Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

165
 
 
B.Bağırlının  qəhrəmanları  -  istər  müsbət  olsun,  istər  mənfi, 
onlar  həyatımızın  həm  sovet  dövrünü,  həm  də  müasir 
dövrümüzün  reallıqlarını  özündə  ehtiva  edən  insanlardır. 
Müəllif  ideal  qəhrəman  obrazları  yaratmaq  fikrindən  uzaqdır, 
ancaq  o,  yazıçı  fəhmi  ilə  cəmiyyəti  müşahidə  edərək, 
qəhrəmanlarının fərdi və tipik keyfiyyətlərini təhlili nəticəsində 
öz obrazlarını oxucular üçün nümunəyə çevirmək istəyir. Və o, 
buna nail olur. Yazıçı qəhrəmanlarını ilahiləşdirməyə çalışmır, 
sadəcə onları olduqları kimi cəmiyyətə təqdim etməyə çalışır.  
      Bütün  dövrlərdə,  tarix  boyu  insan  problemi,  xüsusən  onun 
mənşəyi,  mahiyyəti,  təbiətdə  tutduğu  yeri,  cəmiyyətdəki  rolu 
məsələləri  fundamental  fəlsəfi  problemlərdən  biri  kimi 
nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bəri insan həmişə 
onun diqqət mərkəzində olmuşdur. Ancaq müasir elm nə qədər 
inkişaf  edirsə-etsin,  insanın  mənşəyi  və  mahiyyəti 
məsələlərində hələ  də  sirli cəhətlər çoxdur.  İnsan hələ ki,  kəşf 
olunmayan  şüurlu  bir  varlıq  olaraq  qalır.  Müasir  elmin 
nailiyyətlərinə  əsaslanaraq  demək  olar  ki,  insan  evolyusion 
inkişafın  məhsuludur.  Elm  sübut  etmişdir  ki,  insanın 
inkişafında  bioloji  amillərlə  yanaşı,  sosial  amillər  də  mühüm 
rol  oynamışdır.  Hər  bir  insanın  necə  inkişaf  etməsi  onun 
düşdüyü mühitdən, kollektivdən, cəmiyyətdən asılıdır. 
     Mən  filosof  alim  Həqiqət  xanım  Kərimova  ilə  “İnsan  və 
onun  psixologiyası”  mövzusu  barədə  söhbət  aparmışdım. 
Həqiqət  xanım  insan  haqqında  mənə  bir  neçə  maraqlı 
açıqlamalar  vermişdi.  Onun  fikrincə:  “İnsan  hələ  də  bəşər 
tarixində müəmmalı bir varlıq olaraq qalmaqdadır. İnsan daim 
yüksək  məqamlara  can  atır.  Onun  müəmması  isə  beyinidir. 
Məncə,  beyinin  şifrəsi  açılarsa,  elm  insan  haqqında  axtardığı 
cavabı tapa bilər. Əql və düşüncə beyinə məxsusdur. Quranda 
əql  barədə  500-ə  yaxın  ayə  vardır.  İnsan  təbiətiiki  xassəlidir. 
Zahirən görünən, maddi xüsusiyyətlərə malik olan insan - yəni 
zamanın  təsiri  ilə  dəyişən  insan;  ikincisi  daxili  aləminə  aid 
olan,  yəni  zəka,  idrak,  vicdan  kimi  keyfiyyətləri  özündə 


166
 
 
birləşdirən  mənlikdir  ki,  maddi  aləmdə  nisbi  olan  hər  şeyi 
onunla anlayıb təyin edir, dəyişkənlikləri müqayisə edir. Məhz 
insana  xas  olan  bu  ikinci  xassə  məkan  və  zamanın  təsirindən 
dəyişmir. Vicdan həqiqət və mənəvi Əxlaqdır.” 
     İnsanı  ucaldan  onun  əxlaqı,  vicdanı,  həyata  düzgün  baxışı, 
öz  potensial  gücünü  düzgün  yerə,  düzgün  istiqamətləndirmək, 
məqsəd  və  məramına  çatmaq  üçün  gərgin  əmək  sərf  etmək 
bacarığıdır.  Doğrudan  da  zəhmət,  əmək  insanı  şərəfləndirir, 
ona məmnunluq, bəxtiyarlıq bəxş edir. Böyük şairimiz Hüseyn 
Cavid  çox  doğru  olaraq  göstərir  ki,  “əsl  bəxtiyarlıq  xalqa 
xidmətdir. O adam xoşbəxtdir ki, onun əməyi milyonlara gərək 
olsun,  Vətənin,  ölkənin  çiçəklənməsinə,  yüksəlməsinə  xidmət 
etsin.”  Bunu  nəzərə  alan  şair  insanları  xeyirli  işlər  görməyə, 
təşəbbüskarlığa, yaradıcı əməyə, fədakarlığa çağıraraq deyir:  
                      Haqq da, həqiqət də göz önündədir
                      Yer altında deyil, yer üstündədir. 
                      Bəxtiyarsan əgər çəkdiyin əmək
                      Cahan sərgisinə versə bir çiçək. 
     Yorulmaq  bilməyən,  daim  yazıb-yaradan,  xeyirxah  əməllər 
sahibi,  yazıları  ilə  Vətəninə,  xalqına  xidmət  göstərən,  özünü 
həmişə  millətinin  əsgəri  hesab  edən  istedadlı  qələm  sahibi 
Böyükxan Bağırlı da belə insanlardandır. O, həyatda həmişə öz 
gücünə,  təfəkkürünə  arxalanaraq  cəmiyyətdə  öz  layiqli  yerini 
qazanmışdır.  B.Bağırlının  ədəbi  mühitdə  qazandığı  uğurlar 
onun  gecə-gündüz  çalışdığı  gərgin  əməyinin  nəticəsində 
olmuşdur. Onu istər oxucuları, istərsə də qələm dostları həmişə 
xoş  xatirələrlə  yada  salır,  onun  haqqında  daim  xoş  sözlər 
söyləyirlər.  İnsanı  cəmiyyətdə  sevdirən  onun  şəxsiyyətinin 
bütövlüyü,  əqidə  saflığı,  qüruru,  şərəfi,  hər  yerdə  ədalət 
prinsipini  gözləməsi,  adamlara  qarşı  xeyirxah  münasibəti, 
səmimi  davranışı,  təmkinliliyi,  riyakarlıqdan  uzaq  olması, 
mənəvi  azadlığı,  ictimai  fəallığı,  etik  normalara  ciddi  riayət 
etməsi,  özünə  və  başqalarına  həmişə  hörmətlə  yanaşması, 
ətrafındakıların  diqqətin  cəlb  bilmək  bacarığına  malik 


167
 
 
olmasındadır.  Rus  psixoloqu  D.A.Leontevin  fikrincə, 
şəxsiyyət  doğulmur, şəxsiyyət  təşəkkül  tapır.” Sosiallaşma nə 
qədər  ki,  dinamik  xarakter  daşıyır,  şəxsiyyətin  təşəkkülü  bir  o 
qədər  daimilik  kəsb  edir.  Yazıçı  B.Bağırlıda  şəxsiyyətin 
inkişafı  onun  ədəbi  yaradıcılığındakı  müxtəlif  insan  tiplərinin 
cəmiyyətdə onlara qarşı münasibətin formasından və dinamizm 
əsas  etibarı  ilə    daha  çox  sosial  mühitdən  asılı  olduğunu 
göstərməsindədir. İ.S.Viqotski isə şəxsiyyəti hər şeydən əvvəl, 
fəaliyyətdə  olan  varlıq  kimi  araşdırır.  Çünki  şəxsiyyətin 
məqsədi,  vəzifələri,  davranışı  və  hərəkətləri  yalnız  insanın 
fəaliyyətində üzə çıxır. Yazıçı-publisist B.Bağırlının şəxsiyyəti 
onun  ədəbi  fəaliyyətində,  sosial  mühitdəki  insanlarla  rəftar  və 
davranışlarında  aydınca  görmək  mümkündür.  O,  yaşadığı 
cəmiyyətdə  ictimai  dəyərini  bilən,  öz  yaradıcılıq  imkanları  ilə 
ədəbi mühitdə özünəməxsus atmosfera yaradan və oxucularına, 
onu  sevənlərə  gərəkli  olduğunu  başa  düşən  yazarlardandır. 
Zamanın özünün daxilində olan insanlar da fərqli olurlar. Eyni 
cəmiyyətdə  yaşayan  insanlardan  biri  özünü  xoşbəxt,  digəri  isə 
bədbəxt  hesab  edir.  B.Bağırlı  özünü  xoşbəxt  sanan 
insanlardandır.  Onun  xoşbəxtliyi  elə  cəmiyyətə  gərəkli  bir 
vətəndaş  olmağındadır.  Onun  xoşbəxtliyi  Vətəninə,  xalqına, 
elinə-obasına  qələmi  ilə  xidmət  etməsindədir.  O,  torpağına, 
yurduna qırılmaz tellərlə bağlı gözəl insan, böyük şəxsiyyətdir. 
Cəmiyyətdə  baş  verən  hər  hansı  bir  neqativ  hadisə  onu  təkcə 
yazar  kimi  deyil,  həm  də  bir  vətəndaş  olaraq  qəlbən  narahat 
edir, onun içini sızladır. İnsanların ağrı-acılarını özününkü hiss 
edir, onların dərdlərinə şərik çıxır, düşdükləri çətin vəziyyətdən 
çıxış  yolu  göstərməyə  çalışaraq,  onlara  hər  zaman  kömək 
etməyə  hazır  olduğunu  öz  əməllərilə  sübut  etməyə  çalışır. 
Bəzən  insan  həyatda  çarəsiz  qalaraq  kimdənsə  kömək 
gözləmək  məcburiyyətində  qalır.  Belə  insanlar  öz  qüvvəsinə 
inamı olmayan şəxslərdir. Amma elə insanlar da vardır ki, hər 
hansı çətin vəziyyətə düşməsindən asılı olmayaraq kömək üçün 
kiməsə  müraciət  etmək  fikrindən  uzaq  olur.  O,  yalnız  öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə