Camal Zeynaloğlu


Örnək insan və yaradıcı şəxsiyyət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

162
 
 
  Örnək insan və yaradıcı şəxsiyyət 
 
 
     Filosofların  dediyi  kimiAllah-təalanın  xəlq  etdiyi,  yaratdığı 
insanın  dünyaya  göz  açdığı  andan  başlayaraq  onun  təhsil  və 
tərbiyəsinə,  gələcəkdə  bir  şəxsiyyət  kimi  formalaşmasına  təsir 
edən  bir  çox  amillər  mövcuddur.  İnsan  dilini,  dinini, 
düşüncəsini,  şüurunu,  əxlaqi  xüsusiyyətlərini,  milli  və  mənəvi 
dəyərlərini,  həyat  fəaliyyətini  həmişə  onun  üçün  göstərilən 
nümunələrə 
və 
onlardan 
aldığı 
təəssüratlarla 
formalaşdırır.Yunan  dramaturqu  Sofokl  yazır:  “Dünyada 
heyrətedici    güclü  qüvvələr  çoxdur,  lakin  insandan  güclüsü 
yoxdur”.  Doğrudan  da  özünü  dərk  edən  insan  öz  gücünü, 
qüvvəsini,  intellektini,  potensial  imkanını  cəmləyib  bir  yerə 
yönəldərsə,  o  yenilməz  olar,  bütün  istək  və  arzularını  həyata 
keçirər.  Bunun  əsasında  da  insanın  özünəinamı  dayanır.  Bu 
xüsusiyyətlər  ən  çox  yaradıcı  adamlarda  mövcud  olur.  Çünki 
yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək 
bacarığı aşılayır. Əgər insan öz nəfsini əsirinə çevirə bilsə, bu 
adam  həyatda  hər  istəyinə  müvəffəq  ola  bilər.  Digər  tərəfdən 
də  həmin  insan  iç  dünyasında  hər  zaman  “təmizlik  işləri” 
aparmalı,  daxilindəki  hər  cür  qeyri-insani  xüsusiyyətlərindən 
xilas  olmalıdır.  Belə  olan  halda  deyirlər  ki,  o,  yaxşı  insandır. 
Bu  insanlar  hansı  zaman  və  məkanda,  hansı  şəraitdə 
yaşamasından  və  fəaliyyət  göstərməsindən  asılı  olmayaraq  öz 
gözəl  insani  keyfiyyətləri  qoruyub  saxlamağı  bacara  bilir, 
kimsəyə, nəyə görəsə boyun əyməyərək öz-özünün sahibi, azad 
insan  olur.  Yüksək  insani  keyfiyyətlərə  malik  olan  yaradıcı 
şəxslər digərlərindən yüksəklikdə dayanaraq cəmiyyət arasında 
həmişə  hörmət  və  rəğbətlə  qarşılanırlar.  Həmin  adamlar 
həddindən  artıq  təvazökar  olduqları  üçün  həm  şəxsi 
keyfiyyətləri  baxımından,  həm  yaradıcılıq  baxımından  diqqət 
mərkəzində  olmaqdan  çəkinərək,  yalnız  başlarını  aşağı  salıb 


163
 
 
cəmiyyətə,  insanlara,  bütünlüklə    millətə  xeyir  verə  biləcək 
işlərlə məşğul olurlar. Bunun müqabilində onlar kimsədən nəsə 
ummurlar. Yuxarıda sadaladığımız yüksək insani keyfiyyətlərə 
malik  olan  gözəl,  şəxsiyyətinə  və  yaradıcılığına  rəğbət 
bəslədiyim  insanlardan  biri  də  yazıçı-publisist  Böyükxan 
Bağırlıdır. 
     Mən “Yaxşı insanlar sorağında” adlı ədəbi silsilədən olan 
ikinci  kitabımı  qəlbindən  zahiri  aləminə  sanki  nur  süzülən, 
ədəb-ərkanı, əxlaqı, tərbiyəsi ilə həmyaşıdları arasında seçilən, 
ədəbi  mühitdə  tanınmış  yaradıcı  şəxsiyyətlərdən  biri  olan 
Böyükxan Bağırlıya həsr edirəm. Yaradıcı insanlardan yazmaq 
böyük savab işdir. Mən də əlimə düşən bu savab işi qazanmaq 
fürsətini başqasına buraxmaq istəmədim. 
      Yazıçı,  şair  və  publisist  Böyükxan  Bağırlı  yüksək  insani 
keyfiyyətlərilə  yanaşı,  yorulmaq  bilməyən,  həmişə  axtarışda 
olan,  oxumaqdan  bircə  an  belə  usanmayan,  daim  öz  üzərində 
işləyən,  düzlüyü,  dürüstlüyü,  xeyirxahlığı,  əqidə  saflığını, 
ləyaqəti,  işinə  məsuliyyətlə  yanaşmağı,  prinsipiallığı,  zəhmətə 
alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və 
fikirlərində  sərbəstliyi,  azadiliyi,  zəhmətə  qatlaşmağı  özünün 
həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir. 
       B.Bağırlı  ata  yurdunun  gərəkli  davamçısı  olan  ləyaqətli 
övlad,  örnək  olunası  valideyn,  Azərbaycan  ziyalılığının  bütün 
müsbət  keyfiyyətlərini  özündə  cəmləşdirən,  hər  şeydən  öncə 
millətini,  Vətənini,  xalqını  hədsiz  bir  məhəbbətlə  sevən 
vətəndaşdır. 
       Mən  yazıçı-publisist  B.Bağırlının  “Zəhərlənmiş  tale” 
povestini,  “Cəhənnəmi  görənlər”,  “Xoş  xəbər”,  “Sərnişinlər”, 
“Çovğun”, “Aynalı gölün payızı”, “Ağ yaylıqlar” hekayələrini 
oxumuşam. Müəllifin ədəbi  yaradıcılığına azdan-çoxdan bələd 
olan  bir  oxucu  kimi  deyim  ki,  onun  yaradıcılığında 
müşahidəçilik  qabiliyyəti,  hadisələrə  yanaşma  üsulu,  onları 
təsvir  etmək  bacarığı  yüksəkdir.  B.Bağırlının  əsərlərinin  əsas 
qəhrəmanları 
kənddə  yaşayan,  torpağa,  əməyə  bağlı 


164
 
 
insanlardır.  Açığını  deyim  ki,  müəllif  öz  əsərlərində  kənd 
həyatını  gözəl  təsvir  edərək,  oxucunu  istər-istəməz  kənddə 
keçirdiyi  o  unudulmaz  uşaqlıq  illərinə  səyahət  etməyə  sövq 
edir.  Yazılarından  duyulur  ki,  yazıçı  kənd  həyatını,  məişətini, 
etnoqrafiyasını,  folklorunu,  doğulduğu  kəndin  qədim  tarixini 
yaxşı  bilir.  Bunu  B.Bağırlı  özünün  uşaqlıq  illəri  haqqında 
danışığından  da  görmək  olur.  Belə  ki,  o,  uşaqlıq  illərini 
xatırlayarkən  deyir:  “Mən  Cənub  bölgəsində,  Pokrovka  kəndi 
(indiki  Günəşli  kəndi)  ilə  qonşu  olan  Alar  kəndində  doğulub 
boya-başa  çatmışam.  Bizim  alarlıların,  yaşlı  nəslin  dediyinə 
görə,  kökü  Altaylara,  Sibir  çöllərinə,  daha  sonra  Cənubi 
Azərbaycanın  Urmiya  gölü  ətrafına,  Şahdağı  mahalına, 
Ərdəbil  dövrəsinə  gedib  çıxır...  Mənim  yazı-pozuya  meylim 
içində  boya-başa  çatdığım  mühitlə  bağlıdır.  Gözümü  açanda 
ətrafımda  nağılçıları,  avazla  qəsidə  oxuyan  dərvişləri,  el 
arasında  “Lotu”  adlandırılan  xalq  məzhəkəçilərini,  növbə  ilə 
uzun  qış  gecələri  ayrı-ayrı  məhəllələrdə  haqq  aşiqləri  barədə 
dastanlar  söyləyən  telli  saz  ustalarını,  ilaxır  çərşənbə 
gecələrində  çillə  çıxaran,  dilək  tası  quran  sevdalı  qızları, 
Kərbəla  müsibətindən  əhvalatlar  söyləyən  rövzəxanları, 
bekarçılıqdan  kəndin  o  baş,  bu  başına  şayiələr  yayan,  hədəfə 
gələn,  tilova  düşən,  “zır  kəndçi”  deyilən  müəyyən  avam,  suyu 
şirin adamlar barədə söz çıxardıb belələrini bir günün ərzində 
dəli edib çöllərə salan baməzələri, yazda havalar qızanda ilan 
tutan ovsunçuları, düyün çalanları, tas quranları, divara arpa 
yeridən cadugərləri, hoqqabazları... görmüşəm.” 
     Yazıçı  kənd  həyatını,  orada  yaşayan,  çalışan  insanların 
təkcə  keçirdikləri  həyat  tərzini  deyil,  onların  hər  birinin  daxili 
psixolojisini,  iç  dünyasını,  düşüncələrini,  davranışlarını 
verməyə çalışır, adamların könül dünyalarını vəsf edir. Müəllif 
əsərlərinin  qəhrəmanlarını  oxucusuna  ilk  andan  tanıtmağa 
çalışmır,  gərgin  dramatik  səhnələrdən  sonra  qəhrəmanın 
xəyallar  aləminə  dalaraq,  keçmiş  xatirələri  ocaq  közü  kimi 
çözələyərək  əslində  onun  kim  olduğunu  göstərməyə  çalışır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə