Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

174
 
 
hətta  beynəlxalq  hüquq  normalarına  görə  də  ən  təhlükəli 
sayılan  soyqırımı  cinayətinə  məqsədli  şəkildə  əl  atmış,  misli 
görünməmiş  qətliam  törətmişlər.  Xocalı  qətliamı  nəticəsində 
613 nəfər məhv  edildi,  1275 nəfər dinc sakin  girov götürüldü. 
Onlardan 155 nəfərin taleyi bu gün də məlum deyildir. Faciədə 
487  dinc  sakin  güllə  yarası  alaraq  şikəst  olmuşdur.  Qətlə 
yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri 
qocalar  idi.  Şikəst  olanların  76  nəfəri  yetkinlik  yaşına 
çatmamış oğlan və qızlardır. 
       Bu  qətliamda  6  ailə  tamamilə  məhv  edilmiş,  25  uşaq  hər 
iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 
Şəhid  olanlardan  56  nəfəri  xüsusi  qəddarlıq  və  amansızlıqla 
diri-diri  yandırılmış,  başlarının  dərisi  soyulmuş,  başları 
kəsilmiş,  gözləri  çıxarılmış,  hamilə  qadınların  qarınları  süngü 
ilə deşik-deşik edilmişdir.   
       Bu  gün  Ermənistanın  və  Dağlıq  Qarabağın  həbs 
düşərgələrində  qeyri-insani  təhqir  və  işgəncələrdən  əziyyət 
çəkən  4500-dən  çox  azərbaycanlı  əsir,  girov  götürülmüş  və 
itkin düşmüş insanın taleyi hələ də məlum deyildir. 
 
                                           *** 
 
      Biz  aşağıda  Xocalı  faciəsinin  canlı  şahidlərindən  bir  neçə 
nəfərin ifadəsini sizlərə təqdim edirik. 
Sevda  Abbasova  Xocalı  köçkünüdür.  Ermənilər  onun  10-a 
yaxın qohumunu qətlə yetiriblər: Sevda Abbasova ermənilərin 
günahsız  azərbaycanlıların  başına  açdığı  oyunları  belə 
xatırlayır: 
 
-   Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. 
Qarqar  çayından  keçib,  xilas  olmaq  istəyirdik.  Beş-altı  adam 
gözümüzün  qabağında  çayda  boğuldu.  Ermənilər  bizi  girov 
götürdülər.  Əvvəlcə  həyat  yoldaşımı  öldürdülər.  Sonra  isə  20 


175
 
 
yaşlı  qardaşımı  güllələdilər.  Oğlumun  iki  yaşı  vardı.  Atasının 
qucağında  idi.  Ermənilər  həyat  yoldaşıma  güllə  atanda  qəlpə 
uşağın  qulağının  yarısını  aparmışdı.  Bizimlə  birlikdə  əmim 
oğlanları  da  girov  düşmüşdü.  Onların  üçünü  də  gözümüzün 
qabağında güllələdilər. Əynində əsgər forması olan adamlara 
daha  ağır  işgəncələr  verirdilər.  Balta  ilə  onların  əllərini 
biləkdən  kəsirdilər.  Hamilə  gəlinlərin  qarnını  yarıb,  uşaqları 
çölə çıxarırdılar. Gözümün qabağında bir neçə qadının döşünü 
kəsdilər.  Ermənilər  hətta  meyitlərdən  də  qisas  alırdılar. 
Ölülərin  ağzındakı  qızıl  dişləri  çəkirdilər.  Bir  neçə  meyitin 
dərisini  soymuşdular.  Qaynım  musiqiçiidi.  Onun  əllərini  isti 
sobaya basıb yandırdılar ki, bir də “Qarabağ şikəstəsi”ni çala 
bilməsin”. 
     1960  -  cı  il  təvəllüdlüNəcəfov  Etibar  Əli  oğlu:  “Atışma 
zamanı  ratsiyada  müxtəlif  danışıqlar  eşidilirdi.  Danışıqlar 
hamısı  rus  dilində  aparılırdı.  Həmin  danışıqlardanyadımda  bir 
söz  dəqiq  qalıb:  “Sanya,  mı  naçinali  operasiyu  (Sanya,  biz 
əməliyyata  başladıq)”.  Sonra  isə  ona  rus  dilində  cavab  verdi 
ki, “Mı qotovı (Biz hazırıq)”. Mən daha danışıqlara əhəmiyyət 
vermədim.  Bizimlə  olan  İlyasov  Əhməd  bir  qulduru  güllə  ilə 
başından vurdu. Yaxınlaşanda həmin quldurun zənci olduğunu 
gördük.  Onun  silahı  və  digər  sursatı  xarici  idi,  burnunda  və 
qulağında sarı rəngli metaldan sırğa vardı. Saçları qıvrım idi. 
Əynindəki  zireh  də  bizimkindən  deyildi.  Bu  vaxt  qarnımdan 
yaralanmışdım,  məni  qan  aparırdı.  Yoldaşlarım  Əhməd  və 
Soltana dedim ki, məni qoyub getsinlər. Lakin onlar məni atıb 
getmədilər,  qoluma  girib  özləri  ilə  aparmağa  başladılar.  Biz 
anamgili  tapdıq  və  Tofiq  adlı  döyüşçünün  köməkliyi  ilə 
mühasirədən  çıxmağa  çalışdıq.  Biz  körpünü  keçəndən  sonra 
artıq hava işıqlaşmaqda idi. Bu vaxt qarşıdan bir dəstə adamın 
bizə  əl  etdiyini  görüb  sevindik.  Onlar  Azərbaycan  dilində 
danışırdılar. Yaxınlaşanda isə başımızın üstündən atəş açaraq 


176
 
 
bizi  əsir  aldılar.  Onların  çoxu  Azərbaycan  dilində  bilirdilər. 
Bizi  söyməyə,  əziyyət  verməyə  başladılar.  Sonra  bizi  Həmid 
adlı  adamın  həyətinə  gətirdilər.  Onlardan  biri  yanımıza  gəldi 
və  dedi:  “Xocalının  alınması  şərəfinə  bir  türk  qurban 
kəsilməlidir”.  Həmin  erməni  yerdə  oturan  ahıskalı  Əhmədə 
qalxmağı  işarə  etdi,  Əhməd  ayağa  qalxanda  erməni  əlindəki 
avtomatın qundağı ilə onun gicgahından vurdu. Əhmədin başı 
yarıldı,  qan  üzünə  süzüldü.  Sonra  erməni  bir  də  vurdu  və 
Əhməd yıxıldı. Əhməd yıxılan kimi iki erməni onun ayaqlarının 
üstünə  çıxdılar,  üçüncüsü  isə  böyründən  asdığı  xəncərlə 
Əhmədin başını bədənindən ayırdı və qulağından tutaraq başı 
1-2  metr  aralıya  tulladı.  Bütün  bunlar  girov  götürülmüş 
əhalinin gözləri qarşısında baş verdi. Əhmədin başı ilə bədəni 
bir-birindən aralı vəziyyətdə atılıb-düşürdü”. 
     Xumar Səlimova 17 yaş: "1992-ci ilin 25 fevralında Xocalı 
şəhəri  güclü  atəşə  tutuldu.  Qardaşlarım  dedi  ki,  şəhərə 
ermənilər  giriblər,  qaçmaq  lazımdır.  Biz  qaçan  zaman 
yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən 
isə  çiynimdən  və  üzümdən  yaralandım.  Qonşularımızı  da 
yarğanın  içində  gördüm.  Mərmi  və  güllələrdən  xilas  olmaq 
üçün  bir  xəndəyə  uzandıq.  Səhəraçılanda  ermənilər  bizi 
xəndəkdən çıxartdı. Quliyev Talehi güllə ilə ağzından vurdular, 
sonra  da  arvadının  gözü  qarşısında  onun  başını  əzməyə 
başladılar.  Arvadı  Rəhilə  Quliyeva  qışqıranda  onu  da 
öldürdülər. Bir  yaşlı Samir anasının  cəsədi üstündə iməkləyib 
qışqırırdı.  Bir  erməni  tüfəngin  qundağı  ilə  uşağın  başından 
vurdu.  Zərbə  çox  güclü  idi.  Məni  də  döyə-döyə  harasa 
aparırdılar.  Biz  yerdəki  meyitlərin  üzəri  ilə  irəliləyirdik. 
Yaxınlıqda  kimsə  atəş  açdı.  Güllə  əlimə  dəydi.  Məni  aparan 
erməni  atəş  açılan  tərəfə  qaçdı.  Mən  isə  ölülərin  arasına 
süründüm.  Elə  uzandım  ki,  guya  ölüyəm.  Qaranlıq  düşəndə 
mən meşə istiqamətində süründüm. Sonra bir az…daha bir az... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə