Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

146
 
 
ki,  şeiri  mənasız  sözlərə  nisbətən  9-10  dəfə  tez  öyrənmək 
mümkündür. Buna  görə  də materialın  yaxşı  yadda saxlanması 
üçün  onun  məna  əlaqələrinə  xüsusi  fikir  verilməlidir.  Çünki 
mənalı  mətnlərdə  söz  və  cümlələr  deyil,  əsasən  onların  ifadə 
etdiyi fikir, ideya yadda qalır. Həmin fikir, ideya isə materialın 
mahiyyətini  ifadə  edir.  Mahiyyəti  başa  düşdükdən,  onu  öz 
dilinə tərcümə etdikdən sonra öyrənmə səmərəli olur. Aydındır 
ki, şagird kitabda yazılanı eynən, hərfən nağıl edirsə, bu onun 
həmin  materialı  şüurlu  surətdə  mənimsəmədiyini,  yaxud 
mexaniki  yadda  saxladığını  demək  üçün  əsas  ola  bilər. 
Yaddasaxlamada məna  əlaqələrinə  istinad  etmək  çox vacibdir. 
Psixoloji  eksperimentlər  göstərmişdir  ki,  bir  təkrardan  sonra 
100  mənasız  sözdən  5-i  yadda  saxlanılır.  Amma  38  sözlü 
cümlədə  17  məntiqi  məna  rabitəsindən  15-  i  yadda  saxlanır. 
Buna  görə  də  şagirdin  özünün  fikirləşib  tapdığı,  özü  gətirdiyi 
misallar, ifadələr daha yaxşı yadda qalır. 
    Məşğələ 
növlərinin 
düzgün 
növbələşdirilməsi 
də 
öyrənmənin  səmərəliliyi  üçün  çox  əhəmiyyətlidir.  Belə  ki,  iki 
məzmunca  yaxın  materialı  bir-birinin  arxasınca  oxumaq 
onların  bir-birinə  qarışmasına  səbəb  olur.  Bəzən  asan 
materialdan  sonra  çətin  materialın  öyrənilməsinə  keçmək  də 
səmərəsizdir. Çünki bu halda sonrakı materialın sanki əvvəlkini 
sıxışdırıb  aradan  çıxarır.Burada  sinir  proseslərinin  müəyyən 
qanunauyğunluqları da nəzərə alınmalıdır. Sinir sisteminə təsir 
edən 
qıcıqlayıcıların 
xarakterindən 
və 
intensivlik 
səviyyəsindən asılı olaraq iki cür ləngimə halı baş verə bilir. 
     Belə  ki,  sonrakı  qüvvətli  qıcıqlayıcı  özündən  əvvəlki 
qıcıqlayıcıların  törətdiyi  oyanma  sahələrini  ləngidir.Bu, 
özündən  əvvələ  təsir  edən  ləngimə  adlanır.  Digər  halda  isə 
müəyyən qüvvətli qıcıqlayıcının təsiri ilə beyində əmələ gəlmiş 
üstün  oyanma  sahəsi,  ora  təsir  edən  və  nisbətən  zəif  qüvvəyə 
malik  qıcıqların  beyində  yeni  oyanma  sahələri  əmələ 
gətirməsinə imkan vermir. Belə bir vəziyyətdə  şagird materialı 
oxusa da, onun yaddaqalması tam, dəqiq və dolğun ola bilməz. 


147
 
 
Çünki  özündən  əvvəlki  qıcıqlar  ona  ləngidici  təsir  edir.  Bu, 
özündən sonra təsir edən ləngimədir. 
    Yaddasaxlama  və  ya  öyrənmə  ilə  əlaqədar  olaraq  bu 
vəziyyətə  iki  halda  rast  gəlmək  olur:  1)  oxşar  materiallar  heç 
bir  fasilə  vermədən  bir-birinin    ardınca  öyrənildikdə,  2)  əvvəl 
asan, onun arxasınca fasilə vermədən daha çətin material sonra 
30  dəqiqə  fasilə  verən,  yəni  heç  bir  şeylə  məşğul  olmayan 
şagirdlər  öyrəndikləri  materialın  50-55  faizini,  bir  dərsi 
öyrənən  kimi  fasilə  vermədən,  başqa  dərsi  öyrənməyə  keçən 
şagirdlər isə yalnız 25 faizini yadda saxlaya bilirlər. 
     Bəs  şagirdin  öyrəndiyi  material  nə  vaxt  unudula  bilər?  Biz 
bilməliyik  ki,  yaddasaxlama  və  ya  öyrənmə  unutma  ilə 
mübarizə sayəsində mümkün olur. 
     Unutma  prosesinin  necə  getməsinə  aid  Ebbinhauzun  bir 
təcrübəsini  qeyd  etmək  lazımdır.  O,  müəyyən  etmişdir  ki, 
materialın öyrənilməsindən yarım və bir saat sonra (əlbəttə, bu, 
materialın 
xarakterindən 
və 
öyrənən 
şəxsin 
fərdi 
xüsusiyyətlərindən  çox  aslıdır)  40  faizi,  bir  gündən  sonra  66 
faizi,  3  gündən  sonra  75  faizi,  30  gündən  sonra  79  faizi 
unudulur.Əlbəttə,  bu  mexaniki  yaddasaxlamada  belə  olur, 
mənalı yaddasaxlamada unutma faizi xeyli azalır. 
     Dərsdə  təkrarların  düzgün  təşkil  edilməməsi  bunun  kifayət 
qədər  olmaması  da,  unutmanın  əsas  səbəblərindən  biridir. 
Öyrənilməyə  başlanılan  material  əvvəl  öyrənilənə  nisbətən 
çətin  olduqda,  bu,  həmin  materialın  unudulmasına  qüvvətli 
təsir göstərir. 
     Unutmanın  qarşısını  almaq  üçün  öyrənilmiş  materialı 
unutduqdan  sonra  deyil,  unutma  başlamazdan  əvvəl  təkrar 
etmək lazımdır. 
     Təlim prosesində şagird fəallığını təşkil etmək və onun psixi 
inkişafının  mühüm    əhəmiyyət  kəsb  etməsini  bilmək  müəllim 
üçün son dərəcə zəruridir. Bəs təlimlə psixi inkişaf arasındakı 
əlaqə  nədən  ibarətdir?  Təlimin  inkişafda  oynadığı  rolu  necə 
xarakterizə etmək olar? 


148
 
 
     Görkəmli  İsveçrə  psixoloqu  J.Piajenin  fikrincə,  inkişaf 
özünün  daxili  spesifik  qanunlarına  malikdir.Odur  ki,  təlimin 
tənzim  edilməsi  üçün  məhz  inkişafın  səviyyəsi  əsas 
götürülməlidir.  Sözsüz  ki,  burada  təlimin  inkişafetdirici  təsiri 
J.Piaje tərəfindən kölgədə buraxılır. 
     Amerika  psixoloqu  C.Brunerə  görə,  hər  cür  əqli  inkişafın 
əsasını yalnız mütəşəkkil və məqsədyönlü təlim təşkil edir; əqli 
inkişaf  isə  öz  növbəsində  dərin  biliyə  və  ümumiləşdirmə 
bacarığına yiyələnməkdən ibarətdir. 
     C.Bruner  şagirdlərin  əqli  inkişafında  təlim  prosesinin 
həlledici  rol  oynadığını  qəbul  etsə  də,  yaş  hüdüdlarını  silib 
atdığına görə onun fikirləri ilə  razılaşmaq olmaz. 
      L.  S.  Vıqotskinin  “təlim  həmişə  inkişafından  irəlidə  gedir 
və  onu  da  öz  arxasınca  aparır”  müddəasına  əsaslanan  rus 
psixoloqları  inkişafetdirici  təlimin  mahiyyətini  açmağa 
çalışmışlar.  Burada  uşaqların  mənimsəmə  inkişafının  aşkara 
çıxarılması mühüm yer tutur. 
      Bir  məsələ  ilə  əlaqədar  belə  bir  cəhəti  qeyd  etmək  lazım 
gəlir  ki,  psixikanın  ontogenezdə  inkişafı  keyfiyyətcə  bir 
mərhələdən  digərinə  keçidlərin  məcmuyu  kimi  başa  düşülür. 
Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya 
digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bu 
şəraitlərdən  bəzisi  müvəqqəti,  keçici  xarakter  daşıyır.  Psixi 
fəaliyyətin  ayrı-ayrı  dövrlərinin  olması  və  güclənməsi  üçün 
optimal  vaxt  mövcuddur.  Belə  yaş  dövrləri  senzitiv  dövrlər 
adlanır. Məsələn, nitqin inkişafı üçün bir yaşdan 5 yaşa qədərki 
dövr,  riyazi  qabiliyyətlərin  formalaşması  üçün  15-20  yaş 
senzitiv dövr hesab  olunur. 
     Senzitiv  dövrlərdən  bəhs  edən  L.  S.  Vıqotski  yazırdı:  Bu 
dövrdə  hissi  həssaslıq  inkişafda  dərin  dəyişikliklər  əmələ 
gətirərək  onun  bütün  gedişinə  müəyyən  təsir  göstərir.  Başqa 
vaxtlarda  həmin  şərtlər  özü  tamamilə    neytral  ola,  ya  da 
inkişafın  gedişinə  əks  təsir  göstərə  bilər.  Senzitiv  dövrlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə