Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

153
 
 
     Hal-hazırda 
bəşəriyyət  qarşısında  qoyulan  mühüm 
tələblərdən  biri  məhz,  stress  vəziyyətini,  onun  mexanizmini 
dərindən  öyrənməkdən  və  onun  əsasında  stresdən  qorunmağı 
təmin  etməkdən  ibarətdir.  İndi  dünyanın  bütün  mütərəqqi 
alimləri  stress  vəziyyətinin  törətdiyi  təhlükəni  haqlı  olaraq 
nüvə silahının törətdiyi təhlükə ilə müqayisə edirlər. 
     Həqiqətən  bəşəriyyət  üçün  dəhşətli  bir  fenomenə  çevrilən 
stress    vəziyyətini  törədən  səbəblər  indi  dünyanın  bir  çox 
ölkələrində, o cümlədən bizim ölkəmizdə xüsusi olaraq tədqiq 
olunur. 
     Bəzi  alimlər uzun sürən stress vəziyyətini insanın öz bioloji 
xüsusiyyətləri  ilə  izah  etməyə  cəhd  edirlər.  İtaliya  alimi  və 
yazıçısı  B.J.  Rossi  “Homo  Sapiens  tənəzzülə  uğrayır”  adlı 
məqaləsində  pessimizm  mövqeyindən  çıxış  edərək,  sübut 
etməyə  çalışır  ki,  guya  insan  bir  növ  kimi  artıq  öz  təkamülü 
prosesində 
fiziki 
və 
mənəvi 
cəhətdən 
cırlaşmağa 
başlamışdılar,  indi  o  bədəncə  zəifləmiş,  əsəbləri  həddindən 
artıq  kövrəlmişdir,  ona  görə  də  azacıq  emosional  gərginliyə 
belə  dözə  bilmir  və  müxtəlif  xəstəliklərə  düçar  olur.  Rossi 
buradan  belə  bir  qorxunc  nəticə  çıxarır  ki,  guya  stress 
labüddür, qarşısıalınmazdır, təkamülü dayandırmaq mümkün 
olmadığı  kimi,  stressi  də  dayandırmaq  mümkün  deyildir. 
Başqa  sözlə  desək,  Rossinin  fikrincə  bəşəriyyət,  insan  nəsli 
labüd sürətdə məhvə məhkumdur. 
     Belə  bir  vəziyyət  bütün  cəmiyyətdə  ümumi  inamsızlıq, 
müvəqqətilik  əhvali-  ruhiyyəsi  yaradır.  Bəziləri  isə  stressin 
yaranmasının əsas səbəbini elmi- texniki tərəqqidə görürdülər. 
Stress  vəziyyəti  isə  çoxamilli,  müxtəlif  aspektli,  bioloji, 
psixoloji və əxlaqi cəhətləri olan bir fenomendir. 
     Stress  kimi  mürəkkəb  bir  fenomenə  qarşı  mübarizədə 
sosioloqların, 
bioloqların, 
psixoloqların, 
filosofların, 
həkimlərin,  yaradıcıların,  elm  və  mədəniyyət  xadimlərinin 
səylərini birləşdirmək lazımdır. 


154
 
 
     İndi  artıq  sübut  olunmuşdur  ki,  bədbinlik,  həyatdan 
narazılıq  xroniki  xarakter  daşıyan  stressə  bais  olan  əsas 
səbəblərdən  biridir.  Həyat  sevgisi,  yaşamaq  eşqi  böyük  olan 
insanlarda  isə  bir  qayda  olaraq  stress  vəziyyətinə  az  təsadüf 
olunur.  Həyat  sevgisi,  yaşamaq  eşqi  xoşbəxtliyin  ən  mühüm 
şərtləridir. 
     Müasir  burjua  məfkurəçiləri  açıqdan-açığa  bu  dünyadakı 
insan  həyatını  mənasız,  müvəqqəti  hesab  edir,  bunu  qarışqa, 
həşərat və başqa canlıların həyatı ilə eyniləşdirir. 
     Məşhur ingilis yazıçısı Ayris Merdok özünün “Qara prins” 
romanında  eyni  fikirləri  təkrar  edib  yazır:“Dünya-iztirablar 
məskənidir.  Son  nəticədə  bu  dünyanın  ən  dəqiq  tərifidir. 
İnsan-  daim  həyəcandan,  ağrıdan,  qorxudan  iztirab  çəkən 
heyvandır,  buddizmlərin  “Dukha”  adlandırdıqları...dəhşətli 
və  arasıkəsilməz  işgəncələrin  qurbanıdır.  Hamımız  iztirab 
çəkirik,  ancaq  bu    iztirablar  son  dərəcə  müxtəlifdir.Bizim 
dünyamız-dəhşətlər  məskənidir.Bunu  düşünmək,  dərk  etmək 
hər  bir  həqiqi  sənətkarı  və  mütəfəkkiri  həyəcanlandırmaya 
bilməz,  ağlını  çaşdırmaya  bilməz,  hətta  bəzən  onun 
sağlamlığını  pozub  dəli  vəziyyətinə  salmaya  bilməz.  Heç  bir 
ciddi adam bu fakta göz yuma bilməz. Bəzən böyük adamlar, 
özlərini  elə  göstərirlər  ki,  guya  bu  fakta  məhəl  qoymurlar, 
guya  bunu  unudurlar,  əslində  kələkbazlıq  edirlər.Yer  elə 
planetdir  ki,  orada  xərçəng  xəstəliyi  hökm  sürür,  orada  hər 
gün  hər  yerdə  guya  belə  də  olmalıymış  kimi  insanlar 
xəstəliklərdən,  aclıqdan,  təbii  fəlakətlərdən  milçək  kimi 
qırılırlar, orada insanlar hətta yuxuya belə gəlməyən qorxunc 
silahlarla bir-birini məhv edirlər, orada insanlar bütün ömrü 
boyu qorxudan bir-birlərinə əzab verirlər, bir-birlərini təhdid 
edir və aldadırlar. Bax, biz belə bir planetdə yaşayırıq!” 
    Buradan  burjua  pessimistləri  belə  bir  zərərli  və  insan 
ləyaqətinə  yaraşmayan  nəticələr  çıxarırlar  ki,  bu  keçici,  qısa, 
ötəri  həyat  üçün  yaşamağa,  “planetdəki  işlərə  qarışmağa” 
dəyməz. Göründüyü kimi bu fikirlər əxlaqi yox etməyə, bütün 


155
 
 
mənəvi  həyatı  dağıtmağa  çağırışdır.  Həm  də  belə    fikirlər  tam 
əsassızdır. 
    Özünü  və  bu  dünyanı  dərk  edən  adam  yaxşı  bilir  ki,  kainat 
miqyasında və ümumdünya masştabında insan ömrü həqiqətən 
çox qısadır. Zaman etibarı ilə, əlbəttə, bizim həyatımız heç də 
belə  qısa  deyildir,  o  qeyri-  məhduddur.  Çünki,  heç  kəs  bilmir 
ki,  onun  fəaliyyəti  nə  vaxt  dayanacaq,  ölüm  nə  vaxt  onun 
qapısını  döyəcək.  Bizə  təbiət  tərəfindən  ayrılan  qısa  vaxt  ən 
böyük  işlər görmək, ən mənalı həyat keçirmək üçün tamamilə 
kifayətdir. Məgər  İ.Nyuton, M. Faradey, F.Hegel, A.S. Puşkin, 
Eynşteyn,  İ.  Kurçatov  və  başqa  dahilər  öz  ölməz  əsərlərini 
“çox qısa ömür” ərzində yaratmamışlarmı? Məgər bəşəriyyətin 
həyatında  böyük  inqilabi  çevrilişlər  yaradan  kəşfləri,  ixtiraları 
“qısa” ömürlü insanlar etməmişlərmi və etmirlərmi? 
     Həyat  sevgisi,  həyat  eşqi  stressə  qarşı  böyük  qüvvədir. 
Həyata  nifrət  insanı  tərksilah  edir,  onu  acizləşdirir  və  onda 
stress  vəziyyəti,  nevroz,  əsəbilik  yaradır,  beləliklə  də  onu 
məzlum bir varlığa çevirir. 
     Həyat sevgisi, həyat eşqi böyük yaradıcılıq, tükənməz daxili 
enerji  mənbəyidir.  Bu  enerjinin  bizə  verdiyi  qüvvə  hər  cür 
maneələri,  o  cümlədən  stress  vəziyyətini  aradan  qaldırmağa 
qadirdir.  Əlbəttə,  insan  ömrünü,  hamar,  enişsiz-  yoxuşsuz, 
çətinliklərsiz  təsəvvür  etmək  olmaz.  Xalqımızın  başına  gələn 
faciəni  unutmaq  heç  cürə  mümkün  olmur.  Biz  hamımız 
insanıq,  ömrümüzdə  müəyyən  dərdə,  qəmə  mübtəla  olmuşuq, 
hətta,  “20  yanvar”  hadisələri  zamanı  ən  yaxın  adamlarımızı 
itirdik, belə hallarda biz dərin kədər, iztirab çəkməyə bilmərik. 
Bu vaxtlar bizim sabahkı həyata inamımız kədəri, qəmi, iztirabı 
qovan, bizə təsəlli verən bir qüvvəyə çevrilir. Bizim ömrümüz 
bir  yerdə  dayanıb  durmur. Bu zaman bizdə  müəyyən obyektiv 
dəyişikliklər  baş  verir.  Həmişə  kədərə,  qəmə,  iztirablara 
dözmək,  onun  quluna  çevrilmək  insanı  öz  ömrünün  sonuna 
yaxınlaşdırılmasına  səbəb  olur.  İnsan  həmişə  məyusluq, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə