Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

126
 
 
    İnsan  üçün  ən  dəhşətli  şe  -  gözləri  açıq  ikən  yatmış  adama 
çevrilməkdir.Əgər  biz  hamı  üçün  xoşbəxt  həyat  arzulayırıqsa, 
adamlar 
arasında 
mütləq 
xeyirxahlıq, 
qardaşlıq 
münasibətlərinin  bərqərar  olmasına,  kin,  paxıllıq  və  eqoizm 
kimi mənfi halların qarşısının alınmasına  nail olmalıyıq. 
    Bunun  zəruri  olduğunu  yalnız  sosial  baxımdan  izah  etmək 
düzgün olmazdı. Bunun hələ fizioloji tərəfi də var. 
    Kin  insanda  bir  çox  gözəl  keyfiyyətləri  öldürür,  qəlbini 
qaraldır, ağlını kütləşdirir, istedadını isə zəiflədir. 
    A.Mitskeviç  yazırdı:“Qəzəb,  kin  -  gücsüzlüyün  silahıdır”. 
Təbiət  zəhəri  sürünənlərə  vermişdir.Güclülərin  ona  ehtiyacı 
yoxdur.” 
    İdarəetmədə  yalvarış  və  ya  söyüşlə  iş  getməz,  işi  bacarıqla 
təşkil  etmək  lazımdır.İ.P.  Pavlovun  dediyi  kimi,  hər  bir  işdə 
ardıcıllıq, təvazökarlıq və ehtiras olmalıdır. Əməyə yaradıcılıq, 
poeziya elementləri daxil etmək lazımdır ki, adama  yorğunluq 
deyil, sevinc gətirsin. 
   Mənfi  emosiyalar  insanların  daxilində  təlatümə  gəlməkdən 
əlavə, onların zahiri  simasında da əks olunur. Məsələn, qəzəb 
emosiyasında  dişlər  qıcıyır,  gözlər  parlayır,  ağrı  və  dərd 
təsirindən  qaşlar  ortadan  çatılır,  heyrət  hissi  gözləri  və  ağzı 
açmaqla ifadə olunur, etinasızlıq zamanı isə baş bir yana dönür 
və aşağı dodaq sallanır. 
    Qəddarlığı  ilə  dünyada  məşhur  olan  tarixi  şəxsiyyətlərdən 
biri  Napoleon  haqqında  bir  misalı  gətirmək  istərdim.  Deyirlər 
Napoleonun “polad kimi soyuq” gözləri parıldayanda, hətta ən 
qorxmaz adam olan Lann da titrəyərmiş. Nə üçün? 
    Gözün  parıldaması  -  emosiyanın  toplanmasını  göstərir, 
toplanmış  emosiya  isə,  bildiyimiz  kimi,  mütləq  özünə  çıxış 
yolu tapmalıdır. 
     Mehtər oğlu olan və Bonapartın həyatını iki dəfə xilas etmiş 
Lannın  qorxmasına  səbəb  korsikalı  sərkərdənin  acığını  bir 
adama  tökəndə  çox  amansız  olmasını  bilməsi  idi.  Afrikanın 
şimalında Abukir yaxınlığındakı vuruşmaları xatırlayaq, burada 


127
 
 
on beş min türk əsgəri sahilə çıxmışdı. Napoleon onların on beş 
minini  də  qırdırmışdı.  Halbuki  bunların  çoxunu  əsir  almaq  da 
olardı. 
     Materialist  filosofların  affektlər  haqqında  baxışlarında 
mütərəqqi fikirləri özündə inkişaf etdirərək qeyd etmişdilər ki, 
affektlər,  hisslər,  emosiyalar  və  ehtiraslar  idarə  oluna  bilər  və 
hökmən idarə olunmalıdır. Əxlaq tərbiyəsinin qarşısında duran 
vəzifə  heç  də  bütün  hiss  və  ehtirasları  boğmaq,  cilovlamaq, 
ölgünləşdirmək  deyil,  onları  tərbiyə  etdirməkdir,  inkişaf 
etdirməkdir,  yalnız  o  affektləri,  emosiya  və  ehtirasları 
həqiqətən boğmaq, cilovlamaq lazımdır ki, bunlar son nəticədə 
insanı  alçaltmasın,  onu  fiziki  və  mənəvi  cəhətcə  şikəst  edib 
eybəcər  hala  salmasın.İnsanın  əzəməti,  qüdrəti  və  böyüklüyü 
məhz onun öz affektlərini, hiss və ehtiraslarını idarə edə bilmək 
qabiliyyətinə  malik  olmasındadır.  Bu  qabiliyyət  yalnız  insana 
məxsus  qabiliyyətdir.  Məhz  bu  baxımdan  özünüələalma 
qabiliyyəti  insanın  əldə  etdiyi  ən  yüksək  mənəvi  nemətdir. 
Özünüələalma  emosiyaları  ram  etmək  bacarığıdır.  Yalnız 
özünü  hər  şəraitdə  ələ  almağa  qadir  olan  adamlar  dağ  kimi 
sarsılmaz  olurlar.  Affektlərini  idarə  edə  bilməyib,  bunların 
quluna  çevrilmiş  adamlar,  stress  vəziyyətinə  düçar  olmuş 
adamlar dünyada ən bədbəxt adamlardır. 
    Böyük  alman  filosofu  Hegel  yazmışdır:  “Dünyada  heç  bir 
böyük nailiyyət ehtirassız əldə edilməmişdir.” 
    Alman  yazıçısı  Jan  Polun  nəzərincə,  insan  həm 
ehtiraslara,  həm  də  bunları  idarə  etmək  qabiliyyətinə  malik 
olmalıdır.”  Məşhur  amerika  yazıçısı  Cek  London  isə 
yazmışdır:  Əbədi,  lakin  yuxulu  planet  olmaqdansa,  qoy 
parlaq meteor olum!” 
     Məşhur  ingilis  ədəbiyyatşünası  Con  Kollinz  yazırdı: 
Yalnız  iki  ehtiras  bizə həzz  vermir- bunlardan biri paxıllıq, 
digəri  qorxudur.  Jan-Jak  Russoya  görə,  “ehtiraslar  qızğın 
olduqca onları idarə etmək zərurəti də bir qədər artıq olur.” 


128
 
 
     Ən  hirsli  vaxtda  belə  özünü  ələ  ala  bilmək,  öz 
hərəkətlərinin,  dediyin  sözlərin  mənasını  və  labüd  nəticələrini 
dərk edə bilmək, insanın “ruhu sağlamlığının” mühüm şərtidir. 
Əxlaqi  təcrübə  göstərir  ki,  hirsli,  qəzəbli  bir  vaxtda 
düşünülməmiş  edilən  bir  hərəkət  və  deyilən  bir  sözü  güllə  ilə 
müqayisə  etmişlər.  Atılan  gülləni  geri  qaytarmaq  mümkün 
olmadığı  kimi,  deyilən  sözü  də  geri  qaytarmaq  mümkün 
deyildir. 
    Özünüələalma  eyni  zamanda  əxlaqi  azadlığın  təzahürüdür, 
mənəvi  sərbəstliyin  mühüm  göstəricisidir.  Insanın  ən  çətin,  ən 
mürəkkəb  şəraitdə  özünü  ələ  ala  bilməsi,  öz  coşğun 
ehtiraslarını  boğa  bilmək  dərəcəsi  eyni  zamanda  onun  əxlaqi 
azadlığının, mənəvi muxtariyyatının dərəcəsidir. 
     Bir  sözlə,  insan  idarə  edəndən  idarəolunana,  özünə 
ağalıqdan 
öz 
ehtiraslarının 
köləsinə 
çevrilir. 
Əbəs 
deyilməmişdir  ki,  ən  böyük  qələbə  insanın  öz  üzərində 
qazandığı  qələbədir.  Biz  heç  vaxt  unutmamalıyıq  ki,  ən  çətin 
vəziyyətdə özünü ələ almaq əxlaqi igidlikdir və  bu cür igidlik 
hamıya müyəssər ola bilər. Bunun yeganə açarı özünü dərindən 
dərk  etməkdən,  sözün  əsil  mənasında  özünə  ağa  olmaq 
qabiliyyətini qazanmaqdan ibarətdir. 
     Öz  emosiyalarını  idarəetmənin  yolu  insanın  iradəsindən, 
özünü  dərketməsi  üzərindən  keçir.  Əsəb  proseslərinin  insanın 
özü  tərəfindən  idarə  edilməsi,  tənzim  edilməsi  qabiliyyətini 
ağıl  və  iradə  vasitəsilə  yüksəltmək  lazımdır.  Hər  bir  kəs  bu 
sahədə öz üzərində məşq etməli, çalışmalıdır. Məhz özünü, öz 
əsəblərini tənzim etmək yolu ilə artıq həyəcanları, emosiyaları 
vatında sakitləşdirməyi vərdiş halına keçirmək lazımdır. 
     Bu 
işlə 
əsasən 
psixoprofilaktika 
məşğul 
olur. 
Psixoprofilaktika- insanın özünü dərindən dərk etməsi, bunun 
əsasında  öz  emosiyalarını  idarə  edə  bilməsini  təbliğ  edir; 
ailədə,  kollektivdə  özünü  son  dərəcə  mədəni  apara  bilmək 
qabiliyyətini,  düşünərək  yüz  ölçüb  bir  biçdikdən  sonra 
danışmağı  təbliğ  edir;  evdə  və  işdə  tam  mehribanlıq, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə