Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

107
 
 
    Məlum  olduğu  kimi,  gənclərin  şəxsiyyəti  nisbətən  gec 
formalaşır.  Ona  görə  də  onların  əməlləri  və  hərəkətləri  bəzən 
daxili  məntiqə  və  ardıcıllığa  malik  olmur,  davranışın  həyat 
xəttinin dəqiq müəyyənləşməsi isə ləng gedir. Elə buna görə də 
həddi-büluğa  çatmamışların  hüquq  pozğunluqları  çox  vaxt 
təsadüfi və gözlənilməyən halların nəticəsində baş verir. 
    Cinayət  və  cəza  haqqında  zəruri  biliyə  malik  olmayan, 
yaxud  da  yanlış  təsəvvürə  malik  olan  yeniyetmələr  etmiş 
olduqları  cinayət  əməlləri  və  hüquq  pozğunluqları  üstündə 
onların  bilavasitə  məsuliyyət  daşımadıqlarını,  onlara  yüngül 
“güzəştli”  cəza  tədbirləri  tətbiq  olunduğunu  güman  edirlər. 
Halbuki  onlar  bilməlidirlər  ki,  14  yaşına  çatmamış 
yeniyetmələr  hüquq  pozğunluqları  etdikdə  cəzasız  qalmırlar. 
14 yaşına çatmış yeniyetmələr ən təhlükəli cinayətlər üçün heç 
bir  güzəşt  olmadan  tam  cinayət  məsuliyyəti,  16  yaşından 
etibarən  isə  istinasız  olaraq,  ümumi  qaydada,  qanuna  müvafiq 
surətdə məsuliyyət daşıyırlar. 
    Yeniyetmələrə  anlatmaq  lazımdır  ki,  cinayət  və  cəmiyyətə 
zidd  əməllər  etdikdə  valideynlər,  himayəçilər  və  sair 
tərbiyəçilərlə  yanaşı,  həddi-büluğa  çatmamışların  özləri  də 
şəxsən məsuliyyət daşıyırlar. 
     Müxtəlif  şərait  və  şərtlər  yeniyetmələrə  daha  tez  və  ciddi 
təsir  göstərir,  çünki  onlar  ətraf  mühitə,  təzahürlərə  daha 
asanlıqla  və  həssaslıqla  meyl  göstərirlər.  Hüquq  tərbiyəsi, 
hüquq  bilikləri  ilə  tanışlıq  belələrinə  mühüm  təsir  göstərir,  öz 
əməllərini  düzgün  qiymətləndirmədikdə,  lazım  gəldikdə 
özlərini ələ almaqda, şəxsi arzu və niyyətlərini idarə etməkdə, 
zərərli təsirlərə qarşı dayana bilməkdə onlara kömək edir.      
 
                                                                         1986 - cı il. 
 
 
 


108
 
 
            Şagirdlərin əmək tərbiyəsi 
 
 
      İnkişaf  etmiş 
sosializmi  planauyğun  və  hərtərəfli 
təkmilləşdirmək,  onun  humanist  təbiətini  daha  da  dolğun 
şəkildə  açıb  göstərmək,  insanın  yaradıcı  fəallığını  daha  da 
yüksəltmək sahəsində partiyanın xətti sovet məktəbi qarşısında 
böyük və məsul vəzifələr qoyur. 
      Partiya 
gənc  nəslin 
əməyə  hazırlığının  kökündən 
yaxşılaşdırılmasına 
məktəbin 
fəaliyyətinin 
təkmiləş-
dirilməsində xüsusi əhəmiyyət verir. 
     Bəs əmək tərbiyəsi nədir və onu necə başa düşmək olar? 
     İnsanın  bütün  qabiliyyətləri  müvafiq  fəaliyyət  prosesində 
formalaşır və fəaliyyət prosesində də təzahür edir. “Fəaliyyət” 
anlayışı  sosial  kateqoriyalar  sırasına  daxildir  və  yalnız  insana 
aiddir.  Şəxsiyyət  öz  qarşısına  konkret  məqsəd  qoyur, 
fəaliyyətin stimullarını dərk edir və məqsədinə nail olmaq üçün 
zəruri hərəkətləri yerinə yetirir. 
      Əmək  fəaliyyətin  elə  bir  növüdür  ki,  nəticədə  hökmən 
məhsul  əldə  edilməlidir.  Oyun  prosesində  isə  məhsul  əldə 
edilmir.  Əmək  düşünülmüş  plan  əsasında  həyata  keçirilir, 
insanın  gümrah  olmasına,  sağlamlığına,  onda  yaxşı 
keyfiyyətlərin  formalaşmasına  və  inkişafına  müsbət  təsir 
göstərir.  Təsadüfi  deyildir  ki,  sovet  məktəbi  yaranan  gündən 
əmək  məktəbi  hesab  edilmişdir.  N.K.Krupskaya  əməyin 
tərbiyədəki  rolunu  yüksək  qiymətləndirərək  yazırdı:  “Əmək 
əsas  məsələdir,  o  bizə  imkan  verir  ki,  tərbiyə  işini  ən  yüksək 
zirvəyə  qaldıra  bilək.”  A.S.Makarenko  uşaq  kollektivinin 
həyatını  istehsal  münasibətləri  zəminində  təşkil  etmişdir.  O, 
sübut  etmişdir  ki,  əməyin  tərbiyə  vasitəsi  olması  müəyyən 
şərtlərlə 
bağlıdır: 
şagirdin 
əməyi 
hökmən 
təhsillə 
əlaqələndirilməlidir;  əmək  prosesində  şagirdlərin  siyasi  və 
ictimai  fəallığı  təmin  edilməlidir;  şagird  əməyin  zəruriliyini 
dərk  etməli  və  əməyə  həvəslə  qoşulmalıdır.  Bu  əlamətlərdən 


109
 
 
məhrum  olan  əmək  tərbiyə  vasitəsi  rolunu  yerinə  yetirmir, 
neytral  əmək  hesab  olunur.  Deməli,  şagirdin  əməyi  pedaqoji 
tələblərə  cavab  verməli,  pedaqoji  cəhətdən  düzgün  təşkil 
olunmalıdır. 
     Məktəbdə  əmək  tərbiyəsini  daxili  əlaqədə  olan  iki  məqsəd 
izləyir: əxlaqi məqsəd və praktik məqsəd. 
     Əxlaqi  məqsəd  odur  ki,  əmək  tərbiyəsi  şagirdləri  psixoloji 
cəhətdən  əməyə  hazırlayır,  məktəblilər  xalq  naminə,  Vətən 
naminə  işləməyə  həmişə  hazır  olur,  əməyə  kommunist 
münasibəti  bəsləyir,  əməksevər  ruhda  böyüyürlər.  Əxlaqi 
baxımdan əmək tərbiyəsinin konkret vəzifələri aşağıdakılardan 
ibarətdir: 
 
- şagirdlərdə belə bir əqidə formalaşmalıdır ki, hər bir şəxs 
cəmiyyət üçün vicdanla işləməlidir
 
- işləmədən ictimai sərvəti artırmaq mümkün deyildir; 
 
-  işləmək  hər  bir  insanın  cəmiyyət  qarşısında  öz  borcunu 
dərindən dərk etməsi ilə bağlıdır; 
 
-işləmək 
insanın 
qabiliyyətlərinin 
formalaşması, 
təkmilləşməsi baxımından da çox zəruridir. 
 
     Əmək  tərbiyəsinin  əxlaqi  aspekti  üzrə  aparılan  işlər 
şagirdlərdə belə bir inam yaratmalıdır ki, işləmək imkanı olan, 
işləyə bilən, lakin işləməyən və ya işləmək istəməyən şəxsdən 
əsl insan ola bilməz. 
     Əmək tərbiyəsinin ikinci mühüm məqsədi şagirdləri praktik 
cəhətdən  əməyə  hazırlamaqdan  ibarətdir.  Məktəblilər  əmək 
alətləri  ilə  tanış  olmalı,  bu  alətlərdən  istifadə  etməyə  aid  olan 
ilkin  bacarıqlara  yiyələnməli,  özlərinin  fiziki  qüvvələrini 
inkişaf  etdirməlidirlər.  Elə  bu  məqsəd  üçün  şagirdlər  ibtidai 
siniflərdə  uşaq  bağçaları  üçün  oyuncaqlar  düzəldir,  tikiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə