156
ümidsizlik, qəzəb, narazılıq, paxıllıq, qısqanclıq, qorxu və s.
kimi mənfi halları özündən uzaqlaşdırmağa çalışmalıdır.
“Hara üz tutmusan!- deyə Tauna rast gələn bir səyyah ondan
soruşur.
-
Bağdada gedirəm, orada beş min adam qırmalıyam.
Bir neçə gündən sonra həmin səyyah yenə də Tauna rast
gəlir.
- Bəs sən deyirdin Bağdada beş min adamı qırmağa gedirsən,
necə oldu ki, 50 min adam məhv etdin?
- Yox, - deyə Taun etiraz edir,- mən elə dediyim kimi beş min
adam qırmışam, qalanları qorxudan ölüblər.”
Hiddət, qısqanclıq və əzablı şübhələrdən də damarlar kəskin
daralır - bunun əsas səbəbi qanda adrenalinin çoxalmasıdır.
Belə “emosional zəhərdən “ağıl sanki çaşır, insan şiddətli ruhi
sarsıntı keçirir.
Damarlar yalnız qorxu, qısqanclıqdan, məyusluqdan da
daralır. Məşhur fizioloq Pavlovun təliminə görə
illər keçdikcə
beyində sabitləşmiş rabitələr əmələ gəlir, sonra, hansı bir
mərhələdə isə bu sabitləşmiş rabitələr qırılır- münasibətlər,
estetik kriterilər dəyişilir.
Çox vaxt söhbət həyata və insanlara olan münasibətlərin
prinsipial dəyişilməsindən deyil, onlarda vaxtilə gözə
çarpmayan dəyişikliklərə olan münasibətlərdən gedir. Əvvəlki
ideallara olan ümidi itirmək - sarsıntıya, əzaba ən güclü stress
vəziyyətinə səbəb ola bilər.
İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda-
dinmir, onun nə danışdıını, nə şikayətini, nə də iniltisini
eşitmək olur.
Dərdi böyük olan adam özünə qapılmamlı, dərd əlində aciz
qalmamalıdır.
Akademik
P.Anoxin
yazır:
“zərərli
emosiyaların
yaranması üçün stimulla emosiya arasında intellekt və
məntiq durmalıdır.”
157
Bu, müdrik məsləhət də olsa, həyata keçirilməsi çətindir,
çünki vəziyyəti düzgün qiymətləndirməyi və ağıllı müdafiə
olunmağı hamı bacarmır. Bunun üçün hər bir insanın
özünəinam duyğusu olmalıdır. Özünəinam həyata nikbin
baxışın əsasını təşkil edir. İnsan dünyada ən yenilməz
qüvvələrə, ən tükənməz ruhi imkanlara qadir varlıqdır.
Özünəinam duyğusunun insan həyatında ən böyük əhəmiyyəti
məhz ondan ibarətdir ki, bu duyğu insanda olan ecazkar fiziki,
əqli və mənəvi qüvvələri həmişə səfərbər vəziyyətində saxlayır.
Nəzərə almalıyıq ki, özünə inamsızlıq insan həyatında ən
təhlükəli duyğudur. Bu duyğu insanı həddən artıq üzür, insanı
sıxır, onu daim qərarsızlıq, tərəddüd, əsəbilik, daxili nifrət,
paxıllıq, taleyindən küskünlük, həyata soyuqluq və s. bir qayda
olaraq insanda stress vəziyyəti doğurur.
Özünəinam insana məğrurluq və əzəmət gətirir, onun fikir
və əməllərində müstəqillik yaradır.
Əlbəttə, biz insanlar həmişə bir-birimizə möhtacıq, hər
birimizin qarşılıqlı köməyə ehtiyacı vardır. Biz bir - birimizdən
öyrənirik və öyrənməliyik. Lakin həmişə özünü zəif, məzlum
bir varlıq hesab edib, başqalarının şəxsində özünə “arxa”
axtarmaq insana yaraşmaz . İnsan həmişə özünü də başqalarına
arxa hiss etməlidir. Bizim el məsəlində deyildiyi kimi “fərasətli
oğul oyuna çıxanda kim mənimlə olur, fərasətsiz oğul isə mən
kimlə olum” deyir. Həmişə çinar kimi ucalmağa çalışmaq
lazımdır ki, sənin kölgəndə dincəlsinlər. Həmişə kölgə olmaq
olmaz ki, başqalarının dalınca sürünəsən.
Özünəinam duyğusunun mühüm amillərindən biri gələcəyə
bəslənən ümiddir. Məlumdur ki, insan həmişə indiki
vəziyyətindən daha yaxşı vəziyyət arzulayır, gözləyir, daim
təmkilləşməyə, yaxşılığa meyl göstərir, müasir vəziyyəti onu
təmin etmir. Mövcud vəziyyətindən bu cür narazılıq, təmin
olunmazlıq, narahatlıq çox təbiidir və öz-özlüyündə maddi və
mənəvi inkişafın mühüm bir şərtidir. Bu cür meyl, bu cür
“əbədi narazılıq, narahatlıq” olmazdı.İnsan həmişə ümid
158
etməlidir ki, gələcək mövcüd vəziyyətdən daha yaxşı olacaqdır.
Buna görə də gələcək üçün, sabahımız üçün daha əzmlə
fəaliyyət göstərmək lazımdır. Məhz bu cür ümid, inam insanda
ruh yüksəkliyi, özünəinam duyğusu yaradır.
Kim sabaha ümid ilə baxmırsa, o bugünkü qüvvələrini də
qeyb edir, özünü tərksilah edir, özündəki potensial imkanları
azaltmış olur.
Stressə qarşı mühüm mübarizə vasitələrindən biri
özünü tam
dolğun realizə etməkdir. Öz fiziki, mənəvi intellektual
qüvvələrini realizə edə bilməyən, öz istedad və bacarığını ifadə
edə bilməyən adam bir qayda olaraq gec-tez xroniki stress
vəziyyətinə düşür.İnsan öz arzu və ideallarını həyata keçirmək
üçün real mübarizə aparmalıdır, fəaliyyət göstərməlidir. İnsan
fəaliyyətdə olarkən, mübarizə apararkən heç şübhəsiz,
müəyyən müvəffəqiyyətlər əldə edir. Bu ugurlar özünə
inamsızlığı aradan qaldırmaq üçün ən qüdrətli qüvvəyə çevrilir.
Fəaliyyət gec-tez müvəffəqiyyətlərlə nəticələnir. Həm də hər
bir müvəffəqiyyət özünəinamın rəhnidir. İnsan hər şəraitdə
özünün
böyük gücünə,
qüdrətinə, imkanına inanmalıdır.
Fəaliyyət sanki insanı mənasız qəm yükündən azad edir,
dolaşıq
fikirlərini
dağıdıb
aydınlaşdırır,
vəziyyətini
yüngülləşdirir. Bunu nəzərə alaraq Emil Zolya demişdir:
“Ən
böyük həqiqət fəaliyyətdir, əməkdir. Həyatın bütün nəşəsi
yaradıcılığıdır. Yaratmaq - ölümü öldürmək deməkdir.”
Görkəmli alman şairi İ.Bexer də bu fikri təkrar edib
yazmışdır:
“Nə vaxt ki, qəmlisən işlə! Bu, kədəri qovmaq
üçün yeganə vasitədir. Qüssəyə batmamaq üçün işlə! Işlərin
yaxşı gedən də işlə, müvəffəqiyyət qazananda da işlə!
Müvəffəqiyyətdən baş gicəllənmə xəstəliyinə qarşı işləməkdən
başqa gözəl dərman yoxdur.”Əksinə, fəaliyyətsizlik,
bekarçılıq özü ilə bərabər ürəksıxıcı, darıxdırıcı vəziyyət
gətirir.
Bütün bu mənfi emosiyaların toplanması həm təbiətdən,
həm də insanın özündən asılıdır. Çətin başa düşmək olur ki,