Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

133
 
 
     Rəhbər işçi konflikt şəraitini təhlil edərkən onu realistcəsinə 
qiymətləndirməli  və  ondan  düzgün  çıxış  yollarını  arayıb 
tapmalıdır.  Bunun  üçün  aşağıdakı  cəhətlərə  xüsusi  diqqət 
yetirmək lazımdır: 
a)konfliktin yaranması üçün bəhanə kimi istifadə olunan halları 
fərqləndirmək,  konfliktin  əsas  səbəblərini  müəyyən  etmək 
(konfliktin  iştirakçıları,  adətən,  onun  səbəblərini  müxtəlif 
yollarla gizlədirlər); 
b)konfliktin  “işgüzar  (obyektiv)  zonasını”  müəyyən  etmək. 
Konfliktin  nə  dərəcədə  (  tutaq  ki,  işin  təşkili,  nə  dərəcədə  isə 
konfliktə  girən  şəxslərin  )  kollektivdəki  işgüzar  və  şəxsi 
münasibətləri ilə əlaqədar olduğunun müəyyən edilməsi sosial-
psixoloji  baxımdan  böyük  əhəmiyyətə  malikdir.  Bu,  eyni 
zamanda həm şəxsiyyətlərarası konfliktin xarakterini müəyyən 
etmək,  həm  də  onun  təsir  sahəsini  qismən  məhdudlaşdırmaq 
imkanı verir. 
c)adamların  konfliktə  girməsinin  subyektiv  motivlərini 
aydınlaşdırmaq  (bunun  üçün    işçilərin  xüsusilə  son  dövrdə 
həyat  yolunu  bilmək,  onların  maraqlarını,  tələbatlarını  və  s. 
öyrənmək zəruridir);  
d)konflikt  iştirakçılarının  konkret  hərəkətlərinin  istiqamətini 
müəyyən etmək. 
    Hər  bir  kollektivdə  konflikti  vaxtında  və  obyektiv  surətdə 
aradan  qaldırmaq  üçün  həmin  kollektivin  rəhbəri  təsirli 
tədbirlər görməlidir.  
    Təəssüf ki, indiki şəraitdə rəhbər işçi öz öhdəsinə düşən işin 
icrasını  yerinə  yetirmək  əvəzinə,  kollektiv  arasında 
məqsədyönlü 
konfliktlərin  yaranmasına  şərait  yaradır, 
kollektivdə  şəxsiyyətlərarası  münasibətlərin  pozulmasına 
çalışır.  Bu  da  kollektivi  işgüzar  zonadan  uzaqlaşdırır,  onların 
fikir  birliyinin  zəifləməsinə  səbəb  olur.  Kollektivdə  bu  cür 
münasibətlərin yaranması rəhbər işçiyə sərf edir. Bu cür rəhbər 
işçiləri  kollektiv  qayğılardan  daha  çox  şəxsi  ambisya 
düşündürür. 


134
 
 
    Kollektivdə hər bir işçinin mədəni səviyyəsini nəzərə almaq 
lazımdır.  Işçilərin  mədəni  səviyyəsi  aşağı  olduqda,  hətta  öz-
özlüyündə  çox  əhəmiyyətli  olan  işgüzar  konfliktlər  belə, 
asanlıqla məhdud şəxsi konfliktlərə çevrilir. Çalışmaq lazımdır 
ki,  kollektiv  üzvləri  bütün  hallarda  bir-birinə  səmimi  hörmət 
etsinlər, 
bir-birinin 
insanlıq  ləyaqəti  və  nüfuzu  ilə 
hesablaşsınlar,  asanlıqla  kiçilməsinlər,  prinsipial  olmayan 
məsələlərdə güzəştə gedə bilmək əzminə malik olsunlar. 
    Kollektivdə sosial-psixoloji iqlimin optimallaşdırılması üçün 
konfliktin  müsbət  imkanlarından  məharətlə  istifadə  etmək 
lazımdır. 
 
                                                                       1992 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


135
 
 
  Təlim fəaliyyətinin psixoloji cərəyanı     
 
 
    Təlim prosesinin  əsas məqsədi bilik verməkdir. Bu məqsədə 
nail  olmaq  üçün  təlimin  bütün  üsullarından    səmərəli  istifadə 
etsək də, çox vaxt təlim prosesində yüksək göstəricilərə nail ola 
bilmirik.  Bunun  səbəbini  bəziləri  şagirdlərdə,  bəziləri 
müəllimlərdə, bəziləri isə təlim üsullarının indiki dövrdə şagird 
və 
müəllimlərin  tələbatını 
lazımi 
səviyyədə 
ödəyə 
bilməməsində  görmək  olar.  Bəziləri  də  təlim  üsullarının 
müvəffəqiyyətli  həyata  keçirilməsinə  mane  olan  əsas  
səbəblərdən  birini  də  sosial  amillərdə  görürlər.  Müəyyən 
mənada bu fikirlə razılaşmaq lazımdır. 
    Lakin 
biz 
təlim 
prosesində 
qazandığımız 
müvəffəqiyyətsizliyin  əsas  səbəblərini  təlimin  psixoloji 
mexanizmlərini,  onu  psixoloji  cəhətdən  necə  idarə  etməyi, 
şagirdin  psixi  inkişafında  təlimin  nə  kimi  rol  oynadığını 
bilməməyimizdən irəli gəlir. 
    Əksər  hallarda  isə  ayrı-ayrı  şagirdlərin  idrak  imkanlarını 
müəyyənləşdirməkdə  çətinliklərlə rastlaşmalı oluruq. 
    Aparılan  tədqiqatlar,  müşahidələr  göstərmişdir  ki,  uşaqların 
idrak  imkanları  mövcud  proqramların    nəzərdə  tutduğundan 
çox-çox genişdir. 
Məlumdur ki, uşağın bilik əldə etmək imkanları çox geniş olsa 
da, hüdudsuz deyildir. Təlimin son nəticəsi, heç şübhəsiz, təkcə 
xarici  amillərlə  deyil,  həm  də  daxili  amillərlə  şərtlənir.  Bu  iki 
amil vəhdət  təşkil etdikdə təlim müvəffəqiyyətlə nəticələnir. 
    Biz  indiyə  kimi  “nəyi  öyrətmək?”  və  “necə  öyrətmək?” 
tədris  prosesində  müəllimin  qarşısına  çıxan  bu  iki  suala  təlim 
prinsiplərindən çıxış edərək cavab verməyə çalışmışıq. 
    Ancaq  bütövlükdə  “öyrənmə”  özü  nədir?  sualına  bəzən 
lazımi cavab tapa bilmirik. Deməli, biz əvvəlcə “öyrənmə”nin 
özünü öyrənməliyik, sonar da onu şagirdlərə öyrətməliyik. 


136
 
 
 Öyrənmə 
çətin,  psixi  prosesdir.Onun  çətinliyi  həm 
daxili(psixi),  həm  də  xarici  (fiziki)  amillərdən  asılıdır.  Bu 
asılılığı  görə  bilmək,  onu  təlim  prosesində  lazımi  məqsədə 
istiqamətləndirmək  üçün  müəllimdən  nəinki  yüksək  bilik, 
pedaqoji ustalıq, həm də yüksək psixoloji hazırlıq imkanlarına 
malik  olması  tələb  olunur.  Müəllimlərimiz  təlim  prosesində 
psixoloji çətinlikləri aradan qaldırılmasında düzgün üsullardan 
istifadə  edə  bilmirlər.  Daha  doğrusu,  bu  çətinlikləri  aradan 
qaldırılmasının  real yollarını bilmirlər. 
    Öyrənmə  bilməməzlikdən  biliyə  doğru  gedən  uzun 
prosesdir. 
    Məlumdur  ki,  təlim  prosesində  iki  tərəf  iştirak  edir.Yəni 
öyrənənlə  öyrədən  arasında  qarşılıqlı  təsir,  əlaqə  yaranır. 
Öyrədənin vəzifəsi müəyyən bilikləri, müəyyən informasiyaları 
uşaqlara çatdırmaqdır. Ancaq biz bir cəhəti nəzərə almalıyıq ki, 
hazırkı  dövrdə  məktəblərdə  təlim  prosesində  qarşılıqlı 
münasibətdə  olan  iki  tərəfdən  ən  çox  fəallıq  göstərəni 
öyrədəndir.Təlim  prosesində  ən  çox  müəllim  özü  işləyir, 
şagirdlər  isə  əksər  hallarda  biliyi  “hazır  şəkildə”  alırlar.Bu 
ondan irəli gəlir ki, mövcud təlim sistemi daha çox illustrativ- 
izahat  prinsipinə  istinad  edir.  Bu  sistem  şagirdlərə  müəyyən 
bilikləri  mənimsətmək,  onlara  bir  sıra  vərdişlər  aşılamaq 
imkanı  versə  də,  əqli  inkişafa  təsir  cəhətdən  istənilən 
müvəfəqqiyyət  əldə  etmək  olmur.  Bir  sıra  müəllimlər  təlimin 
başlıca  vəzifəsini  onda  görürlər  ki,  şagirdlər  müvafiq 
dərslikdəki təlim materiallarını oxuyub yadda saxlaya bilsinlər, 
sorğu  zamanı  isə  yada  salmağa  çətinlik  çəkməsinlər.  Hətta 
bəzən  dərs  soruşularkən  uşaq  təlim  materialını  asanlıqla  yada 
sala  bilmədikdə,  olduğu  kimi  danışmadıqda,  bəzi  müəllimlər 
şagirdlərdən mətni neçə dəfə oxuduğunu soruşur, onu bir neçə 
dəfə təkrar oxumamaqda təqsirləndirirlər. Bəzi müəllimlərimiz 
isə əzbərçilik üsulundan hələ də istifadə edirlər. 
    Əlbəttə, belə təlim üsulları müəyyən cəhətdən uşağın  zehni 
inkişafına,  onlarda  hafizənin  dəqiqliyinə  xeyli  təsir  göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə