Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

183
 
 
edilməsi,  əsir  alınması,  şəhərin  yerlə  yeksan  edilməsi  ilə 
qurtardı. 
       Millətçi-separatçı 
ermənilərin 
Dağlıq 
Qarabağda 
başladığı  avantürist  hərəkətin  nəticəsi  olaraq  bu  gün  bir 
milyondan  artıq  soydaşımız  erməni  qəsbkarları  tərəfindən  öz 
doğma  yurd-yuvalarından  didərgin  salınmış,  çadırlarda 
yaşamağa  məhkum  edilmişdir.  Ərazimizin  20  faizinin  erməni 
silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız 
şəhid olmuş, xəsarət almışdır. 
      Azərbaycanın  XIX-XX  əsrlərdə  baş  verən  bütün  faciələri 
torpaqların  zəbti  ilə  müşayiət  olunaraq,  ermənilərin 
azərbaycanlılara  qarşı  düşünülmüş,  planlı  surətdə  həyata 
keçirdiyi  soyqırımı  siyasətinin  ayrı-ayrı  mərhələlərini  təşkil 
etmişdir.  Bu  hadisələrin  yalnız  birinə  -  1918-ci  il  mart 
qırğınına  siyasi  qiymət  vermək  cəhdi  göstərilmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  kimi  Azərbaycan 
Respublikası  bu  gün  onu  axıra  qədər  həyata  keçirə  bilmədiyi 
qərarların  məntiqi  davamı olaraq soyqırım hadisələrinə  siyasi 
qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...” 
 
                                            *** 
       Hüquqşünaslarımızın  fikrincə,  Azərbaycan  hökuməti 
Xocalı  faciəsini  soyqırımı  kimi  dəyərləndirərkən  9  dekabr 
1948-ci  ildə  BMT  Baş  Assambleyası  tərəfindən  260  saylı 
qətnamə  ilə  qəbul  edilən  "Soyqırımı  cinayətinin  qarşısının 
alınması  və  ona  görə  cəza"  haqqında  Konvensiyanı,  keçmiş 
Yuqoslaviya  üzrə  Beynəlxalq  Cinayət  Tribunalının  IV 
maddəsini, 
Ruanda 
üzrə 
Beynəlxalq 
Tribunalın 
Nizamnaməsinin  I  maddəsini,  həmçinin  "Xocalı  soyqırımı 
günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 
fevral  1994-cü  il  tarixli  qərarını  və  Azərbaycan  Respublikası 
Cinayət  Məcəlləsinin  103-cü  maddəsini  əldə  əsas  tutur.  Bu 


184
 
 
məsələdə  Erməni  silahlı  birləşmələri  tərəfindən  Dağlıq 
Qarabağ  və  işğal  olunmuş  digər  ərazilərdə  törədilən  cinayət 
əməllərinin  2000-ci  ildə  qüvvəyə  minmiş  Azərbaycan 
Respublikası CM-nin 16-cı fəslində nəzərdə tutulmuş sülh və 
insanlıq  əleyhinə  cinayətlərə  aid  olması,  habelə  Azərbaycan 
Respublikasında  sülh  və  insanlıq  əleyhinə  cinayətlərə, 
soyqırımı  və  müharibə  cinayətlərinə  görə  məsuliyyət  nəzərdə 
tutan  mövcud  cinayət  qanunvericiliyi  normalarının  tətbiqi, 
"İnsan hüquqlarının və əsas azadlıqların  müdafiəsi  haqqında" 
Konvensiyanın  və  "Mülki  və  siyasi  hüquqlar  haqqında" 
Beynəlxalq  Paktın  müvafiq  müddəalarına  uyğunlaşdırmaq 
məqsədi  ilə  qəbul  edilən  Beynəlxalq  cinayətlərə  görə 
məsuliyyət  müəyyən  edən  qanunun  qüvvəsinin  geriyə  şamil 
olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-
cı  il  tarixli  Konstitusiya  Qanunu  əsas  götürülmüşdür. 
Həmçinin  sülh  və  insanlıq  əleyhinə  cinayətlər  törətmiş 
şəxslərə  cinayət  məsuliyyətinə  cəlb  etmə  müddətinin  tətbiq 
edilməməsi  barədə  Azərbaycan  Respublikası  CM-nin  75.5-ci 
maddəsində  təsbit  olunmuş  müddəaları,  bundan  başqa, 
Azərbaycan  Respublikası  Konstitusiyasının  151-ci  maddəsinə 
əsasən  Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminə 
daxil 
olan 
normativ-hüquqi 
aktlar  ilə  (Azərbaycan 
Respublikasının  Konstitusiyası  və  referendumla  qəbul  edilən 
aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət 
yaranarsa,  həmin  beynəlxalq  müqavilələrin  tətbiq  edilməli 
olması  nəzərə  alınaraq,  istintaq  zamanı  Azərbaycan 
Respublikasının  31  may  1996-cı  il  tarixli  qanun  ilə  tərəfdar 
çıxdığı  9  dekabr  1948-ci  ildə  BMT  Baş  Assambleyası 
tərəfindən  260  saylı  qətnamə  ilə  qəbul  edilən  "Soyqırımı 
cinayətinin  qarşısının  alınması  və  ona  görə  cəza"  haqqında 
Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-
ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il 
tarixdə  qüvvəyə  minmiş  "Müddətin  hərbi  cinayətlərə  və 


185
 
 
bəşəriyyətə  qarşı  cinayətlərə  tətbiq  edilməməsi  haqqında" 
Konvensiyasına istinad olunur. Bu sırada BMT Baş Məclisinin 
39/46  saylı  10  dekabr  1984-cü  il  tarixli  qətnaməsi  ilə  qəbul 
edilmiş "İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud 
ləyaqəti  alçaldan  davranış  və  cəza  növləri  əleyhinə" 
Konvensiyası,  "Müharibə  zamanı  mülki  əhalinin  müdafiəsi 
haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası, 
Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statutunun  6-cı  maddəsi, 
Azərbaycan  Respublikasının  25  dekabr  2001-ci  il  tarixdən 
qoşulduğu  "İnsan  hüquqlarının  və  əsas  azadlıqların 
müdafiəsihaqqında"1950-ci  il Konvensiyasının, "Hərbi  əsirlər 
ilə  rəftara  dair  12  avqust  1949-cu  il  tarixli  Cenevrə 
Konvensiyası"nın, Azərbaycan Respublikasının 22 iyul 1992-
ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının "Mülki 
və  Siyasi  Hüquqlar  Haqqında  Beynəlxalq  Paktın"  müddəaları 
əsas  götürülmüşdür.  Qeyd  olunanlara  əsasən  Xocalıda 
törədilən əməl  beynəlxalq hüquq normalarına müvafiq olaraq 
sülh və insanlıq əleyhinə cinayətlərə aiddir. 
 
                                             *** 
 
      Müharibənin  bəşəriyyətə  vurduğu  ziyan  təkcə  fiziki  və 
maddi  dəyərlərlə  ölçülmür,  həm  də  yüksək  mənəvi  dəyərlərlə 
vurulmuş  ziyanla  ölçülür  ki,  bu  da  daha  dəhşətli  və  daha 
təhlükəlidir.  Hərbi  münaqişələr  zamanı  beynəlxalq  prinsipləri 
diktə  edən  bir  çox  normalar  mövcuddur  ki,  bu  normalara  ona 
qoşulmuş 
dövlətlər 
tərəfindən 
əməl 
edilməsi 
zəruridir.Münaqişə  zonasında  əsir  və  girov  götürülmüş 
şəxslərin  hüquqları  1949-cu  il  12  avqust  tarixli  Cenevrə 
Konvensiyaları  tərəfindən  qorunur.  “Müharibə  zamanı  mülki 
əhalinin  qorunması  haqqında”  Cenevrə  Konvensiyasının  3-cü 
maddəsində deyilir: “Döyüş əməliyyatlarında bilavasitə iştirak 
etməyən  şəxslərlə,  o  cümlədən  döyüş  silahını  yerə  qoymuş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə