Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

220
 
 
məktəbin  ilk  rektoru  E.  Abdullayev,  ilk  prorektoru  mən 
olmuşam. Bu bir tarixdir. Bunu heç kim inkar edə bilməz. 
     Mən  yenə  də  ADU-da  olan  müvəffəqiyyətlərə  ürəkdən 
sevinirəm.  Çünki  başqalarından  fərqli  olaraq,  bu  universitet 
mənə  çox  doğmadır.  Necə  deyərlər,  ABU-  nun  yolunda  can 
qoymuşam. 
 
-  Bu  gün  Sizi  bir  Hacı,  həm  də  bir  ziyalı  kimi  daha  çox 
narahat edən nədir? 
 
-  Əlbəttə  ki,  Qarabağ  məsələsidir.  Bu  bizim  xalqın  yaralı 
yeridir.  Mən  bir  ziyalı  kimi  gecə-gündüz  bu  məsələ  ətrafında 
düşünürəm.  Bir  Hacı  kimi  isə  hər  namaz  üstündə  əlimi 
Xudanın  dərgahına  qaldırıb  ondan  sülh,  əmin-  amanlıq 
diləyirəm  ki,  yurdundan-yuvasından  didərgin  düşən  qardaş-
bacılarımız teziklə öz yerlərinə qayıtsınlar. 
 

Bugünkü  gənclərin  mənəviyyatındakı  dəyişikliklərə 
münasibətiniz necədir? 
 
-  Məşhur  tarixçi  A.  Bakıxanovun  belə  bir  kəlamı  var:  “Ən 
böyük  var-dövlət  elm    və  bilikdir,  var-dövləti  itirmək  olar. 
Amma  elm  və  bilik  həmişə  səninlə  olur”.  Mən  hər  gün  bu 
sözləri  xatırlayıram  və  gənclərə  elmli,  bilikli,  səbrli  olmağı 
məsləhət görürəm. 
 
-    Hazırki  şəraitdə  müəllim-tələbə  münasibətləri  və  “Pulunu 
ver, oxu” prinsipinə necə baxırsınız? 
 
-  “Pulunu  ver,  oxu”  prinsipini  hər  sahəyə  şamil  etmək  olmaz. 
Bazar  iqtisadiyyatına  keçid  dövründə  təhsilin  də  özünəməxsus 
problemləri  çoxdur  desək,  yanılmarıq.  Köhnə  cəmiyyəti  ləğv 
edib,  təzə  cəmiyyəti  bir  anda  yaratmaq  qeyri-  mümkündür. 


221
 
 
Bunun  üçün  zahiri  dəyişiklik  yox,  daxili  inkişaf  lazımdır. 
Cəmiyyət özü inkişaf etməlidir, özü də şüurlu şəkildə. 
     Təhsil üçün çoxsahəli imkanlar açılıb.  Bildiyimiz kimi indi 
həm pullu, həm də pulsuz təhsil sistemi mövcuddur. Mənə elə 
gəlir  ki,  təhsilin  bütün  formalarında  başlıca  meyar  bilik 
olmalıdır.  Hər  bir    sahənin  özünün  xüsusi  istedadları  olur. 
Onun pula heç dəxli var? Pul ilə hər hansı bir sənəti, bəlkə də 
öyrənmək  olar.  Məsələn,  zərgərliyi,  öyrənmək  olar.  Bəlkə, 
memar da olmaq olar. Amma rəssam olmaq çətindir. Pul ilə hər 
hansı  bir  musiqi  alətində  çalmağı  öyrənmək  olar,  amma  bir 
bəstəkar  olmaq  mümkün  deyil.  Pul  ilə  bəlkə  bir  ortabab  diş 
texniki olmaq mümkündür. Amma bacarıqlı bir cərrah-əsla! 
 Müəllim-  tələbə  münasibətlərinə  biganə  deyiləm.Onlar  ata-
oğul qədər səmimi, böyük-kiçik qədər pərdəli olmalıdır. 
 
-   Hacı, ailəniz haqqında nə deyə bilərsiniz? 
 
-  Yoldaşım  ingilis  dili  müəlliməsidir.  3  qızım  var.  Fərəh, 
Gülnar,  Lalə.  “Qız  uşaqlarına  xüsusi  diqqət,  xüsusi  qayğı 
lazımdır”  deyən  xanımım  işləmədi.  Bütün  qüvvəsini  onların 
təlim- tərbiyəsinə həsr edir. 
     Fərəh  II-ci  sinifdə  oxuyur.  Həkim  olmaq  istəyir.  Gülnar 
hüquqşünas, Lalə isə anası kimi dilçi olmaq arzusundadır. Onu 
da qeyd edim ki, Xanımım və iki qızım Həcc ziyarətində olub. 
Böyük  qızım  isə  Kərbala  və  Məşhəd  şəhərlərində  ziyarətdə 
olub. 
 
-   Sizcə, ailədə böyük- kiçik yeri necə olmalıdır? 
 
-  Ailəmdən  çox  razıyam.  Həyat  yoldaşımın  həssaslığı, 
qayğıkeşliyi,  övladlarımın  məhəbbəti  məni  çox  məmnun  edir. 
Ailədə səmimiyyət, mehribançılıq olmalıdır. Dostluq vacib olsa 
da, hər şeyin fövqündə böyük- kiçik yeri durur. Böyüyə hörmət 


222
 
 
vacibdir.  Ailənin  dirəyi  ata,  tacı  anadır.  Ata  ailənin  ağsaqqalı, 
rəisidir. 
 
-  Hacı, maraqlı söhbətə görə çox sağ olun. 
 
-  Bizi  də  yada  saldığınıza  görə  Sizə  dərin  minnətdarlığımı 
bildirirəm, Camal müəllim. 
  
                                               Bakı, 20 oktyabr 1999- cu il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


223
 
 
      Bu bir an idi və mən də həmin an  
         manevr etməyə məcbur oldum
 
 
   (Müsahibimiz  Sabunçu  Rayon  Xalq  Məhkəməsinin  sədri 
Oqtay Bayramovdur.) 
 
 Tanıtma: 
ADU-  nun  hüquq  fakültəsini  bitirib,  Sumqayıt 
Şəhər Prokurorluğundamüstəntiq kimi fəaliyyətə başlayıb. 
1965  -1973-cü  illərdə  Bakı  şəhərinin  müxtəlif    rayon 
prokurorluğunda  müstəntiq,  1973  -1977-  ci  illərdə 
Respublika Prokuroru yanında mühüm  işlər üzrə müstəntiq, 
1977-1981-ci  illərdə  isə  Naxçıvan  Muxtar  Respublikasının 
Şərur  Rayon  Prokuroru  işləyib.  1981-ci  ildən  Suraxanı 
Rayon Xalq Məhkəməsinin sədri, 1990 - cı ildən isə Sabunçu 
Rayon Xalq Məhkəməsinin sədridir.   
 
-  Oqtay  müəllim,  Siz  həm  də  hakimlərin  İxtisas  
Kollegiyasının sədrisiniz. Sədr  olduğunuz bu kollegiya hansı 
səlahiyyətlərə malikdir və nə vaxtdan fəaliyyət göstərir? 
 
-  Bakı  şəhər  məhkəməsinin  sədrini,  Azərbaycan  Ali 
Məhkəməsinin  üzvlərini,  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məhkəməsinin  üzvlərini  çıxmaq  şərtilə  qalan  bütün  şəhər  və 
rayon  xalq  hakimliyinə  namizədlər  rəy  verilməsi  İxtisas 
Kollegiyasının  səlahiyyətinə  daxildir.  Heç  bir  xalq  hakimi  bu 
kollegiyanın rəyi olmadan vaxtından əvvəl geri çağrıla bilməz. 
İxtisas  Kollegiyasının  11  üzvü  var.  Hamısı  təcrübəli 
hakimlərdir. 
Onların  dördü  yuxarı  şəhər  məhkəmə 
instansiyalarının  üzvləri,  qalanları  isə  ayrı-ayrı  rayonların 
məhkəmə 
sədrləridir. 
Onların 
hamısı 
2-ci 
dərəcəli 
hüquqşünaslardır. Bu kollegiya 1990-cı ildən fəaliyyət göstərir. 
Açığını  deyim  ki,  İxtisas  Kollegiyası  son  illərə  qədər  yalnız 
formal  olaraq  rəy  verməklə  məşğul  idi.  Ancaq  son  vaxtlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə