Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə173/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   169   170   171   172   173   174   175   176   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

471 


Qalxmaq üçün Damasoya hər iki əliylə stoldan bərk-bərk yapışmaq lazım gəldi. Özünü 

birtəhər tarazlamışdı ki, qarşısında əllərini sinəsi üstdə çarpazlayıb durmuş bufetçini 

gördü. 

- Doqquz həştad! Bu monastır dövlətinki deyil. 



Damaso onu kənara itələdi. 

- Pederastlardan zəhləm gedir! 

Bufetçi əvvəl onun qolundan yapışıb çəkmək istədi, ancaqqıza göz yetirib əl saxladı; 

arxasınca yalnız bunu qışqırdı: 

- Eybi yox, nə qədər itirdiyini sonra bilərsən. 

Damaso çölə səndələyə-səndələyə çıxdı. Ay işığına qərq olmuş gümüşü çayın əsrarəngiz 

parıltısı onun beynində sanki parlaq bir çat oyurdu, ancaq az keçmiş bu duyğu büsbütün 

soğulub getdi. Şəhərin o başındakı evinin qapısını görəndə, Damasosonradan kiminlə 

istəsən mərc gəlməyə hazırdı ki, evlərinəcən olan bütün yolu yuxuda gəlib. Başını bərk-

bərk silkələdi; hansısa dumanlı, lakin güclü bir hiss həmin saniyədən etibarən son dərəcə 

ehtiyatlı davranmağı, hər bir addımı ölçüb-biçməyi təlqin edirdi; cırıldamasın deyə qapını 

da çox astaca itələyib açdı. 

Anna ayıldı və Damasonu sandıqda qurdalanan gördü. Cib fənərinin işığı gözlərini 

qamaşdıranda, qeyri-ixtiyari olaraq divara sarı çevrildi, ancaq yuxulu-yuxulu qəfildən 

dərk elədi ki, Damaso soyunmaqla məşğul deyil. Otağın qəfil işıqlanması sankiqadını 

yataqdan dik qaldırdı və o, qalxıb yerinin içində oturdu. Əlində bağlama və cib fənəri 

tutmuş Damaso ağzıaçıq sandığın böyründə dayanmışdı. 

Damaso barmağını ehmalca dodaqlarına yapışdırdı; Anna çarpayıdan yerə atılıb pıçıltı 

ilə: 

- Sənin başına hava gəlib, – dedi və qaçıb qapının rəzəsini yerinə saldı. 



Damaso cib fənərini bıçaq və şiş uclu əyə ilə birgə şalvarcibinə soxdu, bağlamanı 

qoltuğuna vurub Annanın üstünə yeridi. Anna kürəyini qapıya dayadı, lap yavaşdan dedi: 

- Nə qədər ki mən sağam, sən burdan çıxmayacaqsan! 

- Çəkil! – Damaso xırıldadı və onu kənara itələmək istədi, ancaq Anna çərçivədən bərk-

bərk yapışıb yerindən tərpənmədi; kirpik çalmadan bir-birinin gözlərinə baxdılar. 

- Xalis uzunqulaqsan! – Anna pıçıldadı. – Allah sənə bu cür qəşəng gözlər verib, amma 

hayıf ki, ağlını əlindən alıb. 

Damaso onun saçlarından yapışdı, qolunu o qədər burdu ki, axırda Anna ikiqat oldu. 

- Dedim ki, çəkil! 

Anna, eynən boyunduruq altdakı öküz kimi, hədəqədən çıxmış gözlərlə Damasoya 

yandan, çəpəki baxırdı. Bir anlıq ona elə gəldi ki, hər cür ağrıya dözə bilər, ərindən də 

xeyli güclüdür. Ancaq Damaso qolunu getdikcə daha bərk bururdu; axırda Anna tab 

gətirmədi və bu zaman boğazı qəhərləndi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

472 


- Uşağı öldürərsən… 

Damaso onu qamarlayıb çarpayıya sürüklədi. Əl-qolunun sərbəstliyini duyan kimi, Anna 

arxadan onun kürəyinə atıldı və birgə yatağa yuvarlandılar. Hər ikisinin nəfəsi 

təngimişdi. 

- Çığıracam ha, – Anna onun qulağına pıçıldadı, – hünərin var yerindən tərpən, o saat 

qışqırıb aləmi bura tökəcəm. 

Damaso xırıldaya-xırıldaya şar bağlamasını onun dizinə çırpırdı. Anna bərkdən zarıyıb 

ayaqlarını bir-birindən araladı, ancaq tez də hər iki əliylə Damasodan möhkəm yapışdı ki, 

qapıya tərəf gedə bilməsin. Və yalvarmağa, dilə tutmağa başladı. 

- Qulaq as, sabah mən özüm apararam, gerçək sözümdür, boylu arvadam, məni 

tutmazlar… 

Damaso onun əlindən çıxdı. 

- Görəcəklər səni, ay heyvan! Görmürsən bu gün hava necə işıqlıdır? Elə gicsən ki, bunu 

da qanmırsan! 

Anna bir daha onu tutub saxlamağa, rəzəni çıxarmasına mane olmağa çalışdı, sonra 

gözlərini qıyıb az qala çığıra-çığıra Damaonun üz-gözünü, boyun-boğazını, harasını gəldi 

cırmaqlamağa, əzişdirməyə, döyəcləməyə başladı. 

- Vəhşi! Qanmaz! 

Damaso üz-gözünü qorumaqda ikən, Anna qapının taxta rəzəsini dartıb onun əlindən aldı 

və düz təpəsinə tuşladı. Damaso qırağa sıçradı; iri və ağır rəzə onun çiynində taqqıldadı 

və çiyin sümüyü şüşə kimi cingildədi. 

- Qəhbə! – Damaso bağırdı. 

Daha səs-küy barədə düşünmədi, var gücüylə qolunu hərlədib Annanın qulağının 

dibindən ağır bir yumruq tutuzdurdu; zərblə divara çırpılan qadının əvvəlcə möhkəm 

tappıltısı, sonra zəif inilitsi eşidildi. Ancaq Damaso ona baxmadan, heç geriyə 

dəqanrılmadan qapıdan çıxdı; qapı aralı qaldı. 

Kəskin ağrılar içində Anna döşəməyə uzanıb gözlədi: lap elə indicə onun qarnında nəsə 

olmalı, nəsə baş verməliydi. Divar dalında kimsə boğuq səslə onu yavaşdan çağırdı. 

Hönkürməmək üçün dodaqlarını dişlədi, handan-hana ayağa qalxıb geyindi. O dəfə, 

Damaso oğurluğa getdiyi gecə olduğu kimi, yenə də ağlına gəlmədi ki, əri qapı arxasında 

durub gözləyir, çünki öz planının boş şey olduğunu qanır və ümid eləyir ki, indicə 

arvadıçıxıb onu geri çağıracaq, dalınca yüyürəcək, zorla tutub saxlayacaq. Lakin Anna 

eyni səhvi dübarə təkrar elədi: ərinin dalınca qaçıb ona çatmaq, onu geri qaytarmaq 

əvəzinə, yenə başmaqlarını ayağına keçirib qapını örtdü və ötən dəfəki kimi yenə də 

çarpayıya qaxılıb onun yolunu gözləməyə başladı… 

Qapı örtüləndən sonra, yalnız bu vaxt Damaso geri qayıtmaq ümidinin puça çıxdığını 

dərk edib yola düzəldi. Küçə uzunu, yolun sonunacan onu it hürüşləri ötürdü, sonra isə 

ətrafa hansısa xəyali bir sükut çökdü. O, daş yolla öz addım səslərindən üşənə-üşənə 

gedirdi; şəhərin lal səssizliyində addımları çox bərk, çox da əcaib səslənirdi. 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə