çəkib qayışla daldan bağladı və hər üçü yumruqlaya-yumruqdaya onu qapıya doğru
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
459
itələməyə başladılar. Hər şey bir göz qırpımında və elə sürətlə baş verdi ki, bütün olub-
keçənlər Damasoya yalnız zənci salondan çıxarılandan sonra çatdı. Köynəyi tikə-tikə
cırıqlanmış zəncinin tərli üzü al qan içində idi. O, hönkürə-hönkürə, zarıya-zarıya eyni
sözü təkrar-təkrar bağırırdı:
- Qatillər! Qatillər!
İşıqlar söndü, kino təzədən başlandı.
Damaso bundan sonra daha bir dəfə də olsun gülmədi. O, siqareti siqaretə calamışdı və
gözü ekranda olsa da, fikrini heç cürə cəmləyə bilmirdi. Nəhayət, işıqlar yandı; bir-
birinin üzünə indi hamı elə bil aşkar qorxu içində baxırdı.
- Əntiqə idi! – Damaso lap böyründə kiminsə heyrət dolu nidasını eşitdi.
-Kantinflasa söz ola bilməz, – deyə o, həmin adama tərəf baxmadan qısaca cavab verdi.
İnsan seli Damasonu qapının düz ağzına gətirdi; adamlar itələşə-itələşə bayıra axışırdı.
Küçədə yeməli şeylər satan alverçi qadınlar şey-şüylərini də dallarına şəlləyib yavaş-
yavaş evlərinə dağılışırdılar. Saat on ikiyə işləsə də, küçə adamla doluydu: zəncinin necə
tutulması barədə bir şey öyrənmək məqsədilə hamı kinodakıların çıxmasını gözləyirdi.
Damaso bu dəfə evə çox asta, ayalarınının ucunda girdi; Anna onun gəldiyini biləndə, o
artıq ikinci siqareti çəkirdi.
- Yemək plitənin üstündədir, – Anna köksünü ötürdü.
- Aclığım yoxdu, – Damaso cavab verdi.
- Yuxuda görürəm ki, Nora yağdan balaca oğlan fiqurları düzəldir, – deyə Anna yuxulu-
yuxulu dilləndi və heç özü də hiss etmədən yuxuladığını yalnız bu vaxt anladı. Tez də
çaşqın halda Damasoya tərəf döndü. – Xəbərin var, gəlməni tutublar.
Damaso dərhal cavab vermədi; onun təzədən dillənməsi bir xeyli çəkdi.- Nə bildin?
- Hə, kinoda tutublar, – deyə Anna danışmağa başladı, – elə indicə hamı ora getdi.
Sonra da kino vaxtı baş verənlərin təfsilatını öz bildiyi kimi, tam təhrif olunmuş şəkildə
ətraflı nəql elədi. Damasonun düzəliş verməyə həvəsi yox idi.
- Yazıq! – deyə axırda Anna ah çəkdi.
- Yazıq deyirsən?! – Damaso cinləndi. – Bəs sən istəyirdin məni tutsunlar? İstəyirdin
onun yerində mən olum?
Damasoya yaxşı bələd odlduğundan Anna bir söz demədi,ta xoruzların birinci banınacan
yerində sakitcə uzanıb, siqareti siqaretə çalayan ərinin xırıltılı nəfəsinə qulaq asdı.
Gecənin bir aləmində isə onun qalxdığını və otaqdan çıxmadan qaranlıqda əlhavasına
nəsə elədiyini eşitdi. Damaso çarpayının altını qazırdı; təxminən on beş dəqiqədən sonra
işi bitirib qaranlıqda astaca soyunmağa başlayanda heç ağlına da gəlmirdi ki, bayaqdan
bəri, bütün bu vaxt ərzində arvadı ona mane olmamaq üçün yalandan özünü yuxululuğa
vurub. Annanın qəlbinin dərinliklərində nəsə tərpənən kimi oldu və Damasonun kinoda
olması, hər şeyi öz gözləriylə görməsi, buna görə də çarpayının altını qazıb şarları yerə
basdırması ona yalnız indi çatdı.