199
Borçalının bir qeyrətli qızısan,
Səs-küyünə bürünübdür hər bir yan.
Şəninə söz qoşur hər qoca, cavan
Mərifətdə birincisən, Azadə,
Ürəklərin sevincisən, Azadə.
*
Hər gecən nur olub bir sabah kimi,
Sandın Borçalını səcdəgah yeri.
Gəzdin ellərini bir səyyah kimi
Sən incidən bir incisən, Azadə,
Könüllərin sevincisən, Azadə...
Şairə xanım eli, obası üçün yanan şairlərdəndir. Necə ki, bir
şeirində dediyi kimi:
Əlvan çiçəklər bəzədi ömrümü.
Külək sığalladı yaralı könlümü.
Günəş oduma od qatdı,
Məndə Prometey ovqatı yaratdı.
Nəriman Həsənzadə ovqatı yaşatdı...
Odur ki, el üçün yanıram.
Yana-yana özümü bu torpağın
övladı sanıram.
200
Hacı Azadə xanım son vaxtlar gördüyü yuxulardan yazır.
Onu tanıdığım gündən o, həmişə haqqın, ədalətin tərəfində
olub. Hörmət və rəğbəti gördüyü işgüzar işlərdə,
xeyriyyəçilkdə, insanlarla səmimi münasibətlərində, onlara
qayğı ilə yanaşmada, onların dərd-sərinə şərik çıxmaqda, yetim
görəndə ürəyi sızlamaqda görür Azadə xanım. Bəzi bədxah
adamlar onun insanlar arasında yüksək nüfuz qazanmasını
həzm edə bilməyərək onun haqqında bəzən yanlış məlumatlar,
dedi-qodular yayırlar. Amma bütün bunlara baxmayaraq Azadə
xanım Allahın sevimli bəndəsi olduğu üçün hər zaman onun
haqqında söylənilən şayiələr alt-üst olaraq sabun köpüyü kimi
öz-özünə yox olub gedir. Sonda həmin bədxah insanlar
səhvlərini başa düşüb ondan üzr istəyiblər. Mən belə bir
hadisənin şəxsən şahidi olmuşam. Çünki cəmiyyət hər bir
insanın ona layiq olduğu qiyməti gec-tez verir. Necə ki, Azadə
xanımın “Haqqın səsiyəm”şeirində yazıldığı kimi:
...Qəlbimə toxunan xeyir tapmayır,
Mən haqqa bağlıyam, haqqın səsiyəm.
Haqqımı itirən nadanlar olub,
Tanrının sınanmış bir bəndəsiyəm.
*
Ürəyim sızlayır yetim görəndə,
Halına yanıram, yazığım gəlir.
Ürəyim dözməyir kasıb görəndə,
Bir tikə çörəyi yeyəmmirəm tək.
Azadə xanımın qəlbi sevgi ilə doludur. O, sevgisini
hamıyla paylaşmağı bacarır, onu əziz tutur, daxilən onu
201
yandırıb-yaxan sevgini qınamır, sadəcə ona “ Nə deyim mən
bu sevgiyə?” deyə öz-özünü məzəmmət edir:
Arzulardan bir ev yapdım,
Gündüz gəzdim, gecə tapdım,
Səni taleyimə qatdım,
Nə deyim mən bu sevgiyə?..
*
Sükutdan davaya düşdüm,
Sevincdən ah-vaya düşdüm,
İlahi, sağalmaz bəlaya düşdüm,
Nə deyim mən bu sevgiyə?..
Hacı Azadə xanım anaya yüksək qiymət verərək onu
müqəddəslik rəmzi, hamımızın başının tacı adlandırır. O, bütün
dərdlərin dərmanının anada olduğunu söyləyir. Şairənin “Ana”
nəğməsində dediyi kimi:
Müqəddəslik rəmzisən
Hər an mənə dünyada.
Harada olsam yenə,
Anam, düşürsən yada...
*
Dərdimin əlacısan,
Sənsən yaşadan məni.
Başımızın tacısan,
Allah qorusun səni!
Azadə xanımın şeirlərində bu fani dünyadan giley-güzar
edilir, insanların biganəliyindən, dosta vəfasızlıqdan, etibarsız,
riyakar, xudbin, vəzifəpərəst, varı-dövləti özünün həyat
amalına çevirən, namərd insanlardan söz açılır. “Kimə
gərəkdir?” şeirində deyildiyi kimi:
202
Baxıram, elə hey dəyişir insan,
Dəyişir kainat, dəyişir dövran.
Düşünən varmı ki, görəsən bir an?
Qüdrətsiz bu dünya kimə gərəkdir?
*
Dar gündə dost-dosta bir nəzər salmır,
Namərdlər çoxalır, mərdə yer qalmır.
Pullular pulsuzun sazını çalmır,
Hörmətsiz bu dünya kimə gərəkdir?..
Şairə xanım Qarabağ savaşında qəhrəmancasına döyüşüb
şəhid olan igid, mərd oğullarımızı da unutmur. Onların
düşməni qorxudan, onların canına üşütmə salan qəhrəman
övladlarımızın qəhrəmanlıq salnaməmizə yeni adlar yazır,
Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi:
...Şəhid məzarlğın sənin bil evin,
Düşməni çaşdırdı sənin mərdliyin.
Dünyada əzbərdi sənin ad-sanın,
Qarabağda şəhid oldun, Mübariz.
*
Şəhid ocağında sönməzdi odun,
Verdin qiymətini sən bu həyatın,
Azadə şeirində əzbərdi adın,
Qarabağda şəhid oldun, Mübariz.
Dostları ilə paylaş: |