Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

168
 
 
gücünə, potensial imkanına, intellektinə güvənərək qarşılaşdığı 
maneəni  dəf  edə  bilir.  Yazıçı-publisist  B.Bağırlı  da  öz 
bacarığına, qabiliyyətinə, idrakına əmin olan insanlardandır. O, 
həyatda rastlaşdığı hər bir şeyin, hər bir hadisənin mahiyyətinə 
varmaq  istəyir,  onu  daha  dərindən  öyrənməyə  çalışır.  İnsanın 
həyatda  qazandığı  ən  böyük  qələbə  öz  üzərindəki  qələbəsidir. 
Əgər insan öz nəfsinə qalib gələ bilsə, o, həyatda istədiyinə nail 
ola  bilər.İnsan  özünü  dərk  etsə,  o,  həyatı  dərk  etmiş  olar. 
Bunun  üçün  insanın  daim  öz  üzərində  çalışması  lazımdır. 
Böyükxan müəllim də yorulmaq bilmədən həmişə öz üzərində 
çalışaraq  mənəvi  dünyasını  zənginləşdirməyə  çalışır.  Bu  ona 
həmişə hörmət və başucalığı gətirib. Bununla bərabər B.Bağırlı 
hər  yerdə  və  hər  zaman  əxlaqını,  ləyaqətini,  ciddiliyini, 
şəxsiyyətini,  yüksək  insani  keyfiyyətlərini  qoruyub  saxlamağı 
bacarır. O, başladığı işi yarımçıq qoymağı qətiyyən sevməyən, 
hər  şeydə  ağlına,  idrakına  söykəndiyini  əsas  gətirərək  işini 
uğurla  tamamlamağı  xoşlayan  çox  zəhmətkeş  adamdır. 
Böyükxan  müəllim  gördüyü    işləri  hisslərə  qapılmadan, 
ağılının gücünə inanaraq həyata keçirir və eyni zamanda işinin 
nəticəsindən  zövq  alır.  O,  başqalarına  qarşı  rəftar  və 
davranışında  həmişə  ehtiyatlı  və  səmimidir.  Yazıçı  öz 
hərəkətlərində  Platonun  dediyi  kimi,  “davranış  hislərlə  deyil, 
ağılla  idarə  olunmalıdır”  prinsipinə  həmişə  sadiq  qalır.  İnsan 
azaddır və onun azadlığı ağıllı davranışındadır. B.Bağırlı da hər 
zaman  ağıllı  davranışı,  səmimi  rəftarı,  məntiqi  mühakimələri, 
maraqlı  müsahibələri,  duzlu-məzəli  söhbətləri  ilə  başqalarına 
örnək  olmuşdur.  Nasirimizdə  insana  xas  olan  ən  nəcib  və 
müsbət  insani  keyfiyyətlər  ölçüyüyə  gəlməz  dərəcədə  çoxdur. 
O, el arasında deyildiyi kimi, “qızdan-gəlindən həyalı” əsl türk 
kişisidir.  Böyükxan  həm  də  nəzakətli  və  xeyirxah  insandır. 
Konfutsi  deyirdi:”Hər  kimdə  bu  beş  keyfiyyət  olsa  demək  o, 
insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq 
və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə ona dayaq olurlar
əgər  hörmətcildirsə,  ona  rəğbət  bəsləyirlər,  düzgündürsə,  ona 


169
 
 
etibar  edirlər,  əgər  o,  ağıllıdırsa,  uğur,  xeyirxahdırsa,  hörmət 
qazana  bilər”.Konfutsinin  sadaladığı  beş  insani  keyfiyyətlərin 
hamısı  Böyükxan  müəllimdə  vardır.  Ona  görə  də  ona  həm 
ədəbi  mühitdə,  həm  kollektivdə,  həm  yaşadığı  el-obasında, 
həm  də  ailəsində  böyük  hörmət  və  rəğbət  bəsləyirlər.  İnsan 
təbiəti  mürəkkəb  olduğu  üçün  bəzi  adamların  qəlbindəkiləri 
bilmək,  təbiəti  dərk  etməkdən  çətin  olur.  İçində  həsəd,  kin, 
paxıllıq, xudpəsəndlik,  riyakarlıq,  qısqanclıq  və  s.  kimi  qeyri-
insani xüsusiyyətlər yuva salmış insanlara da Böyükxan həmişə 
səmimi,  mehriban,  xoş  rəvtar  sərgiləyərək  insani  münasibətlər 
bəsləyir.  Bu  cür  insani  keyfiyyət  şəxsiyyətin  böyüklüyünə 
dəlalət  edir.  Bütün  dediklərimizi  nəzərə  alaraq  yazıçı-publisist 
B.Bağırlını mübaliğəsiz olaraq böyük şəxsiyyət və başqalarına 
örnək  olası  insan  adlandırsaq  heç  də  yanılmarıq.  Yazıçı 
qardaşımıza ədəbi yaradıcılığında bundan sonra da yaşıl işıq və 
uğurlu yol diləyirik. 
 
 
                                 “Ədalət” qəzeti, 09 yanvar 2015-ci il. 
 
 
 
 
 
 


170
 
 
 
    Bəşəri cinayət - Xocalı soyqırımı 
 
      Tarix  boyu  Azərbaycan  xalqı  dəfələrlə  erməni  hiyləsinin, 
erməni 
təcavüzunun, 
erməni 
satqınlığının, 
erməni 
qəddarlığının,  xüsusilə  türk  millətinə  yönəlmiş  nifrətinin 
şahidi olmuş və həmişə də bu nifrətin acısını dadmışdır.      
      Hələ  eramızdan  əvvəl  Aralıq  dənizi  xalqları  ermənilərin 
əxlaqsızlıqlarına görə onlara qarşı açıq müharibə elan edərək 
əksəriyyətini öldürmüş, vurub dənizə tökmüş, qalanlarını isə 
qovub  Balkan  ölkələrindən  çıxarmışlar.  Sağ  qalanlar  qaçıb 
Hindistan  yarımadasında  özlərinə  sığınacaq  tapmışlar.  Az 
keçməmiş  hindlilər  də  ermənilərin  naqisliyini  görüb  onları 
Hindistan  torpağından  qovmuşlar.  Bundan  sonra  ermənilər 
fars və ərəb ərazilərinə sığınırlar. 
      İllər  ötdükcə  ərəb  və  fars  xalqları  da  ermənilərin  pis 
əməllərinin  acısını  dadmalı  olurlar.  XIX  əsrin  əvvəllərində 
Rusiya-İran  müharibəsində  erməni  satqınlığı  özünü  aydın 
şəkildə  biruzə  verdi.  Bundan  qəzəblənən  Şərq  xalqları 
erməniləri  öz  ərazilərindən  qovdular.  Hər  yerdən  əlləri 
üzülən  ermənilər  bu  dəfə  rusların  ətəyindən  yapışmalı 
olurlar.  Ruslar  erməniləri  Şimali  Qafqazda,  xüsusi  ilə  də 
Azərbaycanın 
Naxçıvan 
və 
Qarabağ 
bölgələrində 
yerləşdirdilər.  Ermənilər  torpaqlarımızda  sığınacaq  tapan 
gündən rahatlığımızı itirmiş, həmişə onlara istəklərinə uyğun 
havadarlarının köməyi sayəsində müəyyən güzəştlərə getmək 
məcburiyyətində  qalmışıq.  Elə  həmin  acı  güzəştlərin 
nəticəsidir  ki,bu  gün  xalqımız  böyük  faciələrlə  qarşı-qarşıya 
dayanmışdır. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə