Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

171
 
 
 
                                               *** 
      Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə 
yazılan  soyqırımlar  çox  olub.  Belə  ki,  Xatın,  Xirosima, 
Naqasaki,  Uqanda,  Somali  qətliamları,    Ruandada  800  min 
Tutsi  xalqı,  Bosniyada  kiçik  Srebrenisa  şəhərciyində  7800 
bosniyalıların  serblər  tərəfindən,  Fələstində  İsrailin  Qəzzəni 
bombardman  etməsi  nəticəsində  təkcə  21  gün  ərzində  218-i 
uşaq olmaqla 1049 nəfər dinc əhali şəhid olub, 2654 nəfər kişi, 
onlardan  1187-si  qadın,  1854  nəfər  isə  uşaq  ağır  yaralanıb. 
İraqda  Amerikanın  işğalı  zamanı  110  mindən  artıq  dinc  əhali 
qətlə yetirilib, Əfqanıstanda təkcə 2013-cü ildə 16,5 min insan 
həlak olub ki, onlardan 3 mini dinc əhalidir. Suriyada müharibə 
başlayandan  sonra  130  mindən  çox  adam  öldürülüb  ki, 
onlardan  61  mindən  çoxu  dinc  əhali,  onların  10  mindən  çoxu 
uşaq və qadınlardır. Nigeriyada isə bir il ərzində 2 mindən çox 
dinc əhali “Boko Haram” cihadçıları tərəfindən qətlə yetirilib. 
Sudanda    bir  il  ərzində  10  mindən  çox  dinc  əhali  qiyamçılar 
tərəfindən qətlə  yetirilib. Hindistanın Qucarat ştatında millətçi 
hinduslar  tərəfindən  bir  il  ərzində  orada  yaşayan  6,1  min 
müsəlman qətlə yetirilib. İkinci rus-çeçen savaşı dönəmində rus 
ordusu  tərəfindən  5,1  min  müsəlman  öldürülüb.Amma  bütün 
olanların    içərisində  Xocalı  soyqırımı  xarakter  etibarı  və 
qəddarlığı ilə fərqlənir. Çünki sovet imperiyasının dağıdılması 
üçün  həlqə  kimi  seçilən  millətlərarası  ziddiyyətlərin  gündəmə 
gətirilməsi  ideyası  yarananda  ilk  növbədə  ermənilərin  başqa 
millətlərlə daha sıx yaşadığı, təmasda olduğu bölgələr nəzərdə 
tutulurdu.  Çünki  tarixən  imperiyanın  nökəri  olduğunu  bu  gün 
də  satqınlığı  ilə  təsdiqləyən  ermənilər  azacıq  payla  bütün 
iyrənc  planların  muzdlu  nökərləri  rolunu  oynaması  dəfələrlə 
sübut  olunmuş  həqiqətdir.  Erməni  ideoloqları  Aqanbekyan, 
Silva Kaputikyan, Zori Balayan kimi daşnak tör-töküntülərinin 


172
 
 
icraçılar  kimi  nəzərdə  tutulması  hadisələri  tezləşdirdiyi  kimi, 
ünvanlar da bəlli oldu. Dağlıq Qarabağ münaqişəsi demək olar 
ki, 
imperiyanın 
süqutu  üçün  ən  zəif  həlqə  kimi 
müəyyənləşdirildi.  Xocalı  faciəsinin  21  illiyinin  qeyd 
olunduğu,  dünya  ictimaiyyətinə  baş  verənlərin  soyqırım  kimi 
tanıdıldığı  bir  zamanda  hadisələrə  uzanan  tarixə  nəzər 
yetirilməsi, qaynaqların təhlili bir daha erməni  məkrinin ifşası 
baxımından labüddür. 
 
                                                    *** 
       XIX  əsrin  sonlarından  etibarən  çar  Rusiyasının  və  digər 
dövlətlərin  gizli  və  açıq  himayəsindən  istifadə  edən  erməni 
millətçiləri  "Böyük  Ermənistan"  yaratmaq  xülyasına  düşmüş, 
ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək 
niyyəti  ilə  müxtəlif  dövrlərdə  Şərqi  Anadoluda  və  Cənubi 
Qafqazda  soyqırımı  və  terror  aktları  törədərək,  2  milyona 
qədər  günahsız  türkü  və  azərbaycanlını  vəhşicəsinə  qətlə 
yetirmişlər.  1905-1907-ci  illərdə,  habelə  1918-1920-ci  illərdə 
İrəvanda,  Zəngibasarda,  Vedidə,  Naxçıvanda,  Bakıda, 
Gəncədə,  Şamaxıda,  Qubada,  Lənkəranda,  Qarabağda, 
Muğanda  və  Azərbaycanın  digər  yerlərində,  habelə  Tiflisdə 
yerli  azərbaycanlı  əhali  faktiki  olaraq  soyqırımına  məruz 
qalmışdır. 
       Sovetlər 
dönəmində, 
yəni 
1921-1992-ci 
illərdə 
Azərbaycan  torpaqlarında  yaradılmış  Ermənistanda  yaşayan 
azərbaycanlı 
əhalinin  hüquqları  ermənilər  tərəfindən 
kobudcasına  pozulmuş,  onların  ana  dilində  təhsil  almalarına 
əngəllər  törədilmiş,  onlara  qarşı  repressiyalar  həyata 
keçirilmişdir. 
Azərbaycan 
kəndlərinin 
tarixi 
adları 
dəyişdirilmiş,  qədim  toponimlərin  müasir  adlarla  misli 
görünməyən əvəzolunma prosesi baş vermişdir. 


173
 
 
      Xalqımıza və ölkəmizə qarşı siyasi və hərbi təcavüz həyata 
keçirmək  üçün  ideoloji  zəmin  yaratmaq  məqsədilə  bizim 
mənəviyyatımıza, 
milli  qurürumuza  və  mənliyimizə, 
ləyaqətimizə  qarşı  məkrli,  hiyləgər  xislətli  erməni  ideoloqları 
tərəfindən geniş miqyaslı böhtan kampaniyaları aparılmışdır. 
Erməni  millətçilərinin  azərbaycanlılara  qarşı  soyqırımı 
cinayətlərinin  cəzasız  qalması,  bu  cinayətlərə  heç  bir  siyasi-
hüquqi  qiymət  verilməməsi  sovet  hakimiyyəti  dövründə 
xalqımıza 
qarşı 
düşmənçilik 
siyasətinin 
daha 
da 
genişlənməsinə rəvac vermişdır. SSRİ rəhbərliyinin köməyi ilə 
Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə əzəli 
türk  torpaqları  olan  İrəvandan,  Göyçədən,  Vedidən, 
Zəngəzurdan,  Dərələyəzdən  və  başqa  yerlərdən  yüz  minlərlə 
azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. 
                                            *** 
 
     Azərbaycanın  çağdaş  tarixində  unudulması  mümkün 
olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu 
daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr var ki, 
əsrlər  ötsə  də  heç  zaman  qan  yaddaşımızdan  silinməyəcəkdir. 
Ermənilərin  faşist  xislətini,  gerçək  mahiyyətini  çılpaqlığı  ilə 
açan  Xocalı  soyqırımı  da  məhz  belə  dəhşətli  hadisələrdəndir. 
20  il  öncə  -  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  belə 
amansız  cinayətə  rəvac  vermiş  erməni  cəlladları  dünyanın 
əzazil,  qəddar  və  qaniçən  insanları  olduqlarını,  terroru  dövlət 
siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Bu kütləvi və 
amansız  soyqırımı  aktı  Azərbaycanın  dövlət  müstəqilliyinə  və 
ərazi  bütövlüyünə  qarşı  çevrilmiş  terror  siyasətinin  təzahürü 
olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq 
əleyhinə  törədilmiş  qəddar  cinayətdir.  Hüquqi  baxımdan 
yanaşdıqda  aydın  görünür  ki,  erməni  silahlı  birləşmələrinin 
çirkin  niyyəti  Xocalı  şəhərindəki  azərbaycanlıları  məhz  milli-
dini  zəmində  son  nəfərədək  qətlə  yetirmək  olub.  Ermənilər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə