Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

203
 
 
       Hacı Azadə xanım Qarabağa görə çox narahatdır, bu dilbər 
guşəmizin  düşmən  tapdağı  altında  inləməsini  kimsəyə 
bağışlaya bilmir. Torpaq itkisi, yurd həsrəti, öz doğmaları üçün 
qəribsəyən  zirvəsi  qarlı  Dağlarımız  onun  qəlbinə  bir  anlıq  da 
olsun  rahatlıq  vermir,  bütün  vücudu  titrəyir  Qarabağ  itkisinə. 
Şairə  xanım  sinəmizə  çəkilən  bu  çalın-çarpaz  dağın  əsas 
səbəbkarı  fələk  olduğunu  oxucusuna  nişan  verir.  O,  həsrətdə 
qalan  Xarı  bülbül  üçün  yas  saxlayır,  ona  ağı  deyir.  Biz  bunu 
“A qanlı fələk” şeirində aydınca görürük: 
                              Dağlara baxmaqdan gözüm saraldı,   
                              Gör nələr törətdin, a qanlı fələk. 
                              Dağların başını çovğun, qar aldı, 
                              Dağ çəkdin bizlərə, a qanlı fələk... 
                                                    * 
                               Xarı bülbül o taydadır ağlayır, 
                               Bu arzular sinəmizi dağlayır. 
                               Neçə əsr için-için ağlayır. 
                               Azadə də Vətən deyir ağlayır, 
                               Dağ çəkdin bizlərə, a qanlı fələk.   
      Azadə xanım tərcümə sahəsində də özünü sınayıb. Belə ki, 
o, bir neçə Gürcü şairinin şeirlərini Azərbaycan dilinə tərcümə 
etmişdir. Gürcü şairi Coni Çaxvadzenin şeiri bu qəbildəndir.                            
      Hacı  Azadə  xanım  bütün  bunlara  rəğmən  cəmiyyətdə  öz 
ictimai  fəallığı  ilə  də  seçilən  qadınlardandır.  Onun  diqqəti 
çəkən  əsas  fəaliyyəti  tez-tez  xeyriyyəçilik  tədbirlərinin 
keçirməsidir.  Belə  ki,  o  sədri  olduğu  “Qafqaz  Media”  İctimai 
Birliyi  tərəfindən  bu  günə  qədər  350-yə  yaxın  müxtəlif 


204
 
 
tədbirlər  keçirib.  Onun  keçirdiyi  330  tədbiri  sırf  xeyriyyə 
məqsədi daşıyıb, imkansız və kimsəsizlərə, yetim uşaqlara, əlil 
uşaqlara və qocalara həm maddi, həm də mənəvi yardım edilib. 
O,  harada  köməyə  ehtiyacı  olan  varsa,  dərhal  onun  harayına 
qaçır, onun əlindən tutur. 
      O,  yeganə  Azərbaycan  vətəndaşıdır  ki,  2013-cü  ildə 
Gürcüstanda  nəşr  olunmuş  “Famous  and  Business  People  of 
Georgia”  ensiklopediyasında  onun  tərcümeyi-halı  həm  gürcü, 
həm də ingilis dilində yer almışdır.  
      Bundan başqa, Hacı  Azadə xanımın 50 illik yubileyi təkcə 
respublikamızda  deyil,  həm  də  xarici  ölkələrdə  də  yüksək 
səviyyədə  qeyd  edilmişdir.  Belə  ki,  şairə  xanımın  yubileyi 
2014-cü  il  martın  1-də  Rusiyanın  Dərbənd  şəhərində,  martın 
15-də  Gürcüstanın  Marneuli  şəhərində,  martın  16-da  Tbilisi 
şəhərində  M.F.Axundovun  ev  muzeyində,  avqustun  2-də 
Türkiyənin  İstanbul şəhərində, avqustun 3-də  İzmir şəhərində, 
avqustun 4-də isə Quşadasında qeyd edilmişdir. 
      Biz  Hacı  Azadə  xanıma  bundan  sonrakı  həyatında  insana 
hər şeydən vacib olan can sağlığı, uzun ömür, xoş gələcək, ailə 
səadəti,  firavan  həyat,  tükənməz  enerjiyə  malik  ictimai 
fəaliyyət, təbib kimi daim insanların sağlamlığı keşiyində sayıq 
durmağı,  ədəbi  proseslərdə  isə  yeni-yeni  yaradıcılıq  uğurları 
arzulayıram.  Bacım,  yolların  açıq,qəlbin  həyatdan  qazandığın 
uğurların  sevincindən  daim  fərəhlə  dolsun,  Allahın  nəzəri 
üstündən əskik olmasın heç zaman! Amin!!! 
                                                   Bakı, 03 fevral 2015-ci il. 
 
 
 
 
 


205
 
 
 
 
 
 
 
 
M ü s a h i b ə l ə r 
 
 
 
 
 
 
 
 
 


206
 
 
 Adamı ağrıdan o idi ki, səni öz elində  
           yadlar mühakimə edirdi 
 
(Müsahibimiz  Nəsimi  royun  Xalq  Məhkəməsinin  sədri, 
əməkdar hüquqşünas Ramiz Məmmədovdur) 
 
Tanıtma:
Məmmədov 
Ramiz 
Kamal 
oğlu 
1940-cı 
ildəanadan  olub.  1964-cü  ildə  BDU-nun  hüquq  fakültəsini 
bitirib.  1966-1970  -  ci  illərdə  Respublika  Ali  Məhkəməsində 
məsləhətçi,  
     1970-87-cil  illərdə  Yasamal  royonunda  xalq  hakimi 
işləyib.1987-ci  ildən  Nəsimi  rayon  Xalq    Məhkəməsinin 
sədridir.         
 
      Mən onu ilk dəfə  görürdüm. Gülərüz, xoş təbiətli, səmimi, 
sadə  görkəmli,  işgüzar  adam  təsiri  bağışladı  mənə.Həm  qəbul 
otağında,  həm  də  yanında  çoxlu  adam  var  idi.  Fürsətdən 
istifadə edib qəbul otağında olanlardan məhkəmə sədrinin necə 
şəxs olduğunu soruşdum. Onlar qeyd etdilər ki, Ramiz müəllim 
məzuniyyətdən  yenicə  qayıdıb.  Bu  gün  onun    qəbul  günü 
olmadığına  baxmayaraq  hamımız  ona  öz  şikayətimizi 
bildirmək  üçün  gəlmişik.  İnamımız  və  əlacımız  ancaq  Ramiz 
müəllimədir. O, həm  axıra kimi  şikayətçini  dinləməyi  bacarır, 
həm də həmin adamın işini qanun  əsasında dərhal həll etməyə 
çalışır. Buna görə hamı istəyir ki, bütün dolaşıq və çətin işlərin 
düzgün  həll  edilməsi,  işin  ədalətli  aparılması  üçün  ancaq 
Ramiz  müəllimə  müraciət  etsin.  İndiyə  kimi  Ramiz 
müəllimdən  heç  kim,  heç  yerə  ədalətsiz  hökm  çıxardığı  üçün 
müraciət etməyib. Buna görə də onun apardığı məhkəmə işləri 
həmişə ədalətli hökm kimi qiymətləndirilib. 
 Mən içəri  daxil olanda hakimin yanında daha iki nəfər var idi. 
     Yanındakı 
adamların  çıxmasını  gözləmədən  Ramiz 
müəllimə müraciət etməli oldum, çünki şikayətə gələnlərin sayı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə