162
Örnək insan və yaradıcı şəxsiyyət
Filosofların dediyi kimiAllah-təalanın xəlq etdiyi, yaratdığı
insanın dünyaya göz açdığı andan başlayaraq onun təhsil və
tərbiyəsinə, gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına təsir
edən bir çox amillər mövcuddur. İnsan dilini, dinini,
düşüncəsini, şüurunu, əxlaqi xüsusiyyətlərini, milli və mənəvi
dəyərlərini, həyat fəaliyyətini həmişə onun üçün göstərilən
nümunələrə
və
onlardan
aldığı
təəssüratlarla
formalaşdırır.Yunan dramaturqu Sofokl yazır: “Dünyada
heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü
yoxdur”. Doğrudan da özünü dərk edən insan öz gücünü,
qüvvəsini, intellektini, potensial imkanını cəmləyib bir yerə
yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını həyata
keçirər. Bunun əsasında da insanın özünəinamı dayanır. Bu
xüsusiyyətlər ən çox yaradıcı adamlarda mövcud olur. Çünki
yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək
bacarığı aşılayır. Əgər insan öz nəfsini əsirinə çevirə bilsə, bu
adam həyatda hər istəyinə müvəffəq ola bilər. Digər tərəfdən
də həmin insan iç dünyasında hər zaman “təmizlik işləri”
aparmalı, daxilindəki hər cür qeyri-insani xüsusiyyətlərindən
xilas olmalıdır. Belə olan halda deyirlər ki, o, yaxşı insandır.
Bu insanlar hansı zaman və məkanda, hansı şəraitdə
yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq öz
gözəl insani keyfiyyətləri qoruyub saxlamağı bacara bilir,
kimsəyə, nəyə görəsə boyun əyməyərək öz-özünün sahibi, azad
insan olur. Yüksək insani keyfiyyətlərə malik olan yaradıcı
şəxslər digərlərindən yüksəklikdə dayanaraq cəmiyyət arasında
həmişə hörmət və rəğbətlə qarşılanırlar. Həmin adamlar
həddindən artıq təvazökar olduqları üçün həm şəxsi
keyfiyyətləri baxımından, həm yaradıcılıq baxımından diqqət
mərkəzində olmaqdan çəkinərək, yalnız başlarını aşağı salıb
163
cəmiyyətə, insanlara, bütünlüklə millətə xeyir verə biləcək
işlərlə məşğul olurlar. Bunun müqabilində onlar kimsədən nəsə
ummurlar. Yuxarıda sadaladığımız yüksək insani keyfiyyətlərə
malik olan gözəl, şəxsiyyətinə və yaradıcılığına rəğbət
bəslədiyim insanlardan biri də yazıçı-publisist Böyükxan
Bağırlıdır.
Mən “Yaxşı insanlar sorağında” adlı ədəbi silsilədən olan
ikinci kitabımı qəlbindən zahiri aləminə sanki nur süzülən,
ədəb-ərkanı, əxlaqı, tərbiyəsi ilə həmyaşıdları arasında seçilən,
ədəbi mühitdə tanınmış yaradıcı şəxsiyyətlərdən biri olan
Böyükxan Bağırlıya həsr edirəm. Yaradıcı insanlardan yazmaq
böyük savab işdir. Mən də əlimə düşən bu savab işi qazanmaq
fürsətini başqasına buraxmaq istəmədim.
Yazıçı, şair və publisist Böyükxan Bağırlı yüksək insani
keyfiyyətlərilə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda
olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində
işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını,
ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə
alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və
fikirlərində sərbəstliyi, azadiliyi, zəhmətə qatlaşmağı özünün
həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir.
B.Bağırlı ata yurdunun gərəkli davamçısı olan ləyaqətli
övlad, örnək olunası valideyn, Azərbaycan ziyalılığının bütün
müsbət keyfiyyətlərini özündə cəmləşdirən, hər şeydən öncə
millətini, Vətənini, xalqını hədsiz bir məhəbbətlə sevən
vətəndaşdır.
Mən yazıçı-publisist B.Bağırlının “Zəhərlənmiş tale”
povestini, “Cəhənnəmi görənlər”, “Xoş xəbər”, “Sərnişinlər”,
“Çovğun”, “Aynalı gölün payızı”, “Ağ yaylıqlar” hekayələrini
oxumuşam. Müəllifin ədəbi yaradıcılığına azdan-çoxdan bələd
olan bir oxucu kimi deyim ki, onun yaradıcılığında
müşahidəçilik qabiliyyəti, hadisələrə yanaşma üsulu, onları
təsvir etmək bacarığı yüksəkdir. B.Bağırlının əsərlərinin əsas
qəhrəmanları
kənddə yaşayan, torpağa, əməyə bağlı
164
insanlardır. Açığını deyim ki, müəllif öz əsərlərində kənd
həyatını gözəl təsvir edərək, oxucunu istər-istəməz kənddə
keçirdiyi o unudulmaz uşaqlıq illərinə səyahət etməyə sövq
edir. Yazılarından duyulur ki, yazıçı kənd həyatını, məişətini,
etnoqrafiyasını, folklorunu, doğulduğu kəndin qədim tarixini
yaxşı bilir. Bunu B.Bağırlı özünün uşaqlıq illəri haqqında
danışığından da görmək olur. Belə ki, o, uşaqlıq illərini
xatırlayarkən deyir: “Mən Cənub bölgəsində, Pokrovka kəndi
(indiki Günəşli kəndi) ilə qonşu olan Alar kəndində doğulub
boya-başa çatmışam. Bizim alarlıların, yaşlı nəslin dediyinə
görə, kökü Altaylara, Sibir çöllərinə, daha sonra Cənubi
Azərbaycanın Urmiya gölü ətrafına, Şahdağı mahalına,
Ərdəbil dövrəsinə gedib çıxır... Mənim yazı-pozuya meylim
içində boya-başa çatdığım mühitlə bağlıdır. Gözümü açanda
ətrafımda nağılçıları, avazla qəsidə oxuyan dərvişləri, el
arasında “Lotu” adlandırılan xalq məzhəkəçilərini, növbə ilə
uzun qış gecələri ayrı-ayrı məhəllələrdə haqq aşiqləri barədə
dastanlar söyləyən telli saz ustalarını, ilaxır çərşənbə
gecələrində çillə çıxaran, dilək tası quran sevdalı qızları,
Kərbəla müsibətindən əhvalatlar söyləyən rövzəxanları,
bekarçılıqdan kəndin o baş, bu başına şayiələr yayan, hədəfə
gələn, tilova düşən, “zır kəndçi” deyilən müəyyən avam, suyu
şirin adamlar barədə söz çıxardıb belələrini bir günün ərzində
dəli edib çöllərə salan baməzələri, yazda havalar qızanda ilan
tutan ovsunçuları, düyün çalanları, tas quranları, divara arpa
yeridən cadugərləri, hoqqabazları... görmüşəm.”
Yazıçı kənd həyatını, orada yaşayan, çalışan insanların
təkcə keçirdikləri həyat tərzini deyil, onların hər birinin daxili
psixolojisini, iç dünyasını, düşüncələrini, davranışlarını
verməyə çalışır, adamların könül dünyalarını vəsf edir. Müəllif
əsərlərinin qəhrəmanlarını oxucusuna ilk andan tanıtmağa
çalışmır, gərgin dramatik səhnələrdən sonra qəhrəmanın
xəyallar aləminə dalaraq, keçmiş xatirələri ocaq közü kimi
çözələyərək əslində onun kim olduğunu göstərməyə çalışır.
Dostları ilə paylaş: |