Camal Zeynaloğlu


Şagirdlərin şüurlu intizam tərbiyəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

104
 
 
Şagirdlərin şüurlu intizam tərbiyəsi 
 
 
     Müəllim-şagird  münasibətləri  müasir  şəraitdə  xüsusi 
məzmun  və  əhəmiyyət  kəsb  edir.  Bu  münasibətlər  təkcə 
müəllimin bilik verməsi, öyrətməsi, şagirdlərin isə bu bilikləri 
mənimsəməsi,  öyrənməsi  prosesindən  ibarət  olmayıb,  böyük 
tərbiyəvi  əhəmiyyət  kəsb  etməli,  şagird  şəxsiyyətinin 
inkişafına,  onlarda  yüksək  əxlaqi  keyfiyyətlərin  yaranması  və 
formalaşmasına xidmət etməlidir. 
    Müasir  şəraitdə  siyasi  şüuru,  əmək  fəallığını  yüksəltmək, 
təcrübə və biliyi zənginləşdirmək üçün ideoloji amil kimi təsir 
göstərən  mənəvi  tərbiyə  hər  bir  müasir  insanın  həyat 
mövqeyini formalaşdırır. 
    İntizamlılıq,  cəmiyyətdə  qoyulmuş  qaydalar,  davranış 
tələblərinə şüurlu münasibət hazırkı şəraitdə mənəvi tərbiyənin 
əsas göstəricilərindən biridir. 
    İntizamlılıq  -  şəxsiyyətin  əsas  xüsusiyyəti,  ləyaqəti  və 
əlaməti  əxlaqi  keyfiyyətidir.  Bu  keyfiyyət  şəxsiyyətin  şüurlu 
fəaliyyətində,  davranış  qaydalarına  və  ictimai  normalara  necə 
əməl  etməsində  öz  əksini  tapır.  İntizamlılıq  daimi  fikri 
gərginlik  tələb  etmir,  ona  görə  ki,  davranış  qaydalarının, 
vəzifənin, tapşırıqların yerinə yetirilməsinə şüurlu, düşünülmüş 
münasibət,  borc  hissi  təşəkkül  tapmış  olur.  F.E.Djerzinskinin 
fikri  ilə  desək,  “borc  vəzifə  deyil,  zərurətdir,  tələbatdır,  dərin 
əqidədir, həyatın mənasıdır.” 
    Şüurlu  intizam  tərbiyəsi  davranış  mədəniyyəti,  ictimai 
yerlərdə  özünü  apara  bilmək,  adamlara  qarşı  nəzakətlilik, 
xeyirxahlıq,  qayğıkeşlik,  diqqətlilik,  səliqəlilik,  zəifə,  ehtiyac 
hiss  edənə  kömək  etmək  bacarığı  və  səyi  kimi  insani 
keyfiyyətləri nəzərdə tutur. 
    Şüurlu  intizam  –  şagirdlər  tərəfindən  Vətən  və  xalq 
qarşısında  öz  vətənpərvərlik  borclarının  başa  düşülməsi, 
qoyulmuş  qanunların,  davranış  qaydaları  və  normalarının, 


105
 
 
vəzifə  və  tapşırıqların  yerinə  yetirilməsinə  şüurlu  münasibət 
deməkdir;  kollektivin  mənafeyi  ilə  hesablaşmaq,  mübarizədə 
müstəqillik və qətiyyətlilik, könüllü tabelik üzərində qurulmuş 
intizam deməkdir. 
    Uşaqlar  intizam  haqqında  anlayışlarla  və  davranış  qaydaları 
ilə  ilk  dəfə  ailə  kollektivində  tanış  olurlar.  Bu  tanışlıq 
valideynlərin 
və 
ailənin 
başqa  üzvlərinin  uşaqların 
hərəkətlərinə  verdikləri  tələblərlə,  onlarda  yaratdıqları  faydalı 
adətlərlə,  öz  şəxsi  nümunələri  ilə  əlaqədar  olur.  İntizam  və 
davranışla  əlaqədar  olan  bu  ilk  tələblər  valideynlər  tərəfindən 
düzgün  qoyulduqda,  düzgün  istiqamətləndirildikdə,  hər  bir 
davranış  tələbi  faydalı  adətlərə  çevrildikdə  məktəbin  və 
müəllimlərin tərbiyə işi  asanlaşır, bəzi  uşaqlarda  yaranmış pis 
adətlərin yenidən tərbiyə olunmasına ehtiyac qalmır. 
    Tərbiyə  işinin  bu  mühüm  sahəsində  hələ  də  bir  sıra  ciddi 
nöqsanların  olduğunu  inkar  etmək  olmaz.  Bunlar  əsasən  bəzi 
ailələrdə  uşaqların  intizamına  və  davranışına  laqeydlik,  onun 
düzgün  istiqamətləndirilməməsi,  valideynlərin  müxtəlif 
səviyyəli olması, onların bir qisminin tərbiyə işinin pedaqoji və 
psixoloji  əsaslarına,  metodikasına  lazımi  qədər  bələd 
olmaması,  məktəblə  ailənin  əlaqəsinin  zəif  olması,  şüurlu 
intizam  və  davranış  mədəniyyəti  tərbiyəsi  üzrə  məktəbin 
həyata 
keçirdiyi 
tədbirlərdə 
ardıcıllığın, 
tamlığın 
gözlənilməməsi və s. ilə əlaqədar olur. 
    Məhz  buna  görə  də,  uşaqların  əxlaq  tərbiyəsində  ailə  ilə 
məktəbin  birgə  fəaliyyəti,  bu  əlaqənin  daha  faydalı,  əlverişli, 
səmərəli,  formaları,  yol  və  vasitələrinin  müəyyənləşdirilməsi, 
bunların  daha  da  təkmilləşdirilməsi  mühüm  və  aktual 
problemlərdən  biri  kimi  pedaqoji  ictimaiyyətin  diqqətini  cəlb 
edir.  
    Məktəbdə  intizamın  pozulması,  davranış  qaydalarına  əməl 
edilməməsi  uşaq  cinayətkarlığına  gətirib  çıxarır.Pedaqoji 
nəzarətdən  kənarda  qalan  “çətin”  tərbiyə  olunanlar  bəzən 
mikromühitin  mənfi  təsiri  altına  düşür.  Böyüklərdə  olduğu 


106
 
 
kimi, uşaqlar arasında da intizamsızlıq və cinayətkarlığın əksər 
hallarda  spirtli  içkilərdən  istifadə  edilməsi  ilə  əlaqədardır.  Bu 
da  adətən,  ya  uşağın  ailə  şəraiti  ilə,  ya  da  onun  düşdüyü 
mikromühitlə  əlaqədardır.  Hüquq  qaydalarını  pozmuş  həddi-
buluğa çatmayanların 30-40 faizi valideynlərin və ailənin digər 
yaşlı  üzvlərinin  sərxoşluğu,  dava-dalaşı  və  qeyri-əxlaqi 
davranışının  şahidi  olunmuşdur.  Həddi-büluğa  çatmamış  olan 
cinayətkarların  hər  beş  nəfərdən  birinin  ailəsində,  əvvəllər 
mühakimə  edilmiş  və  yaxud  spirtli  içkidən  sui-istifadə  edən 
şəxs olmuşdur. 
    Tanınmış  pedaqoq  V.A.Suxomlinskinin  dediyi  kimi, 
“yeniyetmə  bir  çiçəkdir,  onun  gözəlliyi  bitkiyə  necə  qulluq 
edilməsindən asılıdır.” 
    “Çətin”  tərbiyə  olunanların  şagirdə  yaraşmayan  hərəkətləri 
məktəbdə  təlim-tərbiyə  işinə  mane  olur,  ümumməktəb 
intizamına və başqa şagirdlərin davranışına mənfi təsir göstərir. 
Odur  ki,  tərbiyə  işinin  bütün  sahələri  kimi,  şüurlu  intizam 
tərbiyəsində  də  “çətin”  tərbiyə  olunanlarla  iş  həmişə  hər  bir 
pedaqoji  kollektivin  və  valideynin  diqqət  mərkəzində 
olmalıdır. 
    Böyük 
rus 
pedaqoqu 
A.S.Makarenkonun 
zəngin 
təcrübəsindən  və  pedaqoji  irsindən  lazımınca  istifadə  etmək, 
“çətin”  tərbiyə  olunan  uşaq  yoxdur”,  “pis  uşaq  yoxdur,  pis 
tərbiyəçi var” fikirlərini əsas götürmək lazımdır. 
“Mənim  əlimdə  ixtiyar  olsaydı,  “insan  düzəlməz”  -  deyən 
adamın  dilini  kəsərdim”  -  deyən  böyük  qazax  şairi  Abay 
Kunanbay nə qədər haqlıdır. 
    V.Q.Belinski  hələ  1845-ci  ildə  yazırdı:  Ümumiyyətlə, 
insanlar  öz  təbiətləri  etibarilə  pis  olmaqdan  daha  artıq 
yaxşıdırlar: onları xarab edən təbiətləri deyil, tərbiyə, ehtiyac, 
saxta  ictimai  həyatdır.  Onların  demək  olar  ki,  hər  birinin, 
hətta pozğununun belə, özünün gözəl insani cəhətləri vardır. 
Yalnız onları seçib görmək və axtarıb tapmaq lazımdır.” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə