Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

140
 
 
edilir  və  fərdi  məqsədə  çevrilir.  Digər  halda  bir  neçə  tələbdən 
biri  seçilir,  bəzən  də  motiv  dərk  edilərkən  motiv-  məqsədə 
çevrilir;  əməlin,  fəaliyyətin  ayrı-ayrı  əlavə  nəticələri  də 
məqsədə çevrilə bilər. 
    Məqsədin  yaranması  mürəkkəb  proses  olub  əməlin, 
fəaliyyətin  ilk  təhrikedicilərinin  baş  qaldıraraq,  inkişaf  edərək 
aydın  dərk  olunaraq  konkret  obyektə  ,  onun  ideal  surətinə 
çevrilməsi ilə əlaqədardır. 
    Əgər  şagird  təlim  prosesində  öz  fərdi  məqsədini  aydın  dərk  
edirsə,  onun  özlüyündə  lahiyələşdirə,  planlaşdıra  bilirsə, 
məqsədə  nail  olmaq  üçün  öz  iradi  səyini  səfərbər  etməyi 
bacarırsa,  demək    bu  halda  təlim  prosesinin  özü  motiv  kimi 
çıxış  edir.  Bu  zaman  həm  də  təlim  prosesindəki  şagird  
fəaliyyəti onun idrak fəaliyyəti kimi çıxış edir. 
    Belə  hallarda  şagird  müəllimə  əsas  informasiya  mənbəyi 
kimi baxmır, o, informasiyanı özü axtarır, onun üzərində işləyir 
və  nəticədə  informasiyanı  mənimsəyir.  Bu  zaman  müəllim 
şagirdin kənardan idarə olunmasını təşkil edir. 
    Qeyd  etmək  lazımdır  ki,  bilik  sosial  təcrübə  formasında 
mövcuddur.  Əgər  müəllim  təlim  prosesində  fərdi  təcrübə  ilə 
sosial  təcrübə  arasındakı  fərqi  aradan  götürməyi  bacarırsa,  bu 
halda  təlim  müvəffəqiyyətlə  nəticələnir.  Yox  əgər  müəllim  bu 
iki 
fərqi 
aradan 
qaldıra 
bilmirsə, 
onda 
təlimin 
müvəffəqiyyətindən  danışmağa  dəyməz.  Söz  yox  ki,  müəllim 
informasiya  mənbəyi  kimi  şagirdləri  “biliklə”  təchiz  edəcək, 
ancaq  bu  cür  bilik    məqsədəyönəlmiş  bilik  olmayacaq.  Bu 
halda  şagird  passiv  qəbuledici  kimi  çıxış  edəcək,  təlimin 
məqsədi isə motiv kimi çıxış etməyəcək. 
    Təlim prosesinin səmərəli keçməsi üçün müəllim şagirdlərin 
ilk  növbədə  diqqət  və  hafizəsini  yoxlamalıdır.  Məsələn, 
müəllim  yeni  materialı  şagirdlərə  izah  edir,  təlimin  səmərəli 
üsullarından istifadə edir. Necə deyərlər, müəllim öz öhdəsinə 
düşən vəzifəni layiqincə yerinə yetirir. Şagirdlər də yeni dərsin 
izahı zamanı zahiri cəhətdən çox diqqətli idilər. Ancaq müəllim 


141
 
 
materialın  möhkəmləndirlməsi  üçün  şagirdlərə  suallarla 
müraciət etdikdə müəllimin sualları cavabsız qalır, şagirdlər bu 
sualları  sükutla  qarşılayırlar.  Görəsən  buna  səbəb  nədir?  Axı, 
uşaqlar müəllimə çox diqqətlə qulaq asırdılar. 
     Bu  halda  şagirdlərdə  diqqətin  yayınması  müşahidə  olunur. 
Diqqətin  yayınması  onun  hazırda  qarşıda  duran  məqsədlə 
əlaqədar  olan  cisim  və  hadisə  üzərində  yönəlməsində  ifadə 
olunur.Diqqətin  yayınmasına  ən  çox  kənar  qıcıqlayıcıların 
qüvvəsi,  oxşarlığı    daxildir.  Bu  cür  qıcıqlar  fəaliyyətə  çox 
böyük mənfi təsir göstərir. 
     Diqqətin yayınmasına həm də insanın öz daxili vəziyyəti də 
ciddi təsir göstərir. 
     Bu iki amilin təsiri ilə insanda diqqətlilik və ya diqqətsizlik 
halları, hətta diqqətin pozulması belə baş verə bilər. 
     Bundan  əlavə,  belə  bir  prosesdə  şagirdlərin  hafizəsini  də 
unutmamalıyıq.  Ola  bilsin  ki,  şagirdlərdə  diqqətin  yayınması 
halları  baş  verməyib,  ancaq  müəllimin  izahı  onların  yadında 
qalmayıbdır. 
     Bəs  bunu  nə  ilə  izah  etmək  olar?  Demək  bu  zaman  şagird 
müəllimin  izah  etdiyi  həmin  materialı  qarşısına  xüsusi 
yaddasaxlama  məqsədi  qoymur  və  bu  materialı  yadında 
saxlamaq üçün heç bir iradi səy göstərmir. Bu halda müəllimin 
dediyi informasiyalardan yalnız çox cüzi hissəsi qeyri- ixtiyari 
olaraq  şagirdin  yadında  qalır,  bəzi  şagirdlərdə  isə 
informasiyalardan  heç  birisi  yadda  qalmır.  Belə  olan  halda 
müəllim  şagirdin  ixtiyari  hafizəsinə  xüsusi  yaddasaxlama 
məqsədi  qoyub  və  lazım  olan  materialı  yadda  saxlamaq  üçün 
iradi  səy  göstərir,  xüsusi  üsul  və  qaydalardan  istifadə  edirsə, 
onda bu haldakı hafizə ixtiyari səciyyə daşıyır. 
     Deməli,  ixtiyari  hafizə  insanın  şüurlu  fəaliyyətinin  həm 
nəticəsi,  həm  də  səbəbidir.Belə  dialektik  vəhdət  ixtiyari 
həfizənin inkişafını  şərtləndirən başlıca amilidir. 
     Biz,  müəlimlər  şagirdlərin  diqqətinin  tərbiyə  olunmasının 
bir  sıra  şərtlərdən  asılı  olduğunu    bilməliyik.  Məzmunlu, 


142
 
 
maraqlı materialın canlı, aydın, emosional şəkildə çatdırılması 
şagirdlərin dərsdə diqqətliliyi üçün əsas şərtdir. Həmin şərtləri 
və  ya  şəraiti  nəzərə  aldıqda  əldə  edilən  müsbət  nəticələr 
göstərir ki, diqqət kimi ali psixi funksiyanın inkişafı və tərbiyə 
edilməsi tənzim və idarə edilə bilən bir prosesdir. 
    Rus  psixoloqu  V.A.  Krutetski  psixologiya  və  pedaqoqika 
elmlərinin  bu  sahədə  əldə  etdiyi  nəticələrə  istinad  edərək, 
diqqətin  tərbiyəsinin  bir  sıra  şərtlərdən  asılı  olduğunu  qeyd 
etmişdir. 
    Nəzərə  almaq  lazımdır  ki,  diqqətin  tərbiyəsi  mahiyyət 
etibarilə  məsuliyyət  hissi  tərbiyəsi  və  iradi  cəhd  sahəsində 
məşqlərlə bağlıdır. Bunun üçün uşaqlardan tələb edilməlidir ki, 
hər  hansı  bir  işi  yerinə  yetirərkən,  iş  asan,  yüngül  yaxşı 
mənimsənilmiş olsa da, daima diqqətli olsunlar. 
    Bəzən  uşağın  hər  hansı  işi,  fəaliyyəti  yerinə  yetirməsi 
prosesində  diqqətli  olmasını  təmin  etmək  üçün  mütləq  ideal 
vəziyyət  (  tam  sakitlik,  kənar  qıcıqlayıcıların  olmaması  və.  s) 
yaratmaq nəzərdə tutulur. Belə bir şəraitdə, necə deyərlər, zərif, 
əzizlənmiş diqqət inkişaf edir, kiçik kənar qıcıqlayıcı təsir edən 
kimi belə diqqətin fəaliyyəti pozulur. Belə olduqda nəinki uşaq
hətta  yaxşı  adam  belə  müəyyən  maneələr,  kənar  qıcıqlayıcılar 
təsir  etdiyi  şəraitdə  işləyə    bilməzlər.  Ona  görə  də  bəzən 
şagirdlərin  diqqətii  mürəkkəb  şəraitdə  məşq  etdirmək, 
möhkəmləndirmək lazımdır. 
    Dərsin  dəqiq  təşkili  şagirdlərdə  diqəttli  olmaq  vərdişinin 
yaranması  üçün  vacibdir.  Dərsin  dinamik  gedişi,  yaxşı  iş 
qaydası,  şərhin  aydın,  anlaşıqlı,  cəlbedici,  obrazlı  olması, 
məntiqi  və  emosional  cəhətlərin  düzgün  uzlaşdırılması 
uşaqlarda  diqqətli  olmağa  yönəliş  yaradır.  Xüsusən  də  dərsin 
aparılmasının optimal gedişini tapmaq zəruridir. Belə ki, dərsi 
çox  sürətlə,  tələsə-  tələsə  aparmaq  uşaqlarda  diqqətsizliyə 
gətirir,  onlar  çoxlu  səhvlərə  yol  verir,  bəzən  şəhrin  əsas 
yerlərini,  başlıca  məğzini  tuta  bilmirlər.  Dərsin  ağır  templə, 
sönük  aparılması  da  ziyandır,  diqqət  yayınır.  Çünki  monoton 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə