Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

214
 
 
-    Mən  yalnız  respublikanın  rəsmi,  yəni  dövlət  mətbuatında 
çıxış  edirəm.  İndiyə  qədər  rəsmi  mətbuatda  50-yə  qədər  elmi 
və  siyasi  məqalələrlə    çıxış  etmişəm.  Məqalələrim  son 
dövrlərdə  “Azərbaycan”  və  “Xalq”  qəzetlərində    çap 
olunmuşdur.  Bir  neçə  məqaləmin  adını  çəkmək  istəyirəm. 
Onlardan  :  “Xalq  cümhuriyyəti-  müstəqilliyin  cücərtiləri”, 
(“Azərbaycan” qəzeti, 24 may 1998- ci  il)  “Yaddaşlardan heç 
nə silinmir ( “ Azərbaycan” qəzeti , 13 iyun 1998-ci il); “Xalq 
qurultayı xülyadır”, ( “Azərbaycan” qəzeti, 27 avqust 1998- ci 
il);  “  SİDSUH  nəyə  arxalanır?”  (  “Xalq”  qəzeti,  13  oktyabr 
1998-ci  il);  Prezident  seçkilərində  Heydər  Əliyevin  qələbəsi 
Azərbaycanın  gələcəyinin  qələbəsidir”  (  “Azərbaycan”  qəzeti, 
6  noyabr  1998-  ci  il)  və  s.  göstərə  bilərəm.  Bu  məqalələrdə 
Azərbaycan  Demokratik  Respublikasının  80  illiyi,  Qurtuluş 
günü,  müxalifətin  pozuculuq  fəaliyyəti,  prezident  seçkilərində 
Heydər Əliyevin qələbəsi və s. məsələlər işıqlandırılmışdır. 
 1998-ci  ildə  Azərbaycan  xalqı  Heydər  Əliyevin  75  illik 
yubileyini  qeyd  etdi.  Mən  də  bu  məsələ  ilə  əlaqədar  qəzet  və 
jurnallarda  çıxış  etmişəm.  Məsələn,  “Dövlət  və  hüquq” 
jurnalında(1998-ci il № 1) “Türk dünyasının böyük oğlu” adlı 
məqaləsi ilə çıxış etmişəm. 
      Respublikada  hazırda  qəzet  bolluğudur.  Kim  istəyir,  özü 
üçün  qəzet  açır.  Elə  qəzetlər  var  ki,  adını  “  müstəqil”  qoyub. 
Belə  ağır  gündə  xalqın  yaxşı  oğullarına  qara  yaxaraq  ara 
qarışdırmaqla  məşğul  olurlar.  Bu  qəzetlər  ziyalıları  üz-üzə 
qoyaraq  ictimaiyyətdə  yalnış  rəy  yaradırlar.  Belə  qəzetlərin 
olmasındansa, olmaması yaxşıdır. 
      Müstəqil  qəzetlərdən  “Ziyalı”  qəzetini  xeyirxah  və  əsl 
ziyalı qəzeti kimi qeyd etmək istərdim. Bu qəzet öz nüfuzunu 
qoruyub saxlamağı  bacarır. 
 
-    Bir  ziyalı  və  elm  adamı  kimi  necə  oldu  ki,  Məkkəyə  Həcc 
ziyarətinə  getdiniz?  Bu  sizin  arzunuz  olub,  yoxsa  bu  hiss, 
istək sonradan yaranıb? 


215
 
 
 
-  Bu  arzu,  istək,  hiss  kökdən  gəlir.  Bizim  Qərəvəlli  kəndi 
Zərdabın  seçilən  kəndlərindəndir.  Qərəvəlli  sakinləri  özlərinin 
xeyirxahlığı,  safqəlbliyi,  dini  etiqadları  ilə  seçilirlər.  Mənim 
babalarım məhşur seyid Mir Abdulla ağa və Mir Səftər ağadır. 
Uşaqlığım  onların  yanında  keçib.  Onların  elm,  din  haqqında 
ibrətamiz  söhbətləri  məni  həmişə  özünə  məftun  edər,  sanki 
sehrləyirdi.  Dünyadakı,  səmadakı  hər şeyin,  hər  hadisənin  bir-
birini  tamamladığını  təəccüblə  müşahidə  edər,  Allahın 
varlığına  möhkəm  inam  yaranırdı.  Bu  inam,  bu  əqidə  mənim 
təhsildəki  nailiyyətlərimə  də  böyük  təsir  göstərirdi.  Elmi 
zirvələri  fəth  etməyimə  baxmayaraq,  yenə  də  özümü  hardasa 
yarımçıq  hesab  edirdim.  Sovetlər  birliyi  dağılandan  sonra 
sərhədlər  açıldı  və  məni    daim  sehrləyən,özünə  cəlb  edən 
ziyarətlərə  getməyimə  imkan  yarandı.  Mənə  elə  gəlir  ki,  bu 
ziyarətə daxilən hazır olan insanları Allah özü çağırır. Yəni  bu 
hər kəsin istəyi ilə deyil, gərək Allah qismət edə. 
     Bir dəfə mənə çox yaxın olan bir dostum belə bir sual verdi 
ki,  bu  qədər  titulların  var,  heç  bilmirəm  sənə  necə  müraciət 
edim?  Cavab  verdim  ki,  bu  adların  hər  biri  gərgin,  fiziki- 
mənəvi zəhmətin nəticəsi olduğu üçün mənə çox əzizdir. Lakin 
ən ümdə olanı budur-  Hacı İsmayıl. Mən bu adla fəxr edirəm. 
Bundan özümçün böyük qürur duyuram.  Babam 1915- ci  ildə 
ziyarətə  gedib,  geri  qayıtmayıb.  Onu  camaat  “Ocaq”  kimi 
qəbul edib, qəbrini ziyarətgaha çeviriblər. 
     Kəndimizin  əhalisi  yığılıb  kənddə  böyük  bir  məscid  binası 
tikiblər.  Bu  məsciddə  əhali  ibadət  edir.  Məscidin  tikilməsinə 
Sibirdə  yaşayan  kəndin  sakini    Qambayev  Göyüş  rəhbərlik 
etmiş və bütün xərcini o çəkmişdir. 
     Kəndimizin  Mingəçevirdə  yaşayan  cavanları,  xüsusilə Hacı 
Xanəli  başda  olmaqla,  böyük  bir  məscid  tikiblər  və  adını 
“Heydər məscidi” qoyublar. Bu məscid hörmətli prezidentimiz 
Heydər Əliyevin şərəfinə ucaldılmışdır. 


216
 
 
    Yəni  demək  istəyirəm  ki,  bizim  kəndimizdə  dini  adət-
ənənələrə  böyük  hörmət  vardır.  Mən  də  bu  kəndin  yetirməsi 
kimi  Bakıda  yaşamağıma  baxmayaraq,  həmin  adət-  ənənələri 
heç vaxt yaddan çıxarmıram. 
     Mən 1996-cı il aprel  ayının 17-dən mayın 5-nə qədər Həcc 
ziyarətində  olmuşam.  Burada  maraqlı  bir  faktı  qeyd  etmək 
istərdim.  Aprelin  30-  da  avtobusla  Məkkə  şəhərindən 
Mədinəyə yola düşdük. Biz avtobusda keçmiş Ali Məhkəmənin 
sədri  Abdulla  İbrahimov,  Canəli  Əkbərov  və  Ağaxan 
Abdullayevlə  bir  yerdə  idik.  Hacı  Abdulla  üzünü  Hacı 
Canəliyə  və  Hacı  Ağaxana  tutub  dedi:  “Nə  vaxtdandır  ki, 
operada “Leyli və Məcnunu” ifa edirsiniz. Bu da Sizin səhnədə 
arzuladığınız  Leyli  və  Məcnunun  vətəni.  İndi  buyurun, 
məharətinizi  burada  da  göstərin.”Düzünü  deyim  ki,  Mədinə 
şəhərinə  qədər  Ağaxanla  Canəli  muğam  oxudular.Əlbəttə,  bu 
heç vaxt yadımdan çıxmaz. 
     Orta  məktəbdə  oxuyarkən  həmişə  Şərq  ölkələrinə  getməyi 
arzulayırdım.  Axır  ki,  ziyarət  etməklə  bərabər  şəhərləri  gəzib, 
ərəblərin  adətlərini  də  öyrəndim.  Ümumiyyətlə,  bu  ziyarət 
mənim həyatımda böyük dönüş yaratdı. 
 
-   Hacı kimi hansı xeyirxah işlər görmüsünüz? 
 
-    Həzrət  Əlinin  (ə)  belə  bir  kəlamı  var:  “Hər  bir  insanın 
qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür”.Mən bu kəlamı özüm 
üçün  şüar  etmişəm.  Hər  gün  Həzrət  Əlinin  (ə)  sözlərini 
ürəyimdən  keçirirəm.  Kim  harda  nə  çətinliyə  düşsə,  nə 
imkanım olsa köməklik edirəm ( həm mənəvi, həm də maddi). 
Kəndimizin qəbiristanlığı kənddən iki kilometr aralıda yerləşir. 
Həmin  qəbiristanlığa  getmək  üçün  əhali  çox  əziyyət  çəkirdi. 
Hətta,  qış  aylarında  ora  traktorla  güclə  getmək  olurdu. 
Qardaşlarım  Sibirdə  işləyirdilər,  onların  imkanları  yaxşı  idi. 
Mən  onları  çağırdım,  məsləhətləşdik.  Böyük  xərclə  kənddən 
qəbiristanlığa  iki  kilometrlik  asfalt  yol  çəkdik.  İndi  camaat 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə