Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

143
 
 
qıcıqlayıcı  şagirdləri  yorur,  onlarda  yuxulu  vəziyyət  yaradır. 
Odur  ki,  dərs  rəngarəng  şəkildə  qurulmalı,  onların  diqqətinin 
əsas fəaliyyət növündən yayınmasına imkan verməməlidir. 
     Bunun  üçün  də  dərs  zamanı  şagirdlərin  fəal,  müstəqil  və 
yaradıcı fəaliyyətinə şərait yaradılmalıdır. Müşahidələr göstərir 
ki, müəllim tez-tez “diqqətli olun”, “diqqətinizi yayındırmayın” 
və  s.  kimi  xəbərdarlığı  lazımi  səmərə  vermir.  Əgər  müəllim 
şagirdlərin fikri fəallığını artırır, onları fikri işə cəlb edə bilirsə, 
onda  vəziyyət  tamamilə  başqa  cür  olur.  Bu  halda  şagirdlər 
passiv  müşahidəçiyə  çevrilməz,  materialı  fəal  surətdə 
qavramağa,  mənasını  anlamağa,  oradan  zəruri  nəticələr 
çıxarmağa  müvəffəq  olar.  “Bunun  üçün  şagirdlərin  təhlil 
etmək,  müqayisələndirmək,  ümumiləşdirmək  və  s.  kimi  fikri 
əməliyyatlardan düzgün istifadə etməsinə nail olmaq lazımdır. 
Hətta  sorğu  prosesində  də  bütün  şagidrlərin  diqqəti  səfərbər 
edilməli,  cavab  verən  yoldaşının  şəhr  üsuluna  nəzarətə 
istiqamətləndirilməlidir.  Bunun  üçün  “yoldaşın  cavabına 
əlavə et”, “Onun səhvini düzəlt”, “Kim daha qısa və dəqiq 
deyə bilər?”, “Kim başqa misal gətirə bilər” və s. kimi sual 
və tapşırıqların qoyuluşu bütün sinfi səfərbər edə bilər. 
     Məlumdur  ki,  şagirdlərin  qeyri-ixtiyari  diqqəti  dərsə  olan 
bilavasitə maraqla sıxı surətdə əlaqədardır. Odur ki, müəllimin 
mühüm  vəzifələrindən  biri  dərsin  şagirdlər  üçün  maraqlı 
keçməsinə nail olmaqdır. Əlbəttə, bu o demək deyildir ki, dərs 
həmişə  əyləncəli  olmalıdır.  Belə  olarsa  uşaqlarda  pis  vərdiş 
yarana  bilər,  yalnız  onları  maraqlandıran  şeylə  məşğul  olmaq, 
ona diqqət yetirmək meyli güclənər. Bu məsələnin bir tərəfidir. 
Digər  tərəfdən,  axı  bütün  təlim  materialları,  bütün  fənlər  eyni 
dərəcədə  maraqlı  olmur.  Lakin  elə  materiallar  var  ki,  onlar 
bilavasitə  maraq  doğurmasa  da,  şagirdlərin  gələcək  fəaliyyəti 
üçün çox vacibdir. Ona görə də şagird hər bir tədris materialına 
diqqətli olmalı, yəni diqqətli olmağa vərdiş etməlidir. 
     Təlim  materialına  həqiqi  maraq  onun  zahiri  cəhətinə  görə 
deyil,  məzmununa,  həyati  əhəmiyyətinə  görə  olmalıdır.  Yəni 


144
 
 
şagird  başa  düşməlidir  ki,  müəllim  ona  çatdırdığı  informasiya 
və  ya  biliklər  zahirən  cəlbedici  olmasa  da,  onların  praktik 
fəaliyyətində  böyük  əhəmiyyətə  malikdir.  Ona  görə  də  onu 
dərk  etmək,  başa  düşmək,  anlamaq  və  yeri  gələndə  tətbiq 
etməyi bacarmaq lazımdır.  
    Şagirdlərdə  maşahidəçiliyi  inkişaf  etdirmək  sayəsində 
ixtiyari  diqqəti  mümarisə  etdirmək  də  vacibdir.  Həm  də 
uşaqları dərsdə, küçədə, evdə hər şeyə fikir verməyə öyrətmək, 
onlarda  müşahidəçiliyi  inkişaf  etdirməklə  yanaşı,  öz 
diqqətlərini idarə və tənzim etmək üçün də  vacibdir. 
    Müəllim  şagirdlərdə  diqqəti  inkişaf  etdirmək  üçün  hər 
şagirdin  fərdi  xüsusiyyətlərinə  yaxından  bələd  olmalıdır. 
Yalnız  bu  halda  şagirdə  fərdi  yanaşmaq,  diqqətini  inkişaf 
etdirməkdə ona köməklik göstərmək olar. 
    Bir  cəhəti  də    unutmaq  olmaz  ki,  yaş  artdıqca  psixi 
fəaliyyətin  ixtiyari  olaraq  tənzim  edilməsində  diqqət  daha 
mühüm  rol  oynayır.  K.  D.  Uşinski  təlim  işində  şagirdlərin 
diqqətli  olmasının  əhəmiyyəti  barədə  yazırdı:  “Diqqət 
ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər 
bir şey mütləq buradan keçir; deməli, təlimin heç bir kəlməsi 
bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz. Aydın 
məsələdir  ki,  uşağı  bu  qapını  açıq  saxlamağa  alışdırmaq 
birinci  dərəcəli  əhəmiyyətli  bir  işdir,  təlimin  bütün 
müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur.” 
     Təlim prosesində şagirdlərin diqqətini səmərəli təşkil etmək 
üçün  yuxarıda göstərilən şərtlərə əməl olunması zəruridir. 
     Bəs şagirdlər tədris olunan materialları necə öyrənməlidirlər 
ki,  həmin  materiallar  uzun  müddət  onların  yaddaşında  qalsın? 
Bunun  üçün  müəllim  öyrənmənin  psixoloji  mexanizmini 
bilməlidir. 
     Öyrənmə- müntəzəm, planlı və müəyyən üsullardan istifadə 
etməklə  xüsusi  təşkil  edilən  yaddasaxlamadır.  Öyrənmə 
fəaliyyətin müvəffəqiyyətli cərəyanı bir sıra amillərdən asılıdır. 
Öyrənməyə qarşıya qoyulan  məqsədin (ümumi və ya konkret, 


145
 
 
uzun  müddətə  və  ya  qısa  müddətə  yaddasaxlama  məqsədinin) 
xarakteri,  materialın  anlaşılması  dərəcəsi,  fikri  fəallığın 
səviyyəsi, təkrarların təşkili və s. kimi amillər təsir göstərir. 
     Deməli,  yaddasaxlamanın  səmərəliliyi  iki  əsas  amildən- 
öyrənilən  materialın  xarakterindən  və    şəxsiyyətin  idrak 
fəallığından asılıdır. 
     Məlumdur  ki,  şagirdlər  onlara  tədris  edilən  materialı  eyni 
cür  yadda saxlamırlar. Bir halda  onlar materialı yaxşı (dəqiq, 
tam),  digər  halda  isə  pis  (  səhv  və  ya  natamam)  yadda 
saxlayırlar.  Bəzi  hadisələr  asanlıqla  və  uzun  müddət  yadda 
qalır,  digərləri  isə  yox.  Məsələn,  kiçik,  axıcı,  emosional  şeiri 
asan,  həcmcə  böyük,  vəzncə  ağır  şeiri  isə  şagirdlər  çətin 
öyrənirlər.  Maraqlı  hekayəni  də  onlar  asan  yadda  saxlayırlar. 
Ancaq  materialın  qısalığı,  maraqlılığı  onun  asanlıqla  və  uzun 
müddət yadda saxlanması üçün yeganə səbəb deyildir. Burada 
bir  sıra  başqa  amillər  təsir  göstərir.  Məsələn,  yeni  materialı 
keçmiş  biliklərlə  qarşılaşdırmaq  sayəsində  nəyi  və  nə  qədər 
müddətə  yadda  saxlamağa  çalışdıqlarını  aydınlaşdırmalıyıq. 
Bundan  əlavə,  şagirdlərin  yadda  saxladıqları  materialın  nə 
dərəcədə  anlaşıqlı  olması  öyrənmənin  xarakterinə  təsir 
göstərəcəkdir.  Anlaşılan  material  mənalı,  anlaşılmayan,  çətin 
material  texniki  öyrənməni  (dəfələrlə  təkrar  etmə  sayəsində) 
tələb  edəcəkdir.  Bəzən  şagird  dərs  materialını  öyrənərkən 
faktik  materiala  çox  diqqət  yetirir,  yəni  materialı  olduğu  kimi 
yadda  saxlamağa  can  atır,  onun  üzərində  baş  sındırmaq,  onu 
təhlil  etmək,  ümumiləşmiş  nəticələr  çıxarmaq  məsələlərinə 
diqqət  yetirmir.  Belə  olduqda  mexaniki  təkrarlar  və  onların 
kəmiyyəti  ön  plana  keçəcəkdir.  Bu  da  yaddasaxlamanın 
səmərəliliyinə ciddi xələl gətirəcəkdir. 
     Eksperimentlər  göstərmişdir  ki,  insanın  6  mənasız  kəlməni 
yadda saxlaması üçün əgər bir təkrar kifayət edirsə, 12 mənasız 
sözü  yadda  saxlamaq  üçün  14-15,  36  mənasız  sözü  yadda 
saxlamaq üçün 55 təkrar lazımdır. Alman psixoloqu Ebbinhauz 
öz  üzərində  qoyduğu  təcrübələr  sayəsində    müəyyən  etmişdir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə