80
məni ən ağır günümdə yalqız buraxıb gedirsən. Məni belə bir
gündə buraxdığın üçün Allah sənə lənət eləsin! Sən onu da
bilməzsən ki, lənət dünyada ən ağır sözdür. Amma sən
həqiqətən də bu sözə layiqsən. Sən xoş günlərin adamı
imişsən. Səni o bizi Yaradana tapşırıram! Get, Allah cəzanı
versin! İnşallah! Yaxınımda olsaydın, üzünə də tüpürərdim,-
deyə əsəbindən Anarın əlləri titrədi.
Boşanma məhkəməsindən iki ay ötmüşdü. Bir axşam
Anargil xəbərlərə baxırdılar. Xəbərçi Nabran yolunda iki minik
maşınının toquşması nəticəsində ağır yol qəza hadisəsi baş
verdiyini söylədi. Qəza nəticəsində iki nəfərin öldüyünü, iki
nəfərin də ağır
yaralandığını bildirdi. O, ölənlərin haradan
olduqlarını və adlarını dedikdə, evdəkilərin bir andaca nitqi
tutuldu. Ölənlərdən biri Aynur Rəşid qızı Muradova idi. O
birinin də adı və familiyası Anara tanış gəlirdi. Hə, bu o idi,
Aynurun həkimi. Aynurun uşağı olması üçün onu müalicə edən
həkim.
Aynur Anardan boşandıqdan sonra, onu müalicə edən
həkim ilə isti münasibət yaradaraq, onunla mütəmadi
görüşürlərmiş. Bu dəfə onlar bir həftəliyə Nabrana istirahətə
gedirmişlər.
- Ey, hər şeyə qadir olan, Rəbbim! Sən həqiqətən də
böyüksən,
qüdrət və kəramət
sahibisən. Sən kimsənin haqqını
kimsədə qoymursan. Min şükürlər olsun Sənin rəhminə! Ey
məzlumların himayədarı, Rəbbim. Biçarə bəndənin səsini
eşitdiyin üçün Sənə şükürlər olsun! Sən həqiqətən də
zalımların, yolunu azmışların, pis niyyətli insanların, fitnə-fəsad
törədənlərin, küfr və böyük günah sahibi olanların elə bu
dünyada da layiqli cəzalarını verirsən. Amma bu bəzi bədxah
insanlara yenə də
ibrət dərsi olmur. Mən bu hadisəyə
sevinmirəm. Əksinə, yanlış yolda olan bir insanın bütün öyüd-
nəsihətlərə baxmayaraq, doğru yola qayıtmadığına görə
üzülürəm. Sən bütün yolunu azmışları doğru-düzgün yola,
81
haqqın yoluna hidayət et, ya Rəbbim! - deyə
Anar əllərini
qaldırıb Tanrıya şükür etdi.
Bundan sonra Anarın qəlbini yandıran atəşin yerində, bir
sərinlik, yüngüllük və məmnunluq hissi yarandı.
21.06.2013
82
Quru çörək
(hekayə)
A
zad müəllim sinif otağına daxil olub, uşaqlar
la
salamlaşdıqdan sonra şagirdlərin dərsə davamiyyətini yoxladı.
Zöhrə İsmayılova bu gün də dərsə gəlməmişdi. Bu artıq
üçüncü dəfə idi ki, Zöhrə Azad müəllimin dərsində iştirak
etmirdi. O, üzünü sinif nümayəndəsinə tutub soruşdu:
- Asəf, Zöhrə bu gün də dərsə gəlməyib, səbəbi nədir?
- Müəllim, bilmirik.
- Necə yəni bilmirik! Zöhrə sizin sinif yoldaşınız deyilmi? Niyə
onunla maraqlanmırsınız? Keçən dəfə də dərsə gəlməmişdi.
Uzaq olsun, bəlkə başına nəsə gəlib?! Bəs sinif rəhbəriniz
buna nə deyir?
- Müəllim, Zöhrə son zamanlar sinif yoldaşlarından uzaq
gəzməyə çalışırdı. O, bizə əvvəlkitək yaxınlıq etmir, uşaqlara
nədənsə qaynayıb-qarışmırdı. Səbəbini də soruşduq, ancaq
bizə heç nə demədi. - Asəf günahkarcasına dilləndi.
- Yaxşı, mən sinif rəhbərinizlə bu barədə söhbət edərəm.
Zöhrə kimi çalışqan, tərbiyəli, ağıllı, zəkalı və nəzakətli bir
şagirdin dərsə bir neçə gün gəlməməsi hamını narahat
etməliydi. Belə bir şagirdin dərsdən yayınmasına əsla yol
vermək olmaz. - Azad müəllim şagirdindən ötrü narahat oldu.
Həm dərslərini yaxşı oxuduğuna görə, həm də intizamlı
şagird olduğu üçün Azad müəllim Zöhrənin xətrini çox
istəyirdi. Dərsdən sonra o, Zöhrənin sinif rəhbəri ilə görüşdü və
onunla intizamlı şagirdi barədə söhbət etdi. Sinif rəhbəri
Fərhad müəllim dedi:
- Azad müəllim, düzü Zöhrənin son zamanlarda sinif
yoldaşlarına qarşı davranışı məni də narahat etməyə
başlamışdı. Əvvəllər yoldaşlarından bircə dəqiqə belə ayrı qala
bilməyən Zöhrə, nədənsə son vaxtlar yoldaşlarından ayrı
gəzərək, özünə qapanmışdı. Onunla bir neçə dəfə fərdi söhbət
83
apardım. Amma mənə də heç bir şey söyləmədi, səbəbini
mənə də anlatmadı. Sadəcə, başını aşağı dikib susdu.
- Fərhad müəllim, Zöhrəgilin evində olmusunuzmu heç?
-
Azad müəllim, düzünü deyim olmamışam.
- Deməli, Zöhrənin müşkül bir problemi var ki, yoldaşlarından
kənar gəzməyə çalışır.
Fərhad müəllim,
Zöhrənin ev ünvanını
mənə verə bilərsinizmi? Mən onunla özüm maraqlanacağam.
Bəlkə, ona bir köməyim dəydi. Oxuyan şagirdi diqqətdən
kənarda saxlamaq, onu özbaşına, problemlərlə baş-başa
buraxmaq düzgün olmaz.
- Haqlısan, Azad müəllim. Mən gərək bunun səbəbini nəyin
bahasına olursa-olsun ondan öyrənəydim. Zöhrənin ev
ünvanını sizə verərəm, sadəcə şəxsi işinə baxmaq lazım
olacaq. Bir neçə dəqiqədən sonra onun ev ünvanını sizə
verəcəyəm, - deyə Fərhad müəllim Zöhrənin şəxsi işinə
baxmaq üçün direktorun otağına getdi.
Azad müəllimin Zöhrəyə qarşı rəğbət hissinin artmasının
kiçicik bir tarixçəsi vardı. Azad müəllim məktəbə təzə gəlmişdi.
Məktəb direktoru ona “açıq dərs” salmışdı. O, hələ şagirdləri
yaxından tanımırdı. Adətən bəzi məktəb direktorları təzə gələn
müəllimlərin bilik səviyyəsini yoxlamaq məqsədilə bu cür “açıq
dərslər” təşkil edirdilər. Həmin açıq dərslərdə məktəb
direktoru, tədris işləri üzrə direktor müavini, ixtisas müəllimi və
digər fənn müəllimləri iştirak edirdilər. Həmin vaxt Zöhrənin
dərs zamanı mövzunun geniş izahı, ağıllı mühakiməsi, verilən
suallara dolğun və ətraflı cavablar verməsi dərsdə iştirak edən
müəllimlərin hamısını xeyli təəccübləndirmişdi. Bundan sonra
Azad müəllimin dərsi yüksək qiymətləndirilmişdi. O, şagirdini
gələcəkdə savadlı bir həkim görmək istəyirdi. Zöhrənin
biologiya
və
kimyadan
hazırlıqlığı
sinifdəki
digər
yoldaşlarından çox-çox fərqlənirdi. O, orta məktəb proqramda
nəzərdə tutulan materialları tam mənimsəməklə yanaşı, əlavə
kitablar oxumağı daha üstün tuturdu. Ona görə də Azad
müəllim institutda keçdiyi materiallardan və
əlavə kitablardan
Dostları ilə paylaş: |