Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

189
 
 
410  qoca)  itkin  düşüb,  783  çox  vətəndaşımız  əsir  və  girov 
götürülüb,  20  mindən  çox  insan  qətlə  yetirilib,  yüz  mindən 
artıq  adam  yaralanıb  və  şikəst  olub,  1  milyondan  artıq 
soydaşımız qaçqın düşüb. 
      Ümumiyyətlə
Azərbaycanın  Dağlıq  Qarabağ  ərazisinin  və 
ətraf  7  rayonun  Ermənistan  tərəfindən  işğal  edilməsi 
nəticəsində  Azərbaycanın  tarix  və  mədəniyyət  abidələri  üzrə 
dəyən  zərər  177  milyard  ABŞ  dolları,  əhalinin  mülkiyyətinə 
dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edib.
 
       Bu  gün  respublika  rəhbərliyinin  apardığı  inadlı  və  ardıcıl 
siyasətin  nəticəsində  Xocalı  soyqırımı  artıq  bir  neçə  dövlətlər 
tərəfindən  soyqırım  kimi  tanınmışdır.  Belə  ki,  2010-  cu  ildə 
ABŞ-ın Massaçusets ştatı, 2011-ci ildə ABŞ-ın Texas və Nyu-
Cersi ştatları, 2012-ci ildə Corciya və Men ştatları, 2012-ci ildə 
Meksika, Pakistan və Kolumbiya dövlətləri, 2013-cü ildə ABŞ-
ın  Nyu-Meksiko,  Arkanzas,  Missisipi,  Oklahoma,  Tennessi, 
Pensilvaniya,  Qərbi  Virciniya,
Konnektikut  vəFlorida  ştatları,
 
2013-cü  ildə  Çexiya,  Bosniya  və  Herseqovina,  Peru,  2014-cü 
ildə  Honduras  və  Sudan  Respublikası 
Xocalı  soyqırımını 
rəsmən tanımışdır. 
      Biz  bəşəri cinayət olan Xocalı soyqırımını
 və Azərbaycana 
qarşı  erməni  ekstremistlərinin    təcavüzünə  və  vəhşiliklərinə 
dünya  dövlətlərinin,  eləcə  dəbütün  beynəlxalq  təşkilatların 
biganə  qalmamağa,  Xocalı  faciəsini  insanlığa  qarşı  soyqırımı 
aktı kimi tanımağa çağırırıq. 
 
      Dünya  ictimaiyyəti  bundan  sonra  erməni  ekstremistlərinin 
məkrli  təbliğatına  uymamalı,  özgə  torpaqlarına  göz  dikən 
terrorçu  dövlətin  törətdiyi  insan  əxlaqına,  beynəlxalq  hüquqa 
zidd qanlı qırğını
a
öz
a
adı
a
ilə
a
çağırmalıdır.  
 
 
 
 


190
 
 
           Xeyirxah əməllər yolçusu 
     "Qadına  gücündən  artıq  (iş)  yükləmə.  Çünki  qadın  (qüdrətli) 
pəhləvan  kimi  deyil,  gül  şaxəsi  kimidir.  Ləyaqəti  çatdığı  qədər  ona 
ehtiram  et,  lazımsız  yerə  izhar  edib  (bədgümanlıq  əlaməti  olaraq) 
qeyrətlənməkdən  uzaq  ol.  Çünki  etimadsızlıq  və  bədgümanlıq 
qadınları iffətsizliyə, günahsızları günaha sövq edir". 
                                                                                       İmam Əli (ə) 
 
     İnsan  həqiqətən  də  Allah-Təalanın  yer  üzərindəki  ən  sirli 
möcüzələrindən  biridir  ki,  onu  kəşf  etmək  mümkün  deyildir. 
Bu gün rastlaşdığımız, yol-yoldaşı olduğumuz, illərlə bir yerdə 
ömür  sürdüyümüz,  ilk  baxışda  sadə  gördüyümüz  insan,  sən 
demə, bizim hər birimiz üçün oxunmayan sirlər xəzinəsidir. Bu 
xəzinəni axıra kimi öyrənmək, onun sirrini anlamaq  isə indiyə 
kimi heç kəsə nəsib olmayıbdır. 
    “Rəhimlilərin  ən  rəhimlisi  olan  Allahın  adı  ilə”  sözlərilə 
başlanan  Qurani-Kərimin  əsas  mövzularından  biri  olan  insan 
öz gücü və zəifliyi, gözəllikləri və çirkinlikləri, üstünlükləri və 
çatışmamazlıqları  ilə  böyükdür.  Təsadüfi  deyildir  ki,  Furqan 
surəsinin ilk iyirmi ayəsi məhz insan haqqındadır. 
     Bu  ayələrdə  deyilir  ki,  insan  kainat  ağacının  meyvəsidir: 
fəqət  bu  meyvənin  yetişməyi  üçün  şaxəli  budaqlar  və 
rəngarəng  çiçəklər  kifayət  etməz.  Ağacın  yer  altındakı 
qaranlıqlara  və  dərinliklərə  kök  atması  lazım  olduğu  kimi, 
insan da çətinliklərə və əzablara qatlaşmadan istədiklərinə  nail 
ola bilməyən bir varlıqdır. 
     Allah-Təalanın  mükəmməl  bir  quruluşda  yaratdığı  insan 
cəmiyyətin və hətta kainatın əsası sayılır. Bu da insanın daxili 
aləminin nizamlanmasını və qidalanmasını tələb edir.   


191
 
 
 Qurani-Kərimə  görə  bütün  dəyişikliklərin  əsası  insanın  daxili 
aləmindədir.  Hər  bir  insanın  ruhundakı  dəyişikliklər  kainatda 
və cəmiyyətdə baş verən mühüm dəyişiliklərlə bağlıdır. 
     Mən  yazımın  əvvəlində  nahaqdan  qadınlar  haqqında  İmam 
Əlidən(ə)b sitat gətirmədim. Çünki bu kitabı iyirmi ildən artıq 
tanıdığım,  dostluğuna,  yoldaşlığına,  əqidəsinə,  əxlaqına, 
idrakına  yaxından  bələd  olduğum  Hacı  Azadə  xanım 
Abbasqızına  həsr  etməyim  heç  də  təsadüfi  deyildir.  Yaxşı 
insanlar  haqqında  söz  demək,  onları  olduqları  kimi  yaşadığı 
cəmiyyətə  tanıtmaq  böyük  savab  işdir.  Bu  gün  qadınlarımızın 
cəmiyyətdə  tutduğu  mövqeyi,  istər  rəhbər  vəzifələrdə,  istərsə 
də  həyatın  müxtəlif  sahələrində  ciddi  və  səylə  çalışmaları 
onların  kişilərdən  heç  də  geri  qalmadıqlarını  bir  daha  sübut 
edir.  Qadınların  ictimai  tərbiyədə,  insanların  ümumi 
inkişafında, övlad tərbiyəsində analıq haqlarında, kişilərə həyat 
yoldaşı  olmaqda,  kişilərlə  birgə  həyat  yolunda  addımlamaları 
inkar edilməz faktlardır. 
      Belə  ki,  Qurani-Kərim  Allah-Təaladan  sonra  valideynə 
itaət  etməyi  əmr  etmişdir.  Amma  bu  itaətdə  qadın  və  kişinin 
arasında  heç  bir  fərq  qoymamışdır.  Həmçinin  böyük  islam 
Peyğəmbəri xanım Xədicəyə (s) və xanım Zəhraya olduqca çox 
məhəbbət bəsləmiş və onlara hörmətlə yanaşmışdır.  
      Hacı  Azadə  xanımı  tanıyanlar,  dostları,  həmkarları  onun 
şəxsiyyəti,  təbibliyi,  ictimai  fəaliyyəti,  ədəbi  yaradıcılığı 
haqqında  bəs  qədər  ürək  sözlərini  söyləyiblər.  Mən  də  Hacı 
Azadə  xanımın  ictimai  fəaliyyətindən  və  bədii  yaradıcılığı 
barədə  az  da  olsa  söhbət  açacağam.  Amma  mənim  yazımın 
əsas  qayəsi  Hacı  Azadə  xanımın  mömin  qadın  obrazına  işıq 
salmaq olacaq. Hər şeydən öncə onu qeyd edim ki, o, dəfələrlə 
Həcc  ziyarətində,  eləcə  də  Məşhəddə,  Kərbəlada,  Məkkə  və 
Mədinədə olub. Ziyarətlərin birində hətta, o mənə bir mesaj da 
göndərmişdi.  Həmin  mesajda  Hacı  Azadə  xanım  yazırdı: 
Qardaşım Camal, bu gün Mina dağında sənə və ailənə dualar 
etdim.  Allah-təala  səni  və  ailəni  daim  qorusun!  Süfrən  həmişə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə