Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

159
 
 
təbiətə  bu  qədər  mənfi  emosiyaları  yaratmaq  nə  üçün  gərək 
olubmuş.  Belə  emosiyaları  “psixi  ağrı”  (pis  əhvali-  ruhiyyə, 
ruhi  əzginlik,  depressiya,  intizar...)  adlandırmaq  olar.  Belə  bir 
fikrə  gəlmək  olur  ki,  təbiət  burada  həddən  artıq  canfəşanlıq 
etmişdir.  Ancaq  bununla  belə  təbiət  özünə  həmişə  asanlıqla 
haqq  qazandıra  bilər.  İstisna  deyildir  ki,  “psixi  ağrı”  vicdan 
adlandırılan insanlararası münasibət üçün bir əsasdır. İnsandakı 
“psixi  ağrını”  aradan  qaldırmaq  həqiqətən  çətin  problemdir. 
Başqa  ümumbəşəri  problemlər  kimi  “psixi  ağrının”da  həm 
bioloji və həm də sosioloji cəhətləri vardır. 
     Ümumbəşəri  ölçüdə  “psixi  ağrını”  cəlb  etmək  nəinki  son 
dərəcə  çətindir,  hətta  lazım  da  deyil.  İnsanı  narazılıq  duymaq 
hissindən  məhrum  eləmək,  ağrı  hissindən  məhrum  eləmək 
qədər qorxuludur. 
    Ancaq  bütün  bunlarla  belə  insanlar  “psixi  ağrı”  ilə  var 
qüvvələri ilə mübarizə aparırlar.   
    Onların təbii, qarşısı alınmaz miqdarını minimuma endirmək 
və bu “psixi ağrını”idarə etmək lazımdır. 
    Hər  şeyin  mənası  məhz  ölçüdə  və  təsir  istiqamətindədir. 
Bizim  emosiyamızda  kəmiyyət  çox  vaxt  asanlıqla  keyfiyyətə 
keçir.Ancaq  emosiyalar  onunla  fərqlənirlər  ki,  onlar  nə 
kəmiyyət  uçotuna,  nə  də  keyfiyyət  istiqamətinə  uyurlar.  Hələ 
heç  kəs  hesablamayıb  ki,  öz  qüvvələrinə  lazımı  qədər  inam 
duymadıqları  üçün  cəmiyyət  nə  qədər  bacarıqlı  adam  itirib. 
Belə  adamlar  dumanlı,  yaxud  aydın  şəkildə  öz  nöqsanlarını 
duyurlar. Bəzən “ilhamlı dəqiqələrdə” inam meteor kimi şəfəq 
saçır.  Ancaq  dərhal  sönüb  zülmətə  bürünür,  bacarığın  gözəl 
inciləri  öləzəyir.  Həddən  artıq  inamlı  olanları  həyat  düzgün 
yola çıxaracaqdır. 
    Bir sözlə emosional - iradi “ təməlin” mühümlüyünü sübuta 
ehtiyac  yoxdur.  Əgər  insanda  bu  keyfiyyət  yüksəkdirsə 
arxayınlaşmaq  olar  ki,  xarici  şərait  əlverişli  olmadıqda  belə, 
insan öz imkanlarını açacaq və bacarığı dairəsində maksimum 
fəaliyyət göstərəcəkdir. 


160
 
 
    Özünü  bütün  çətin,  mürəkkəb  şəraitlərdə  ələ  ala  bilmək 
şəxsiyyətin  əzəmətinin  əsas  əlamətidir.Bunu  nəzərə  alaraq 
əxlaq  nəzəriyyəsi  S.Smayls  yazmışdır  ki,  “özünüidarə, 
özünəhörmət  və  özünüələalma  yolu  ilə  rəzalətlərin  onda 
doqquzunu aradan qaldırmaq olar.” Nə vaxt ki, insan özünü 
əla ala bilmir, öz hərəkət  və davranışlarını idarə  edə bilmir, o 
vaxt  artıq  o,  öz  əzəmətini,  öz  şəxsiyyətini  də  itirir,  çatdığı 
insanlıq  zirvəsindən  aşağı  doğru  yuvarlanmağa  başlayır.Bu 
vaxt heyvanilik insanlığa qalib gəlir, insan kiçilir, yazıqlaşır. 
    Ən hirsli vaxtda belə özünü ələ ala bilmək, öz hərəkətlərinin, 
dediyin sözlərin mənasını və labüd nəticələrini dərk edə bilmək 
insanın “ruhi səlimliyinin” mühüm şərtidir. 
    Özünüələalma  eyni  zamanda  əxlaqi  azadlığın  təzahürüdür, 
mənəvi  sərbəstliyin  mühüm  göstəricisidir.  İnsanın  ən  çətin,  ən 
mürəkkəb  şəraitdə  özünü  ələ  ala  bilməsi,  öz  coşqun 
ehtiraslarını  boğa  bilmək  dərəcəsi,  eyni  zamanda  onun  əxlaqi 
azadlığının,  mənəvi  muxtariyyatının  dərəcəsidir.  İnsan  öz 
iradəsini itirən kimi,  öz hiss və ehtiraslarının cilovunu  əlindən 
buraxan  kimi,  dərhal  öz  əxlaqi  azadlığını  da  itirir,  ağlını 
çaşdırır,  zəkasını  bulaşdırır.  Bir  sözlə,  insan  idarə    edəndən 
idarəolunana,  özünə  ağalıqdan  öz  ehtiraslarının  köləsinə 
çevrilir. 
    Əbəs deyilməmişdir ki, ən böyük qələbə insanın öz üzərində 
qazandığı  qələbədir.  Ən  çətin  vəziyyətdə  özünü  ələ  almaq 
əxlaqi  igidlikdir  və  bu  cür  igidlik  hamıya  müyəssər  ola  bilər. 
Bunun yeganə açarı özünü dərindən dərk etməkdən, sözün əsil 
mənasında  özünə  ağa  olmaq  qabiliyyətini  qazanmaqdan 
ibarətdir. 
    İndi  planetin  elə  bir  guşəsi  yoxdur  ki,  orada  insanlar  stress 
vəziyyətində olmasınlar. Çünki yer kürəsinin hər bir nöqtəsində 
sanki  “qaynar  vulkanlar”  fəaliyyət  göstərməkdədir.  Biz  XX 
əsrin son iyirmi illiyini “stress illəri” adlandırsaq, heç də səhv 
etmiş olmarıq. 


161
 
 
    Hal-hazırda  stress  sağalmaz  bir  epidemiya  kimi  bütün 
dünyanı  öz  ağuşuna  alıbdır.  Sosioloqlar  və  psixoloqların  əldə 
etdikləri  statistik  məlumata  görə  yer  kürəsində  adamların  son 
25-30  ildə  50%-  i  infarktdan  ölmüşdü.  Bu  da  bilavasitə 
adamların düşdükləri stress vəziyyəti ilə əlaqədar olmuşdu. 
    Yanvar 
hadisəsindən 
sonra 
respublikamızda  stress 
vəziyyətinə  düşənlərin  sayı  daha  çox  olmuşdur.  Onu  da  qeyd 
etmək  istəyirəm  ki,  hadisədən  sonra  psixiatr  həkimlərimizə 
yuxusuzluqdan,  daxili  həyəcanlanmadan,  ümidsizləşmədən, 
inamsızlışmadan,  tez-tez  əsəbləşmədən,  ətrafdakı  insanlara 
qarşı  laqeydləşmədən,  bədbinləşmədən  və  s.  mənfi 
emosiyalardan  əzab  çəkdiklərini  bildirən  adamların  müraciət 
etməsi  günü-gündən  artmağa  başlayıbdır.  Deməli,  stress  artıq 
öz işini görmüşdür. 
     Bu  yaxınlarda  Respublika  Mərkəzi  Xəstəxanasının  psixiatr 
həkimi  Əliağa  Həsənovun  yanında  idim.  Həkim  qeyd  etdi  ki, 
Yanvar hadisəsindən sonra, son 2 ayda ona müraciət edənlərin, 
xəstəliyin  yüngül  formasında  təzahür  edənlərin  sayı  təqribən 
1000  nəfərə  yaxın  olmuşdu.  Ancaq  stressin  daha  çox  izini 
orqanızmlərində  duyan,  özünü  həqiqətən  ağır  vəziyyətdə  hiss 
edən  xəstələrin  sayı  300-ə  yaxın  olmuşdur.  Həkimin  gərgin 
səyi nəticəsində belə xəstələrin əksəriyyəti artıq həyata yenidən 
ümidlə baxmağa başlayıbdır.  
    Əgər biz bu gün hamı üçün uzun və xoşbəxt həyat arzulamaq  
istəyiriksə,  adamlar  arasında  mütləq  xeyirxah,  səmimi, 
qardaşlıq  münasibətlərinin  bərqərar  olmasına,  xalqın  ruhuna 
uyğun  hərəkət  etməyə,  kin,  paxıllıq  və  eqoizm  kimi  hisslərin 
kəsilməsinə birgə nail olmalıyıq. 
    Bu  gün  bizim  üçün  qərəzçilik,  paxıllıq  qeyri-təbii  hal 
olmalıdır. Axı, biz bu gün humanizm prinsipləri əsasında, yeni 
mənəvi  və  fiziki  kamilliyə  doğru  gedən  sağlam  bünövrəli  bir 
cəmiyyət yaratmaq ümidi ilə yaşayırıq. Bunun üçün hər şeydən 
əvvəl bizim mənəvi birliyimiz tam təmin olunmalıdır! 
                                                                           1993 - cü il.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə