Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

186
 
 
silahlı  qüvvələrin  üzvləri  ilə,  habelə,  xəstələnmə,  yaralanma, 
tutulma  və  ya  hər  hansı  digər  səbəb  üzündən  sıradan  çıxmış 
şəxslərlə onların  irqinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə 
və  ya  digər  oxşar  meyarlara  görə  heç  bir  ayrı-seçkilik 
qoyulmadan, 
bütün 
hallarda 
insanpərvərliklə 
rəftar 
olunmalıdır.  Bu  məqsədlə  qeyd  olunan  şəxslərə  qarşı  aşağıda 
sadalanan  bütün  hərəkətlər  qadağan  edilir  və  hər  zaman,  hər 
yerdə qadağan ediləcəkdir: 
a)  həyata  və  ya  şəxsiyyətə  qəsd  etmək,  o  cümlədən  hər  hansı 
şəraitdə öldürmək, şikəst  etmək, qəddarcasına rəftar  etmək və 
ya işgəncə vermək
b ) girovlar götürmək
c)  insan  ləyaqətinə  toxunmaq,  o  cümlədən  təhqiramiz  və  ya 
alçaldıcı tərzdə rəftar etmək
      Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri diktə edən 
bir  çox  normalar  mövcuddur  ki,  bu  normalara  ona  qoşulmuş 
dövlətlər  tərəfindən  əməl  edilməsi  zəruridir.  Konvensiyanın 
sözügedən  maddəsi,  həmçinin,  yaralılar  və  xəstələrin  döyüş 
zonasından  toplanması,  onlara  qayğı  göstərilməsini  tələb  edir. 
Lakin  Ermənistan  Respublikası  Azərbaycan  vətəndaşlarına 
qarşı  münasibətdə  Cenevrə    Konvensiyalarının  bu  və  digər 
tələblərini  kobud  surətdə  pozur,  Azərbaycana  qarşı  hərbi 
təcavüz nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın 
hüquqlarını  müntəzəm  olaraq  tapdalayır,  heç  bir  beynəlxalq 
normaya  sığmayan  əməlləri  ilə  özünün  cinayətkar  və 
təcavüzkar xislətini açıq-aydın göstərir. 
 
                                             *** 
       Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
cənabları  24  fevral  2004-cü  il  tarixində  Xocalı  soyqırımının 
ildönümü  ilə  əlaqədar  olaraqAzərbaycan  Xalqına  müraciət 
etmişdir.  Müraciətdə  deyilir:  “  ...  Xocalı  faciəsi  iki  yüz  ilə 


187
 
 
yaxın  bir  müddət  ərzində  erməni  millətçilərinin  və  onların 
havadarlarının  xalqımıza  qarşı  apardığı  etnik  təmizləmə  və 
soyqırımı siyasətinin davamı və qanlı səhifəsi didi. Bu mənfur 
siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər 
gətirmişdir... 
 ...  Xocalı  faciəsi  öz  qəddarlığına,  kütləviliyinə  və  törədilən 
cinayətin  ağırlığına  görə  bəşəriyyətə  qarşı  ağır  cinayətlər 
sırasına daxil olmuşdur. 
      Xocalı  soyqırımını  törətməklə  erməni  millətçiləri  məkrli 
məqsədlər  güdürdü:  xalqımızı  qorxutmaq,  vahimə  yaratmaq, 
onun  mübarizə  əzmini  qırmaq,  torpaqların  işğalı  faktı  ilə 
barışmağa  məcbur  etmək.  Lakin  hiyləgər  və  amansız  düşmən 
məqsədinə  çata  bilmədi.  Xocalı  müdafiəçiləri  qəddar 
düşmənlə  mübarizədə  əyilmədilər,  qəhrəmanlıqla  vuruşaraq 
Vətənə sədaqət nümunəsi göstərdilər... 
     1994-cü  ildən  ümummilli  liderimiz  Heydər  Əliyevin 
təşəbbüsü  ilə  Azərbaycan  hökuməti  və  parlamenti  erməni 
millətçilərinin  azərbaycanlılara  qarşı  törətdiyi  cinayətlər  ,  o 
cümlədən  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  bütün 
miqyası  və  dəhşətləri  ilə  dünya  dövlətlərinə  və  beynəlxalq 
ictimaiyyətə  çatdırmaq,  bunların  soyqırımı  siyasəti  kimi 
tanınmasına  nail  olmaq  üçün  inadlı  və  ardıcıl  fəaliyyət 
göstərir.  Məqsəd  Xocalı  faciəsinə  beynəlxalq  hüquqi-siyasi 
qiymət  verilməsinə,  onun  təşkilatçılarının,  ideoloqlarının  və 
icraçılarının  dünya  ictimaiyyətinin  gözündə  ifşasına  və 
cəzalandırılmasına  nail  olmaqdır.  Bu,  bir  tərəfdən  Xocalı 
müdafiəçilərinin  və  şəhidlərinin  ruhu  qarşısında  bizim 
insanlıq  və  vətəndaşlıq  borcumuzdur.  Digər  tərəfdən  isə, 
insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə 
təkrar olunmaması üçün mühüm şərtdir.  
      Hazırda  Azərbaycan  rəhbərliyi  Ermənistan-Azərbaycan, 
Dağlıq 
Qarabağ 
münaqişəsinin 
beynəlxalq 
hüquq 
normalarına  uyğun,  Azərbaycanın  suverenliyi  və  ərazi 


188
 
 
bütövlüyü  çərçivəsində  həll  olunması  üçün  ardıcıl  fəaliyyət 
göstərir.  Aparıcı  dünya  dövlətləri,  nüfuzlu  beynəlxalq 
təşkilatlar getdikcə daha artıq dərəcədə Azərbaycanın ədalətli 
mövqeyini  qəbul  edir,  ərazilərimizin  işğalı  faktını  etiraf  edir, 
Ermənistandan  Azərbaycan  torpaqlarını  azad  etməyi  tələb 
edirlər.  Biz  dövlətimizin  iqtisadi,  siyasi  qüdrətinə  və 
qazanılmış  təcrübəyə  arxalanaraq,  problemin  ədalətli  həlli 
istiqamətində səylərimizi inadla davam etdirəcəyik. 
      Vətəndaşlarımız,  soydaşlarımız  unutmamalıdırlar  ki, 
erməni  millətçilərin  anti-Azərbaycan  təbliğatı  getdikcə  daha 
incə,  daha  mənfur  formalarda  davam  etdirilir,  ərazi 
iddialarını  əsaslandırmaqdan  ötrü  yeni-yeni  yalançı  tezislər 
uydururlar. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq 
olmalı, onları vaxtında ifşa etməliyik. 
      Hazırda  Azərbaycan  dövləti,  vətəndaşlarımız,  xaricdəki 
soydaşlarımız  Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması, 
onun  əsl  soyqırım  aktı  kimi  tanıdılması  istiqamətində  ardıcıl 
tədbirlər  görürlər.  Belə  tədbirlər  hər  il  daha  əhatəli  və 
peşəkar  səviyyədə  keçirilməli,  xaricdəki  soydaşlarımız  isə  öz 
fəallığını daha da artırmalıdırlar...” 
      Təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi, 
17  min  kv.  km-dən  artıq  torpağı  (Xocalı,  Şuşa,  Laçın, 
Xocavənd,  Kəlbəcər,  Ağdərə,  Ağdam,  Cəbrayıl,  Füzuli, 
Qubadlı,  Zəngilan  rayonları  )  işğal  olunmuş,  900-dən  çox 
 yaşayış  məntəqəsi,  600  orta  məktəb,  65  peşə  məktəbi,  2 
yüksək öyrənim qurumu, 798 səhiyyə ocağı, 500 tarixi-memari, 
100-dən çox arxeolojik abidə, 12 muzeyi və 6 rəsm qalereyası, 
4  rəsm  sərgisi,  927  kitabxana,  85  incəsənət  məktəbi,  20 
mədəniyyət sarayı, bir neçə dövlət teatrı, 6 min sənaye və kənd 
təsərrüfatı  müəssisəsi,  eləcə  də  digər  obyektlər,  44  məbəd  və 
18  məscid  işğalçı  ermənilər  tərəfindən  dağıdılıb.  Azərbaycan 
Respublikasının iqtisadiyyatına 60 milyard dollardan çox ziyan 
dəyib. Müharibənin nəticəsində 4866 nəfər(55 uşaq, 326 qadın, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə