77
- Hə, qızım?! İndi Aynur qızınız oldu? Bəs, ana da qızına bu
cür baxar?! Necə nə olub? Xəstələnib! Balam sizin evinizdən
gələndən bəri xəstə yatır. Elə xəstə olduğuna görə bura
gəlibdir də! Bir soruşmamısınız ki, bu qızın dərdi nədir, harası
ağrıyır, - deyə Aynurun anası Kifayət arvad nəfəs almadan dil-
dil ötməyə başladı.
- Necə, yəni Aynur xəstədir! Aynur sap-sağlam idi. İndi bu
xəstəlik hardan çıxdı belə?! - Gülüsüm xala Kifayətin
dediklərinə inanmadı. - Aynur ərindən sizə baş çəkmək üçün
birgünlük icazə almışdı. Gəlmədiyini görüb, hamımız ondan
ötrü nigaran qaldıq. Ona görə də düşündüm ki, sizə bir baş
çəkim. Amma gördüyümə peşman oldum.
- Gülüsüm xanım, qayınana olanda nə olar, gəlindən heç
soruşmazlar ki, a balam, haran ağrıyır, dərdin nədir. Hə də,
səni ancaq o gülməşəkər, qayın-qədim, sevimli gəlinin Rəna
xanım maraqlandırır da. O, olan yerdə daha Aynur hardan
yadınıza düşəcək?
- Kifayət, bəsdir sən allah iynəli-iynəli danışdın. Dedim ki,
Aynurun heç bir şeyi yox idi, sap-sağlam idi. Nə olubsa, bura
gələndən sonra olub. Bir də ki, adam xəstələnər də, bunun
səbəbini kimsədə axtarmağa nə gərək var? - Gülüsüm xala bu
dəfə səsinin tonunu qaldırdı.
- Gülüsüm xanım, insana mehribanlıq, qayğı, diqqət, nəvaziş,
sevgi gərəkdir. Qızım bunların heç birisini sizin evdə görməyib.
- Bunlar hamısı ağ yalandır! Bir olan Allah şahiddir ki, mən
gəlinlərimi heç zaman bir-birindən fərqləndirməmişəm. Mən
onlara qayınana deyil, ana olmuşam. Əgər qızınız bunu inkar
edirsə, bunun ancaq bir adı var: Nankorluq! Mən bir ana olaraq
qızınızın ailə daxilində yerli-yersiz yaratdığı söz-söhbətlərin,
dedi-qoduların, Rənaya qarşı etdiyi haqsız hərəkətlərin,
paxıllığın, onun barəsində yaydığı iftiraların, ərinə qarşı səmimi
olmadığının, ona dəfələrlə yalan söylədiyinin şahidi olmuşam.
Amma mən
bütün bunları görməməzliyə vururdum. Aynura
dəfələrlə bir ana kimi, öyüd-nəsihətlər vermişəm. Mən ailədə
78
həmişə sülh yaratmağa çalışmışam. Məncə, qızınızda azca da
olsa, insaf, mürüvvət, ya da ki, vicdan varsa, söylədiklərimi
inkar edə bilməz. Hətta, iş o yerə çatdı ki, qızınız nəvəmi,
Rənanın kiçik oğlunu zəhərləyib öldürmək istədi. Mən bunu
bildim, amma ailədə kimsəyə zərər gəlməsin, qonum-qonşu
bunları eşidib, duymasın deyə susdum. Mən bu sirri hər
kəsdən gizlə
t
dim, hətta doğma oğlumdan belə. Məni buna
deməyə indi siz məcbur etdiniz.
- Söylədikləriniz ağ yalandır! Siz qızıma bohtan atırsınız!
Mənim qızım elə iş tutmaz! - Kifayət arvad yenidən
səsini
Gülüsüm xalanın üstünə qaldırdı.
- Ana, görürsən bunları, indi məni qatil olmaqda suçlayırlar.
Mən sənə deyirdim. Bunlar mənim başıma açmadığı oyunlar
qalmadı. O evdə yaşadığım hər gün mənə cəhənnəm əzabı
olub. Övladım olmur deyə, mənə gün verib, işıq vermirdilər.
Bax, budur hamınızın yanında deyirəm, mən bir də o evə
qayıtmayacağam! Bundan sonrakı ömrümü orada çürüdə
bilmərəm. Mən şikəstə baxıcılıq, qulluqçuluq etməyəcəyəm!
Sizinlə birdəfəlik qurtardım. Məhkəməyə ərizə verib, Anardan
boşanacağam!Sizinki ilə bizimki qurtardı! - Aynur çəkinmədən,
utanıb-qızarmadan Gülüsüm xalanın üzünə söylədi.
- Qızım, sən nə danışırsan? Nə boşanmaq?! Ağlını başına
topla! Belə sözü bir də dilinə gətirmə! - Gülüsüm xalanı
təəccüb bürüdü.
- Mənim qərarım qətidir. Boşanacağam, vəssalam! Gedin,
oğlunuza elə beləcə də söyləyin! Sizin oğlunuzla bir də
məhkəmədə qarşılaşacağıq! - Aynur son sözünü dedi.
- Bundan sonra mənim sənə daha söyləyəcək sözüm
qalmadı. Sənin necə qırmızısifət, həyasızın birisi olduğunu indi
daha aydın gördüm. Allah bizi sənin bundan sonrakı şər-
xətalarından qorusun! - Gülüsüm xala daha heç bir söz
demədən, oradan birbaş evə gəldi.
Və Aynurun dediklərini oğluna söylədi. Anasının bu
xəbərindən Anar çox pərişan oldu. Xeyli fikrə getdi. Susdu.
79
İçində indiyə qədər tanımadığı, on ildən artıq bir yastığa baş
qoyduğu Aynura qarşı güclü bir nifrət vulkanı qaynamağa
başladı. Amma bu vulkanın nə vaxt bayıra püskürəcəyi
kimsəyə bəlli deyildi. İki gün Anar çörək yemədi. Rəna
uşaqlarını da öyrətdi ki, gedib əmilərindən çörək yeməsini
xahiş etsinlər. Yenə də olmadı. Anar kimsəni dinləmək belə
istəmirdi. Anası da dəfələrlə təkid etdi. Amma bütün səylər
nəticəsiz qaldı.
Üçüncü gün Rəna daha dözə bilməyib qaynına dedi:
- Anar, əgər sən çörək yeməsən, mən də bu evdə heç kimə
yemək verməyəcəyəm. Uşaqları da ac saxlayacağam. İndi
özün bil. Bəs qardaşın gedəndə
,
bizi sənə əmanət etmişdi.
Əmanətə beləmi sahib çıxırlar? Anar, son dəfə sənə
yalvarıram. Sən mənim canım, yeməyini ye! Haqsız yerə
özünü
üzüb həlak etmə! Sənin kimi adamın qədrini bilməyənin,
sən niyə bilməlisən ki?!
- Gəlinbacı, niyə canına and verdin mənə. Bilirsən ki, indi
sənin canının sağlığı bu evdə hamımız üçün çox dəyərlidir.
Mən o cana xətər gəlməsini əsla istəmərəm. Sənin xətrini nə
qədər istədiyimi bir olan Allah bilir. İnan ki, bu anddan keçə
bilmərəm. İndi nəyin varsa, gətir yeyim, - deyə Anar gülərək
qardaşının kiçik oğlunu çağırıb qucağında oturtdu...
Bir aydan sonra məhkəmədən Anara boşanma haqqında
bildiriş gəldi. O, əvvəlcə məhkəməyə getməməyi qərara
almışdı, ancaq heç olmasa son dəfə Aynura deyəcək sözləri
xatırlayıb, əvvəlki fikrindən daşındı.
Məhkəmə boyunca Anar dinib, danışmadı. Amma sonda
hakim üzünü Anara tutub soruşdu:
- Anar Fərəc oğlu Həsənov, son olaraq siz də nəsə demək
istəyirsinizmi?
- Bəli, möhtərəm hakim. Son olaraq mənim də Aynura
deyəcək son sözlərim var. Aynur, çox təəssüf edirəm ki, bu on
ildə mən sənin kimi bir əfi ilanı tanımamışam. Sən bundan
sonra həyatda heç zaman xoşbəxt olmayacaqsan! Çünki sən
Dostları ilə paylaş: |