120
ufadə etsək, həmin asılılığı riyazi formada belə ifadə etmək
olar:
S>S`
. Birinci siqnal sisteminin ikinci siqnal sistemi
üzərindəki nisbi üstünlüyü (bədii tip) belə ifadə edilə bilər:
S>S`
+ n (burada
n - bədii tip nümayəndələri üçün xarakterik
olan emosional və obrazlı görmənin xüsusiyyətlərini bildirir).
2-ci siqnal sisteminin 1-ci siqnal sistemi üzərindəki nisbi
üstünlüyü (mütəfəkkir tip) isə belə ifadə edilə bilər:
S+m>S`(burada
m – xarici aləmə mütəfəkkir tip üçün
xarakterik
olan mücərrəd, sözlü-məntiqi münasibəti göstərir.)
Göründüyü kimi, bir siqnal sisteminin başqası üzərindəki
nisbi üstünlüyü məsələsinin 2-ci siqnal sisteminin 1-ci siqnal
sistemi üzərindəki mütləq üstünlüyü məsələsi ilə qarışdırmaq
olmaz. Əks halda belə bir təsəvvür yaranır ki, bədii tipdə guya
intellektual fəaliyyət zəif inkişaf etmiş olur. Bu, ciddi səhv
olardı. Bir siqnal sisteminin o biri siqnal sistemi üzərindəki
nisbi üstünlüyü yalnız bədii, mütəfəkkir və ya orta tipin
təfəkkür tərzində özünəməxsus cəhətlərin formalaşmasını
şərtləndirir. İ.P.Pavlov bu xüsusiyyətləri belə xarakterizə edir:
“bəzi adamlar yaxşı düşünürlər, lakin konkret, real surətdə
fikirləşmirlər, onlarda birinci və ikinci siqnal sistemləri
arasındakı əlaqə xeyli zəifdir; başqaları isə, əksinə, belə ağıllı
və məntiqi düşünsələr də, söz arasındakı real təəssüratı, yəni
birinci siqnalları görməyə meyl edirlər. Onların xarici aləmlə
əlaqəsi birincilərə görə daha yaxşıdır... Onların hər ikisi
ağıllıdır, lakin onlardan birinin mühakiməsi gerçəlikdən
uzaqdır, o birisi isə gerçəkliyi olduğu kimi əks
etdirir.”İ.P.Pavlova görə, ikinci siqnal sisteminin birinci ilə
əlaqəsi mütəfəkkir tipdə zəif, bədii tipdə qüvvətlidir. Orta tipdə
isə birinci və ikinci siqnal sistemlərinin hər ikisi eyni dərəcədə
inkişaf edir.
Siqnal sistemlərinin inkişaf xüsusiyyətlərindən asılı olaraq
bu və ya digər tipə mənsub olan şagirdlər qavrayış, təsəvvür və
hafizə materiallarından da müxtəlif tərzdə istifadə edirlər.
Məsələn, bədii tip nümayəndələri konkret
və emosional surətlər