Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

192
 
 
ruzu-bərəkətli  və  qonaq-qaralı  olsun!  Bacın  Hacı  Azadə. 
13.11.2011”. 
     Hacı  Azadə    dostluqda  və  yoldaşlıqda  çox  etibarlı,  doğru-
dürüst  və  sədaqətli  bir  xanımdır.  Yəni,  mən  demək  istədiyim 
odur  ki,  bu  xanımda  əsl  müsəlman  qadınında  xas  olan  çoxlu 
müsbət  keyfiyyətlər  vardır.  Sual  oluna  bilər  ki,  müsəlman 
qadınına vacib olan əsas keyfiyyətlər hansılardır. Mən imkanım 
daxilində  Hacı  Azadə  xanımın  müsəlmançılığa  xas  olan 
keyfiyyətlərini  sadalayacağam.  Bu  qadında  əqidəsinə  görə 
Allah-təala  və  onun  Rəsulunun  (səllallahu  aleyhi  və  səlləm) 
buyurduqlarının haqq olduğuna yəqinliklə inanmaq və bu yolda 
özündən  əvvəl  gələn  əməli  saleh  müsəlmanların  metodlarını 
(xeyir işlər görmək, kimsəsizlərə, cəmiyyətdə mənəvi və maddi 
yardıma  ehtiyacı  olanlara  kömək  etmək,  valideynlərini  itirmiş 
uşaqlara,  yetimlərə  əl  tutmaq,  onlara  qayğı  göstərmək,  hər 
yerdə xeyirxah əməllər nümayiş etdirmək) dərk edərək həyatın 
bütün anlarına tətbiq etmək üçün əlindən gələni hər şeyi etmək 
bacarığı və istəyi vardır. Hacı Azadə xanımın əxlaqına gəlincə, 
onu  deməliyəm  ki,  onun  əxlaqi  kamil  İslam  əxlaqıdır.  O, 
müasir  qadın,  həyatın  müxtəlif  sahələrində  ictimai  fəaliyyət 
göstərməsindən  asılı  olmayaraq  İslamın  nişanəsi  olan  hicab 
qaydasına daim riyaət edir. 
     Müsəlman qadınına xas olan digər keyfiyyət onun ədəbidir. 
İslam  ədəbinin  əsas  xüsusiyyətləri  qadının  həyalı,  iffətli, 
ismətli  və  təmizkar  olmasıdır.  Qeyd  etdiyim  bu  xüsusiyyətlər 
də  Hacı  Azadə  xanımda  mövcuddur.  Digər  bir  xüsusiyyət  isə 
Hacı xanımın digər mömin insanlardan götürdüyü nümunədir
Belə  ki,  bacımızın  üstün  cəhətlərindən  biri  də  həmişə  mömin 
analardan,  səhabə  qadınlardan  və  eləcə  də  bütün  əməli  saleh 
qadınlardan nümunə götürməsidir.  
      Hacı  Azadə  xanımın  sevgisi  isə  yalnız  Allah  və  onun 
Rəsuluna, eləcə də İslamla bağlı hər kəs (hər şey) üçündür. 


193
 
 
Onun  gizliəməlləri  hər  zaman  axirəti  xatırlamaq,  sədəqə 
vermək,  yetimləri  sevindirmək,  darda  olan  insanlara  kömək 
əlini uzatmaq və xeyirxah işlər görməkdir. 
      Hacı  Azadə  xanımın  əsl  qadın  dostları  dininə  möhkəm 
bağlı, əxlaqlı müsəlman qadınlarıdır. 
      Hacı  xanımın  sevmədiyi  əsas  xüsusiyyətlər  bunlardır: 
Allaha  şərik  qoşmaq,  haram  olan  hər  şeyə  qarşı  çıxmaq, 
əxlaqsızlıq  yayan  insan  və  düşüncə  tərzinə,  bir  sözlə  qəbir 
əzabına  səbəb    olan  bütün  əməllərdən  daim  uzaq  olmaq, 
dostlarını və sevdiklərini də bunlardan uzaq tutmaq. 
 O,  öz  günahını  səmimi  etiraf  etməyi  bacaran,  səhvini  başa 
düşən  və  bunlara  tövbə  edən  insanlara  həmişə  hörmət  və 
rəğbət bəsləyir. 
      Hacı  Azadə  xanım  eyni  zamanda  gözəl  anadır.  O  bircə 
ciyərparası olan Talehin üstündə əsim-əsim əsərək onu hər cür 
neqativ  hallardan,  pis  insanlardan,  pis  vərdişlərdən  uzaq 
tutmağa çalışır və onu əsl mərd, cəsur azəri Türk övladı olaraq 
Vətənini,  xalqını,  torpağını  canından  artıq  sevən  bir  vətəndaş 
kimi tərbiyə edir. Bu yolda o, ana olaraq əlindən gələn hər şeyi 
etməyə  çalışır.  Hacı  xanımın  həyat  yoldaşı  Cavanşir  də  
həyatda hər zaman ona dəstək olur.   
     Bu  ailənin  əsas  məqsədi    yaxşı  və  möhkəm  bir  müsəlman 
ailəsi  qurmaq,  əsl  İslami  dəyərlərə  əsaslanmış  cəmiyyətin 
bünövrəsini  qoymaq,  adamlara,  cəmiyyətə,  dövlətinə  layiq 
nəsil yetişdirməkdir. 
     Hacı  Azadə  xanım  şəriətlə  müəyyən  edilmiş  hədlər 
daxilində  səyahət  etməyi  xoşlayan  qadındır.  O,  həmişə 
gəzintilərdən zövq almağa çalışır. Buna görədir ki, Hacı xanımı 
tez-tez xarici ölkələrdə həm işgüzar səfərlərdə, həm də maraqlı 
səyahətlərdə  görmək  mümkündür.  O,  eyni  zamanda  tez-tez 
qohumlara  baş  çəkir,  xəstələri  ziyarət  edir,  hər  kəsə  kömək 
etməyə tələsir. Bunu o, özünün insanlıq borcu hesab edir. 
Deməli, insanı tanıtdıran onun qadınlığı və kişiliyi deyil, əksinə 
onun  insanlığıdır.  Bundan  əlavə  qadın,  Quranınbaxışında  kişi 


194
 
 
kimi yaradılışın təkamül nöqtəsinə yetişə bilər və bu yolda heç 
də  kişidən  əskikliyi  yoxdur.  Hər  vaxt  Qurani-  Kərim  
təkamüldən  söhbət  açır,  qadını  da  onunla  birlikdə  zikr 
edir. Həmçinin  Quran  qadınla  kişinin  bərabərliyini  israr 
etməklə  yanaşı  onları,  bir-birlərinə  eşq-məhəbbət  bəsləməklə 
asudə  yaradıldıqlarını  qeyd  edir.  Yəni  qadın  və  kişi  bir-birinə 
məhəbbət bəsləməklə öz aramlıqlarını əldə edirlər. 
      Həyatda  yazıb-yaratmaq,  fəaliyyət  göstərmək,  öz  yaradıcı 
fəaliyyətinin  nəticələri  ilə  fəxr  etmək  insana  heç  bir  şeylə 
müqayisə  edilməyən  məmnunluq  duyğusu  verir  və  onu  yeni-
yeni    yaradıcılığa  ruhlandırır.  Hacı  Azadə  xanım  da  öz  ədəbi 
yaradıcılığı  ilə  həmişə  fəxr  edir,  öyünür  və  mənəvi  rahatlıq 
tapır.  O,  həkimliklə  yanaşı,  jurnalistika  və  ədəbi  yaradıcılıq 
sahəsində  də  yorulmaq  bilmədən,  məhsuldar  çalışaraq 
ədəbiyyat  xəzinəmizə  bir  çox  maraqlı  poemalar,  hekayələr, 
şeirlər, qəzəllər, rübailər, nəğmələr, bayatılar, lətifələr, uşaqlar 
üçün tapmacalar töhvə etməklə onun zənginləşdirilməsində öz 
payını əsirgəməmişdir.  
      Hacı  Azadə  xanım  bədii  yaradıcılıqla  35  ildir  ki,  məşğul 
olur. Bu yaradıcılıq baxımından o qədər də kiçik zaman deyil. 
Belə  ki,  Hacı  xanım  ilk  qələm  təcrübəsini  1984-cü  ildə  “Tibb 
kadrları uğrunda” qəzetində sınamışdır. Bundan sonra o, 1994-
cü ildə “Səhər” qəzeti redaksiyasında şöbə müdiri  vəzifəsində 
çalışmışdır. O, eyni zamanda 1996-cı ildən “Borçalı” qəzetinin 
və  eyni  adlı  jurnalın  baş  redaktoru,  2002-ci  ildən 
“Kardiologiya”, “Hakimiyyət və Zaman” jurnallarının təsisçisi 
və naşiri, 2003-cü ildən “Qafqaz -Media” İctimai Birliyin sədri 
və “Qafqaz-Press” qəzetinin təsisçisi və baş redaktorudur.  
       Hacı  Azadə  xanım  “Nə  yaxşı  ki,  dəniz  varmış”  (1999), 
“Borçalı lətifələri” (2000), “Taleyim mənim, Talehim mənim” 
(2000), “Dədə Qorqudda Borçalı izləri” (2001), “Tənha ağac” 
(2002), “Sənsiz” (2002), “CO metal və canlı orqanizm” (2003) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə