74
xala bunu eşidəndə özündən getdi. Həkimlər tez onu ayıltdılar.
Gülüsüm xala özünə gələr-gəlməz, üzünü Aynura tutub dedi:
- Oğlumun evini sən yıxdın! Onu sən məhv etdin! Sənin dığ-
dığın, naşükürlüyün oğlumun başın
a
düşdü. İndi bundan sonra
sənin gününü görəcəyəm. Həyatda acı çəkməyin nə demək
olduğunu bundan sonra görəcəksən. Bundan belə Anar sənə
möhtacdır. İndiyə qədər o səni saxlayırdı, bu gündən sonra
canın çıxacaq, sən oğlumu saxlayacaqsan. O zaman həyatda
əzab-əziyyətin nə demək olduğunu anlayacaqsan. Sənin pis
niyyətin axır ki, başımıza düşdü. Allah-təala bizi bundan
sonrakı bəlalardan saxlasın, inşallah!
Aynur ilk dəfəydi ki, Gülüsüm xalanı bu sifətdə görürdü.
Gəlin ona bircə kəlmə də söz demədi. Nə deyəcəkdi ki.
Qayınanası haqlı idi. Aynur doğrudan da, bundan sonrakı
günləri barədə düşünməli oldu. İndi o, yataq xəstəsi olacaq
ərinə necə baxacağı barədə fikirləşirdi.
Müalicənin heç bir nəticə vermədiyini görən həkimlər ilkin
fikirlərində qalmalı oldular və Anarın hər iki ayağını dizdən
aşağı kəsməli oldular. Xəstəxana məsrəflərini Anarı maşınla
vuran adam ödədi. Gülüsüm xala üçün oğlunu bu vəziyyətdə
görmək çox ağır idi. Buna baxmayaraq o, oğlunu vuran
sürücüdən şikayətçi olmadı və bunu Allahın qəzası adlandırdı
.
Rauf qardaşının başına gələn qəza hadisəsini eşidən kimi,
Bakıya uçdu. Qardaşını yataqda pərişan halda görəndə, Rauf
dözə bilməyib Anarı qucaqladı və hönkür vurub ağladı:
- Can qardaş, kaş gözüm kor olaydı, səni bu halda
görməyəydim!
- Rauf, sən nə danışırsan? Qardaşın sənin gözlərinə qurban
olsun! Niyə özünə qarğış edirsən?! Bu Allahın qəzasıdır. Nə
etmək olar, bu da mənim qismətim, alın yazım imiş. Allahdan
gələn qəzanın qarşısını kimsə ala bilməz. Allah bilən
məsləhətdir. Buna da şükür etmək lazımdır. Çünki
həyatdayam, salamat qurtardım. Amma o qəzada ölə də
bilərdim. Buna görə də mən Allahıma şükür edirəm.
75
- Düz deyirsən, qardaş. Ancaq bu sənin başına gəlməməli idi.
- Rauf göz yaşlarını əllərinin arxası ilə sildi.
- Başımıza gələnlərə bir baxın da. İndi bundan sonra biz necə
dolanacağıq? - deyə Aynurun dili yenə də dinc durmadı.
- Bəsdir, iyli-iyli danışdın! Nə demək istəyirsən? Sənin dərdin,
azarın nədir? Daha Anarın da başını yedin. İndi nə istəyirsən?
Qardaşımın bu günə düşməsinin əsas səbəbkarı sənsən,
Aynur! Sənin naşükürlüyün, tamahkarlığın, paxıllığın, yersiz
dedi-qoduların, qeybətlərin, haqsız danışıqlarının axır nəticəsi
bax, budur! Nə ər sözünə qulaq asdın, nə də ağbirçək
məsləhəti dinlədin. Haqqın yoluna qayıtmaq əvəzinə, yenə də
bəd əməllərindən çəkinmədin. Allah-təala da qardaşımı
cəzalandırmaqla sənə haqq yoluna qayıtmağa işarə edir. Sən
isə hələ də qanmazlıq edirsən. Bunu bil ki, Tanrı gec-tez səni
də cəzalandıracaq! - Rauf özünü heç cür saxlaya bilməyib
Aynurun üstünə səsini qaldırdı.
- Rauf, sən allah ona fikir vermə. O, daha düzələn deyil. Neçə
illərdir düzəlməyən insan, bundan sonra necə düzələ bilər?
Atalar yaxşı deyib: “Qozbeli qəbir düzəldər.” Dili onun başına
bəla olacaq. - Anar qardaşını sakitləşdirməyə çalışdı.
Rauf bir neçə gün qardaşına görə qalmalı oldu, onun lazım
olan ehtiyaclarını ödədi. Dördüncü gün Anar Raufu yanına
çağırtdırıb dedi:
- Qardaş, daha buralarda qaldığın bəsdir, işindən qalma.
Bizdən ötrü narahat olma. Biz başımızın çarəsinə baxarıq.
Amma sən günü sabah hökmən iş yerinə qayıtmalısan!
- Qardaş, getsəm də, sizdən nigaran qalacağam.
- Niyə nigaran qalırsan ki? Şükür olsun Rəbbimizə ki,
dolanışığımız pis deyil, yaşamaq üçün də hələlik pulumuz var.
Bizə daha nə lazımdır ki? Sən işini əlindən buraxma. Sabaha
hazırlaş, qayıt Moskvaya. - Anar qardaşına təkid etdi.
- Yaxşı, sən deyən olsun, qardaş. Amma buradakılar əvvəlcə
Allaha, sonra da sənə əmanət, - deyə Rauf getmək qərarını
vermiş oldu.
76
Qardaşlar arsındakı danışığı Aynur da eşidirdi. O, kimsənin
eşitmədiyi bir tonda ironiya və rişxəndlə dedi: “Gör bir ailəsini,
evini-eşiyini kimə tapşırır? Şikəst birisinə. Anar heç özünə
baxa bilmir, səninkilərə necə baxacaq, onlara necə həyan
duracaq?! Hələ Anarın dediyi sözə bir bax: “Dolanışıq üçün
pulumuz var.” Ay, sən öləsən. Görərsən o, pulları! O, pulları
sizə yedirtməyəcəyəm! Daha burada qalıb, şikəstin, bundan
sonra heç nəyə yaramayan bir adama baxıcılıq edən deyiləm.
Tezliklə başımın çarəsinə baxmalıyam.”
Rauf Moskvaya gedəndən iki gün sonra, Aynur ərinə dedi ki,
atasıgilə getmək istəyir, xeyli müddətdir onları görmür. Anar da
Aynura bir günlük icazə verdi. O, haradan biləydi ki, bu gediş
Aynurun son gedişi olacaq.
Aynur gedərkən Anarın “qara gün” üçün yığdığı ehtiyat
pulları da gizlicə götürüb özüylə apardı. İki gün keçdi. Aynur
geri qayıtmadı. Üç gün keçdi, Aynurdan xəbər çıxmadı.
Arvadının geri qayıtmadığını görən Anar narahat olmağa
başladı. Aynur gedəndən sonra Anara Rəna baxırdı. Hətta,
Anarı o, öz evlərinə gətirmişdi. Gəlininin geri dönməməsinə
görə, Gülüsüm xala da nigaran oldu və Aynurun valideynlərinin
yanına getməyi qərara aldı.
Aynur isə atasıgilə gedəndən sonra, özünü xəstəliyə vurdu
və valideynlərini də inandırmağa çalışdı ki, o, çoxdan idi ki,
xəstə imiş. Amma əri evində onun xəstə olduğuna kimsə
inanmırmış. Sanki o, ər evində atılmış, artıq adam imiş. Bu
sözlərə inanan valideynlər: “Biz qızımızı küçədən tapmamışıq,
o, sahibsiz deyil. Elə isə bir də
səni o, evə buraxan deyilik!”
deyə həm Anarın, həm də Gülüsüm xalanın dalısıyca o ki var
danışdılar.
Gülüsüm xala qudalarıgilə gələndə, onu çox soyuq
qarşıladılar. Amma Gülüsüm xala özünü bilməməzliyə vurub,
onlara qarşı xoş münasibət sərgilədi. Və gəlini Aynuru yataqda
görəndə, xeyli təəccübləndi:
- Qızım, sənə nə oldu belə?
Dostları ilə paylaş: |