160
Özünü bütün çətin, mürəkkəb şəraitlərdə ələ ala bilmək
şəxsiyyətin əzəmətinin əsas əlamətidir.Bunu nəzərə alaraq
əxlaq nəzəriyyəsi S.Smayls yazmışdır ki,
“özünüidarə,
özünəhörmət və özünüələalma yolu ilə rəzalətlərin onda
doqquzunu aradan qaldırmaq olar.” Nə vaxt ki, insan özünü
əla ala bilmir, öz hərəkət və davranışlarını idarə edə bilmir, o
vaxt artıq o, öz əzəmətini, öz şəxsiyyətini də itirir, çatdığı
insanlıq zirvəsindən aşağı doğru yuvarlanmağa başlayır.Bu
vaxt heyvanilik insanlığa qalib gəlir,
insan kiçilir, yazıqlaşır.
Ən hirsli vaxtda belə özünü ələ ala bilmək, öz hərəkətlərinin,
dediyin sözlərin mənasını və labüd nəticələrini dərk edə bilmək
insanın “ruhi səlimliyinin” mühüm şərtidir.
Özünüələalma eyni zamanda əxlaqi azadlığın təzahürüdür,
mənəvi sərbəstliyin mühüm göstəricisidir. İnsanın ən çətin, ən
mürəkkəb şəraitdə özünü ələ ala bilməsi, öz coşqun
ehtiraslarını boğa bilmək dərəcəsi, eyni zamanda onun əxlaqi
azadlığının, mənəvi muxtariyyatının dərəcəsidir. İnsan öz
iradəsini itirən kimi, öz hiss və ehtiraslarının cilovunu əlindən
buraxan kimi, dərhal öz əxlaqi azadlığını da itirir, ağlını
çaşdırır, zəkasını bulaşdırır. Bir sözlə, insan idarə edəndən
idarəolunana, özünə ağalıqdan öz ehtiraslarının köləsinə
çevrilir.
Əbəs deyilməmişdir ki, ən böyük qələbə insanın öz üzərində
qazandığı qələbədir. Ən çətin vəziyyətdə özünü ələ almaq
əxlaqi igidlikdir və bu cür igidlik hamıya müyəssər ola bilər.
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil
mənasında özünə ağa olmaq qabiliyyətini qazanmaqdan
ibarətdir.
İndi planetin elə bir guşəsi yoxdur ki, orada insanlar stress
vəziyyətində olmasınlar. Çünki yer
kürəsinin hər bir nöqtəsində
sanki “qaynar vulkanlar” fəaliyyət göstərməkdədir. Biz XX
əsrin son iyirmi illiyini “stress illəri” adlandırsaq, heç də səhv
etmiş olmarıq.
161
Hal-hazırda stress sağalmaz bir epidemiya kimi bütün
dünyanı öz ağuşuna alıbdır. Sosioloqlar və psixoloqların əldə
etdikləri statistik məlumata görə yer kürəsində adamların son
25-30 ildə 50%- i infarktdan ölmüşdü. Bu da bilavasitə
adamların düşdükləri stress vəziyyəti ilə əlaqədar olmuşdu.
Yanvar
hadisəsindən
sonra
respublikamızda stress
vəziyyətinə düşənlərin sayı daha çox olmuşdur. Onu da qeyd
etmək istəyirəm ki, hadisədən sonra psixiatr həkimlərimizə
yuxusuzluqdan, daxili həyəcanlanmadan, ümidsizləşmədən,
inamsızlışmadan, tez-tez əsəbləşmədən, ətrafdakı insanlara
qarşı laqeydləşmədən, bədbinləşmədən və s. mənfi
emosiyalardan əzab çəkdiklərini bildirən adamların müraciət
etməsi günü-gündən artmağa başlayıbdır. Deməli, stress artıq
öz işini görmüşdür.
Bu yaxınlarda Respublika Mərkəzi Xəstəxanasının psixiatr
həkimi Əliağa Həsənovun yanında idim. Həkim qeyd etdi ki,
Yanvar hadisəsindən sonra, son 2 ayda ona müraciət edənlərin,
xəstəliyin yüngül formasında təzahür edənlərin sayı təqribən
1000 nəfərə yaxın olmuşdu. Ancaq stressin daha çox izini
orqanızmlərində duyan, özünü həqiqətən ağır vəziyyətdə hiss
edən xəstələrin sayı 300-ə yaxın olmuşdur. Həkimin gərgin
səyi nəticəsində belə xəstələrin əksəriyyəti artıq həyata yenidən
ümidlə baxmağa başlayıbdır.
Əgər biz bu gün hamı üçün uzun
və xoşbəxt həyat arzulamaq
istəyiriksə, adamlar arasında mütləq xeyirxah, səmimi,
qardaşlıq münasibətlərinin bərqərar olmasına, xalqın ruhuna
uyğun hərəkət etməyə, kin, paxıllıq və eqoizm kimi hisslərin
kəsilməsinə birgə nail olmalıyıq.
Bu gün bizim üçün qərəzçilik, paxıllıq qeyri-təbii hal
olmalıdır. Axı, biz bu gün humanizm prinsipləri əsasında, yeni
mənəvi və fiziki kamilliyə doğru gedən sağlam bünövrəli bir
cəmiyyət yaratmaq ümidi ilə yaşayırıq. Bunun üçün hər şeydən
əvvəl bizim mənəvi birliyimiz tam təmin olunmalıdır!
1993 - cü il.