Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

156
 
 
ümidsizlik,  qəzəb,  narazılıq,  paxıllıq,  qısqanclıq,  qorxu  və  s. 
kimi mənfi halları  özündən uzaqlaşdırmağa çalışmalıdır. 
   “Hara üz tutmusan!- deyə Tauna rast gələn bir səyyah ondan 
soruşur. 
 Bağdada gedirəm, orada beş min adam qırmalıyam. 
     Bir  neçə  gündən  sonra  həmin  səyyah  yenə  də  Tauna  rast 
gəlir. 
-  Bəs sən deyirdin Bağdada beş min adamı qırmağa gedirsən, 
necə oldu ki, 50 min adam məhv etdin? 
- Yox, - deyə Taun etiraz edir,- mən elə dediyim kimi beş min 
adam qırmışam, qalanları qorxudan ölüblər.” 
     Hiddət, qısqanclıq və əzablı şübhələrdən də damarlar kəskin 
daralır  -  bunun  əsas  səbəbi  qanda  adrenalinin  çoxalmasıdır. 
Belə “emosional zəhərdən “ağıl sanki  çaşır, insan şiddətli ruhi 
sarsıntı keçirir. 
     Damarlar  yalnız  qorxu,  qısqanclıqdan,  məyusluqdan  da 
daralır. Məşhur fizioloq Pavlovun təliminə görə illər keçdikcə 
beyində  sabitləşmiş  rabitələr  əmələ  gəlir,  sonra,  hansı  bir 
mərhələdə  isə  bu  sabitləşmiş  rabitələr  qırılır-  münasibətlər, 
estetik kriterilər dəyişilir. 
     Çox  vaxt  söhbət  həyata  və  insanlara  olan  münasibətlərin 
prinsipial  dəyişilməsindən  deyil,  onlarda  vaxtilə  gözə 
çarpmayan  dəyişikliklərə  olan  münasibətlərdən  gedir.  Əvvəlki 
ideallara olan ümidi itirmək - sarsıntıya, əzaba ən güclü stress 
vəziyyətinə səbəb ola bilər. 
     İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda- 
dinmir,  onun  nə  danışdıını,  nə  şikayətini,  nə  də  iniltisini 
eşitmək olur.  
     Dərdi böyük olan adam özünə qapılmamlı, dərd əlində aciz 
qalmamalıdır. 
     Akademik 
P.Anoxin 
yazır: 
“zərərli 
emosiyaların 
yaranması  üçün  stimulla  emosiya  arasında  intellekt  və 
məntiq durmalıdır.” 


157
 
 
     Bu,  müdrik  məsləhət  də  olsa,  həyata  keçirilməsi  çətindir, 
çünki  vəziyyəti  düzgün  qiymətləndirməyi  və  ağıllı  müdafiə 
olunmağı  hamı  bacarmır.  Bunun  üçün  hər  bir  insanın 
özünəinam  duyğusu  olmalıdır.  Özünəinam  həyata  nikbin 
baxışın  əsasını  təşkil  edir.  İnsan  dünyada  ən  yenilməz 
qüvvələrə,  ən  tükənməz  ruhi  imkanlara  qadir  varlıqdır. 
Özünəinam duyğusunun insan həyatında  ən böyük  əhəmiyyəti 
məhz  ondan ibarətdir ki, bu duyğu insanda olan ecazkar fiziki, 
əqli və mənəvi qüvvələri həmişə səfərbər vəziyyətində saxlayır. 
Nəzərə  almalıyıq  ki,  özünə  inamsızlıq  insan  həyatında  ən 
təhlükəli duyğudur.  Bu  duyğu insanı  həddən artıq üzür, insanı 
sıxır,  onu  daim  qərarsızlıq,  tərəddüd,  əsəbilik,  daxili  nifrət, 
paxıllıq, taleyindən küskünlük, həyata soyuqluq və s. bir qayda 
olaraq insanda stress vəziyyəti doğurur. 
     Özünəinam  insana  məğrurluq  və  əzəmət  gətirir,  onun  fikir 
və əməllərində müstəqillik yaradır. 
     Əlbəttə,  biz  insanlar  həmişə  bir-birimizə  möhtacıq,  hər 
birimizin qarşılıqlı köməyə ehtiyacı vardır. Biz bir - birimizdən 
öyrənirik  və  öyrənməliyik.  Lakin  həmişə  özünü  zəif,  məzlum 
bir  varlıq  hesab  edib,  başqalarının  şəxsində  özünə  “arxa” 
axtarmaq insana yaraşmaz . İnsan həmişə özünü də başqalarına 
arxa hiss etməlidir. Bizim el məsəlində deyildiyi kimi “fərasətli 
oğul oyuna çıxanda kim mənimlə olur, fərasətsiz oğul isə mən 
kimlə  olum”  deyir.  Həmişə  çinar  kimi  ucalmağa  çalışmaq 
lazımdır  ki,  sənin  kölgəndə  dincəlsinlər.  Həmişə  kölgə  olmaq 
olmaz ki, başqalarının dalınca sürünəsən. 
     Özünəinam  duyğusunun  mühüm  amillərindən  biri  gələcəyə 
bəslənən  ümiddir.  Məlumdur  ki,  insan  həmişə  indiki 
vəziyyətindən  daha  yaxşı  vəziyyət  arzulayır,  gözləyir,  daim 
təmkilləşməyə,  yaxşılığa  meyl  göstərir,  müasir  vəziyyəti  onu 
təmin  etmir.  Mövcud  vəziyyətindən  bu  cür  narazılıq,  təmin 
olunmazlıq,  narahatlıq  çox  təbiidir  və  öz-özlüyündə  maddi  və 
mənəvi  inkişafın  mühüm  bir  şərtidir.  Bu  cür  meyl,  bu  cür 
“əbədi  narazılıq,  narahatlıq”  olmazdı.İnsan  həmişə  ümid 


158
 
 
etməlidir ki, gələcək mövcüd vəziyyətdən daha yaxşı olacaqdır. 
Buna  görə  də  gələcək  üçün,  sabahımız  üçün  daha  əzmlə 
fəaliyyət göstərmək lazımdır. Məhz bu cür ümid, inam insanda 
ruh yüksəkliyi, özünəinam duyğusu yaradır. 
     Kim  sabaha  ümid  ilə  baxmırsa,  o  bugünkü  qüvvələrini  də 
qeyb  edir,  özünü  tərksilah  edir,  özündəki  potensial  imkanları 
azaltmış olur. 
     Stressə qarşı mühüm mübarizə vasitələrindən biri özünü tam 
dolğun  realizə  etməkdir.  Öz  fiziki,  mənəvi  intellektual 
qüvvələrini realizə edə bilməyən, öz istedad və bacarığını ifadə 
edə  bilməyən  adam  bir  qayda  olaraq  gec-tez  xroniki  stress 
vəziyyətinə düşür.İnsan öz arzu və ideallarını həyata keçirmək 
üçün  real  mübarizə  aparmalıdır,  fəaliyyət  göstərməlidir.  İnsan 
fəaliyyətdə  olarkən,  mübarizə  apararkən  heç  şübhəsiz, 
müəyyən  müvəffəqiyyətlər  əldə  edir.  Bu  ugurlar  özünə 
inamsızlığı aradan qaldırmaq üçün ən qüdrətli qüvvəyə çevrilir. 
Fəaliyyət  gec-tez  müvəffəqiyyətlərlə  nəticələnir.  Həm  də  hər 
bir  müvəffəqiyyət  özünəinamın  rəhnidir.  İnsan  hər  şəraitdə 
özünün böyük gücünə, qüdrətinə, imkanına inanmalıdır. 
     Fəaliyyət  sanki  insanı  mənasız  qəm  yükündən  azad  edir, 
dolaşıq 
fikirlərini 
dağıdıb 
aydınlaşdırır, 
vəziyyətini 
yüngülləşdirir.  Bunu  nəzərə  alaraq  Emil  Zolya  demişdir:  “Ən 
böyük  həqiqət  fəaliyyətdir,  əməkdir.  Həyatın  bütün  nəşəsi 
yaradıcılığıdır. Yaratmaq - ölümü öldürmək deməkdir.” 
     Görkəmli  alman  şairi  İ.Bexer  də  bu  fikri  təkrar  edib 
yazmışdır:  “Nə  vaxt  ki,  qəmlisən  işlə!  Bu,  kədəri  qovmaq 
üçün yeganə vasitədir. Qüssəyə batmamaq üçün işlə! Işlərin 
yaxşı  gedən  də  işlə,  müvəffəqiyyət  qazananda  da  işlə! 
Müvəffəqiyyətdən baş gicəllənmə xəstəliyinə qarşı işləməkdən 
başqa  gözəl  dərman  yoxdur.”Əksinə,  fəaliyyətsizlik, 
bekarçılıq  özü  ilə  bərabər  ürəksıxıcı,  darıxdırıcı  vəziyyət 
gətirir. 
     Bütün  bu  mənfi  emosiyaların  toplanması  həm  təbiətdən, 
həm  də  insanın  özündən  asılıdır.  Çətin  başa  düşmək  olur  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə