Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

180
 
 
Minlərlə  dinc  azərbaycanlı  əhali  yalnız  milli  mənsubiyyətinə 
görə  məhv  edilmişdir.  Ermənilər  evlərə  od  vurmuş,  insanları 
diri-diri  yandırmışlar.  Milli  memarlıq  incilərini,  məktəbləri, 
xəstəxanaları,  məscid  və  digər  abidələri  dağıtmış,  Bakının 
böyük bir hissəsini xarabalığa çevirmişlər. 
      Azərbaycanlıların 
soyqırımı 
Bakı, 
Şamaxı, 
Quba 
qəzalarında,Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda 
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata 
keçirilmişdir.  Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə 
yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət  abidələri 
dağıdılıb məhv edilmişdir. 
     Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  1918-ci 
ilin  mart  hadisələrinə  xüsusi  diqqət  yetirilmişdir.  Nazirlər 
Şurası 1918-ci ilin iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə 
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar 
qəbul  etdi.  Komissiya  mart  soyqırımını,  ilkin  mərhələdəki 
Şamaxıdakı  vəhşilikləri,  İrəvan  quberniyası  ərazisində 
ermənilərin  törətdikləri  ağır  cinayətləri  araşdırdı.  Dünya 
ictimaiyyətinə  bu  həqiqətləri  çatdırmaq  üçün  Xarici  İşlər 
Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin 
mart  ayının  31-i  iki  dəfə  Azərbaycan  Xalq  Cümhuriyyəti 
tərəfindən  ümummilli  matəm  günü  kimi  qeyd  edilmişdir. 
Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir 
əsrdən  artıq  davam  edən  torpaqlarımızın  işğalı  proseslərinə 
tarixdə  ilk  dəfə  siyasi  qiymət  vermək  cəhdi  idi.  Lakin 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  bu  işin  başa 
çatmasına imkan vermədi. 
      Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün 
istifadə 
edən 
ermənilər 
1920-ci 
ildə 
Zəngəzuru 
və 
Azərbaycanın  digər  torpaqlarını  Ermənistan  SSR-in  ərazisi 
elan 
etdilər. 
Sonrakı 
dövrlərdə 
bu 
ərazilərdəki 
azərbaycanlıların  deportasiya  edilməsi  siyasətini  daha  da 


181
 
 
genişləndirmək  məqsədi  ilə  yeni  vasitələrə  əl  atdılar.  Bunun 
üçün  onlar  SSRİ  Nazirlər  Sovetinin  23  dekabr  1947-ci  il 
“Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbaycanlı 
əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi 
haqqında”  xüsusi  qərarına  və  1948-1953-cü  illərdə 
azərbaycanlıların  öz  tarixi  torpaqlarından  kütləvi  surətdə 
deportasiyasına dövlət səviyyəsində nail oldular. 
      Erməni  millətçiləri  öz  havadarlarının  köməyi  ilə  50-ci 
illərdən  etibarən  Azərbaycan  xalqına  qarşı  kəskin  mənəvi 
təcavüz  kampaniyasına  başladılar.  Keçmiş  sovet  məkanında 
müntəzəm  surətdə  yayılan  kitab,  jurnal  və  qəzetlərdə  milli 
mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən 
nəfis  nümunələrinin  erməni  xalqına  mənsub  olduğunu  sübut 
etməyə  çalışırdılar.  Eyni  zamanda  onlar  tərəfindən  bütün 
dünyada  azərbaycanlıların  mənfi  obrazını  formalaşdırmaq 
cəhdləri  də  güclənirdi.  “Yazıq,  məzlum  erməni  xalqı”nın 
surətini  yaradaraq  əsrin  əvvəllərində  regionda  baş  verən 
hadisələr  şüurlu  surətdə  təhrif  olunur,  azərbaycanlılara  qarşı 
soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. 
      Əsrin  əvvəllərində  əksər  əhalisi  azərbaycanlı  olan  İrəvan 
şəhərindən  və  Ermənistan  SSR-in  digər  bölgələrindən 
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. 
Azərbaycanlıların hüquqları  kobudcasına pozulur, ana dilində 
təhsil  almasına  əngəllər  törədilir,  onlara  qarşı  repressiyalar 
həyata  keçirilir.  Azərbaycan  kəndlərinin  tarixi  adları 
dəyişdirilir,  toponimika  tarixində  misli  görünməyən  qədim 
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. 
        Saxtalaşdırılmış  erməni  tarixi  gənc  ermənilərin  şovinist 
ruhunda  böyüməsinə  zəmin  yaratmaq  üçün  dövlət  siyasəti 
səviyyəsinə  qaldırılır.  Böyük  humanist  ideallara  xidmət  edən 
Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  ruhunda  tərbiyə 


182
 
 
olunmuş  yeni  nəslimiz  ekstremist  erməni  ideologiyasının 
təqiblərinə məruz qalır. 
       Azərbaycan  xalqının  mənəviyyatına,  milli  qüruruna  və 
mənliyinə  yönəlmiş  böhtanlar  siyasi  və  hərbi  təcavüz  üçün 
ideoloji  zəmin  yaradırdı.  Xalqımıza  qarşı  aparılan  soyqırım 
siyasəti  özünün  siyasi-hüquqi  qiymətini  tapmadığı  üçün  tarixi 
faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və 
ictimai  fikir  çaşdırılırdı.  Ermənilərin  Sovet  rejimindən 
bəhrələnərək  həyata  keçirdikləri  və  80-ci  illərin  ortalarında 
daha  da  güclənən  antiazərbaycan  təbliğatına  Azərbaycan 
Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 
       1988-ci  ildən  ortaya  atılan  qondarma  Dağlıq  Qarabağ 
konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz 
tarixi  torpaqlarından  qovulmasına  da  respublikada  düzgün 
siyasi qiymət verilmədi. 
       Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
Ermənistan  SSR-in  tərkibinə  daxil  edilməsi  haqqında 
ermənilərin  qeyri-konstitusion  qərarını  və  Moskvanın  əslində 
bu  vilayəti  Xüsusi  İdarəetmə  Komitəsi  vasitəsilə Azərbaycanın 
tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və 
mühüm  siyasi  aksiyalara  əl  atmaq  məcburiyyəti  qarşısında 
qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın 
işğalı  siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan  rəhbərliyi  öz 
passiv  mövqeyindən  əl  çəkmədi.  Məhz  elə  bunun  nəticəsi 
olaraq,  1990-cı  il  yanvar  ayında  getdikcə  güclənən  xalq 
hərəkatını  boğmaq  məqsədi  ilə  Bakıya  qoşunlar  yeridildi, 
yüzlərlə  azərbaycanlı  məhv  və  şikəst  edildi,  yaralandı,  digər 
fiziki təzyiqlərə məruz qoyuldu. 
      1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə 
misli  görünməyən  divan  tutdu.  Tariximizə  Xocalı  soyqırımı 
kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə