168
gücünə, potensial imkanına, intellektinə güvənərək qarşılaşdığı
maneəni dəf edə bilir. Yazıçı-publisist B.Bağırlı da öz
bacarığına, qabiliyyətinə, idrakına əmin olan insanlardandır. O,
həyatda rastlaşdığı hər bir şeyin, hər bir hadisənin mahiyyətinə
varmaq istəyir, onu daha dərindən öyrənməyə çalışır. İnsanın
həyatda qazandığı ən böyük qələbə öz üzərindəki qələbəsidir.
Əgər insan öz nəfsinə qalib
gələ bilsə, o,
həyatda istədiyinə nail
ola bilər.İnsan özünü dərk etsə, o, həyatı dərk etmiş olar.
Bunun üçün insanın daim öz üzərində çalışması lazımdır.
Böyükxan müəllim də yorulmaq bilmədən həmişə öz üzərində
çalışaraq mənəvi dünyasını zənginləşdirməyə çalışır. Bu ona
həmişə hörmət və başucalığı gətirib. Bununla bərabər B.Bağırlı
hər yerdə və hər zaman əxlaqını, ləyaqətini, ciddiliyini,
şəxsiyyətini, yüksək insani keyfiyyətlərini qoruyub saxlamağı
bacarır. O, başladığı işi yarımçıq qoymağı qətiyyən sevməyən,
hər şeydə ağlına, idrakına söykəndiyini əsas gətirərək işini
uğurla tamamlamağı xoşlayan çox zəhmətkeş adamdır.
Böyükxan müəllim gördüyü işləri hisslərə qapılmadan,
ağılının gücünə inanaraq həyata keçirir və eyni zamanda işinin
nəticəsindən zövq alır. O, başqalarına qarşı rəftar və
davranışında həmişə ehtiyatlı və səmimidir. Yazıçı öz
hərəkətlərində Platonun dediyi kimi,
“davranış hislərlə deyil,
ağılla idarə olunmalıdır” prinsipinə həmişə sadiq qalır. İnsan
azaddır və onun azadlığı ağıllı davranışındadır. B.Bağırlı
da hər
zaman ağıllı davranışı, səmimi rəftarı, məntiqi mühakimələri,
maraqlı müsahibələri, duzlu-məzəli söhbətləri ilə başqalarına
örnək olmuşdur. Nasirimizdə insana xas olan ən nəcib və
müsbət insani keyfiyyətlər ölçüyüyə gəlməz dərəcədə çoxdur.
O, el arasında deyildiyi kimi, “qızdan-gəlindən həyalı” əsl türk
kişisidir. Böyükxan həm də nəzakətli və xeyirxah insandır.
Konfutsi deyirdi
:”Hər kimdə bu beş keyfiyyət olsa demək o,
insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq
və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə ona dayaq olurlar,
əgər hörmətcildirsə, ona rəğbət bəsləyirlər, düzgündürsə, ona