180
Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə
görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları
diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri,
xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının
böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların
soyqırımı
Bakı,
Şamaxı,
Quba
qəzalarında,Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri
dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci
ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər
Şurası 1918-ci ilin iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar
qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdəki
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində
ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya
ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir
əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə
tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa
çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün
istifadə
edən
ermənilər
1920-ci
ildə
Zəngəzuru
və
Azərbaycanın digər torpaqlarını Ermənistan SSR-in ərazisi
elan
etdilər.
Sonrakı
dövrlərdə
bu
ərazilərdəki
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da
181
genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar. Bunun
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci
illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi
təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında
müntəzəm surətdə yayılan kitab, jurnal və qəzetlərdə milli
mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən
nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut
etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün
dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq
cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın
surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən
hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı
soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur.
Azərbaycanlıların hüquqları kobudcasına pozulur, ana dilində
təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar
həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları
dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist
ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti
səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən
Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə
182
olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının
təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və
mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün
ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım
siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi
faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və
ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən
bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında
daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan
Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ
konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz
tarixi torpaqlarından qovulmasına da respublikada düzgün
siyasi qiymət verilmədi.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında
ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində
bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və
mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında
qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın
işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz
passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi
olaraq, 1990-cı il yanvar ayında getdikcə güclənən xalq
hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi,
yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər
fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə
misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı
kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv
Dostları ilə paylaş: |