Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

177
 
 
Azərbaycanca  danışıqlar  eşidəndə  "Ana!"  deyə  qışqırdım. 
Sonra  heç  nə  xatırlamıram.”  Üç  uşaq  anası  Ağayarova 
Sədaqət  Hüseyn  qızı  bircə  saatda  uşaqsız  qaldı.  "Biz  beş  gün 
meşədə gecələdik. Uşaqlarımın ikisinə güllə dəydi və aldıqları 
yaralardan  öldülər.  Roman  isə  soyuqdan  dondu.  Uşaqların 
adları:  Ağayarov  Nəbi  10  yaş,  Ağayarova  Sevinc  7  yaş, 
Ağayarov  Roman  6  yaş".  Quliyev  Elsevər,  11  yaş.  25  fevral 
1992-ci  ildə  Xocalı  faciəsində  güllə  yarasından  öldü". 
Abdullayeva  Vüsalə,  4  yaş.  Aldığı  güllə  yarasından  ayağı 
kəsildi...” 
     Yavər Əliyev, 7 yaş:  "Bizim evin  işıqları  söndü. Mən yata 
bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. 
Bir  müddət  sonra  isə  meşəyə  tərəf  qaçmağa  başladıq. 
Ermənilər  bizi gördülər.  Fin  evlərinin yaxınlığında atəş altına 
düşdük.  Hər  kəs  yerə  yatdı.  Erməni  silahlıları  bizi  ayağa 
durmağı  və  sıraya  düzülməyi  əmr  etdilər.  Sonra  uşaqları  bir 
tərəfə,  yaralı  adamları  isə  başqa  tərəfə  apardılar.  Bizi 
Xankəndinə  apardılar  və  orada  Əhməd  dayının  əvvəl  əllərini, 
sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa 
başladılar.  Xanım  xalanı  və  2  uşaq  anası  Natəvanı  da 
güllələdilər". 
     Talıbova  Səriyyə  Ağa  qızı  (53  yaş):“Ermənilər  bizi  girov 
götürəndən  sonra  bir  erməni  qəbiristanlığına  gətirdilər. 
Burada dördMehseti türkünün və üç azərbaycanlının başını bir 
erməni  quldurunun  qəbri  üstündə  qurban  kəsdilər.  Sonra 
valideynlərinin  gözü  qarşısında  uşaqlara  işgəncə  verib 
öldürməyə  başladılar.  Daha  sonra  buldozerin  köməyi  ilə 
meyitləri dərəyə tökdülər. İki azərbaycanlı əsgərin gözlərini isə 
vintaçanla dəldilər”. 
     8-ci  sinif  şagirdi  Mahmudov  Mübariz  Məhərrəm 
oğlu:“Əvvəl  istədik  bir  az  meşədə  gözləyək,  atışma  kəssə, 
yenidən  Xocalıya  qayıdaq.  Bu  məqsədlə  ocaq  qaladıq.  Hava 
qaralmışdı. Anam əlində kötük gətirdi, ocağın işığına çatanda 


178
 
 
gördük  ki,  anam  kötük  əvəzinə  adam  başı  gətirib.  Anam  tez 
başı  tullayıb  qaçdı.  Kimin  başı  olduğunu  bilmədik.  Üç  gün 
meşədə fırlandıq. Yolu tapa bilmirdik. Hara gedirdiksə, meyitə 
rast  gəlirdik.  Nəhayət  4-cü  gün  20  nəfərlə  gəlib  Şelli  kəndinə 
çatdıq. Ayaqlarımı don vurmuşdu”.   
 
                                               
                                        *** 
 
      Soyqırımla 
əlaqədar 
Azərbaycan 
Respublikasının 
Prezidenti  Heydər  Əliyev  26  mart  1998-ci  il  tarixdə 
“Azərbaycanlıların  soyqırımı  haqqında”  fərman  imzalamışdır. 
Həmin fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik 
qazandıqdan  sonra  xalqımızın  tarixi  keçmişinin  obyektiv 
mənzərəsini  yaratmaq  imkanı  əldə  edilmişdir.Uzun  illər  gizli 
saxlanılan,  üzərinə  gizli  qadağa  qoyulmuş  həqiqətlər  açılır, 
təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 
      Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun 
illərdən  bəri  öz  siyasi-hüquqi  qiymətini  almamış  soyqırımı  da 
tarixin açılmamış səhifələrindən biridir. 
      1813-cü  və  1828-ci  illərdə  imzalanan  Gülüstan  və 
Türkmənçay 
müqavilələri 
Azərbaycan 
xalqının 
parçalanmasının,  tarixi  torpaqlarımızın  bölünməsinin  əsasını 
qoydu.  Azərbaycan  xalqının  bu  milli  faciəsinin  davamı  kimi 
onun  torpaqlarının  zəbti  başlandı.  Qısa  bir  müddətdə  bu 
siyasət  gerçəkləşdirilərək  ermənilərin  kütləvi  surətdə 
Azərbaycan  torpaqlarına  köçürülməsi  həyata  keçirildi. 
Soyqırımı  Azərbaycan  torpaqlarının  işğalının  ayrılmaz  bir 
hissəsinə çevrildi. 
      İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıqlarının  ərazilərində 
məskunlaşdırılan  ermənilər  orada  yaşayan  azərbaycanlılarla 
müqayisədə  azlıq  təşkil  etmələrinə  baxmayaraq  öz 


179
 
 
havadarlarının 
himayəsi 
altında 
“Erməni 
vilayəti” 
adlandırılan  inzibati  bölgünün  yaradılmasına  nail  oldular. 
Belə  süni  ərazi  bölgüsü  ilə,  əslində,  azərbaycanlıların  öz 
torpaqlarından  qovulması  və  məhv  edilməsi  siyasətinin 
bünövrəsi  qoyuldu.  “Böyük  Ermənistan”  ideyaları  təbliğ 
olunmağa  başladı.  Bu  uydurma  dövlətin  azərbaycan 
torpaqlarında  yaradılmasına  “bəraət  qazandırmaq  məqsədi 
ilə”  erməni  xalqının  tarixinin  saxtalaşdırılmasııa  yönəlmiş 
geniş  miqyaslı  proqramlar  reallaşdırıldı.  Azərbaycanın  və 
ümumən  Qafqazın  tarixinin  təhrif  olunması  həmin 
proqramların mühüm tərkib hissəsini təşkil edirdi. 
     “Böyük  Ermənistan”  yaratmaq  xülyasından  ruhlanan 
erməni  qəsbkarları  1905-1907-ci  illərdə  azərbaycanlılara 
qarşı  geniş  miqyaslı  qanlı  aksiyalar  həyata  keçirdilər. 
Ermənilərin  Bakıdan  başlanan  vəhşilikləri  Azərbaycabı  və 
indiki  Ermənistan  ərazisindəki  azərbaycan  kəndlərini  əhatə 
etdi.  Yüzlərlə  yaşayış  məntəqəsi  dağıdılıb  yerlə-yeksan  edildi, 
minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisənin 
təşkilatçıları  məsələnin  mahiyyətinin  açılmasına,  ona  düzgün 
hüquqi-siyasi  qiymət  verilməsinə  maneçilik  törədərək 
azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist 
torpaq iddialarını pərdələmişlər. 
     Birinci  Dünya  müharibəsi,  Rusiyada  baş  vermiş  1917-ci  il 
fevral  və  oktyabr  çevrişlərindən  məharətlə  istifadə  edən 
ermənilər 
öz 
iddialarını 
bolşevik 
bayrağı 
altında 
reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən 
əksinqilabçı  ünsürlərlə  mübarizə  şüarı  altında  Bakı 
Kommunası 
tərəfindən 
ümumən 
Bakı 
quberniyasını 
azərbaycanlılardan  təmizləmək  məqsədi  güdən  mənfur  plan 
həyata keçirilməyə başlandı. 
      Həmin 
günlərdə  ermənilərin  törətdikləri  cinayətlər 
Azərbaycan  xalqının  yaddaşına  əbədi  həkk  olunmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə