Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

123
 
 
     Təsadüfi  deyildir  ki,  antik  dövrün  müdrik  adamları  belə 
demişlər:  “Yalnız  kiçik  dərd  danışa  bilir,  böyük  dərd  dilsiz 
olur.” 
     Dərdi böyük olan adam özünə qapılmamalı, dərd əlində aciz 
qalmamalıdır.  İ.  Talıbov  mənfi  induksiya  yaratmağı  məsləhət 
görürdü,  baş-beyin  qabığında  yeni,  daha  güclü  qıcıq  mərkəzi 
yaratmaq lazımdır ki, insanı əldən salan mənbəyə qalib gəlsin. 
Toplanmış  mənfi  emosiyaları  söndürmək,  onlardan  yaxa 
qurtarmaqla yüngülləşmək lazımdır. 
     Emosiyaların  isə  qanunu  belədir:  madam  ki,  emosiyalar 
toplanıb,  o,  mütləq  boşalmalıdır.  Bəzən  bu  boşalma  və 
yüngülləşmələr çox gözlənilməz formalar alır. 
     Akademik  P.K.Anoxin  deyirdi  ki,  insan  yaranmış 
emosiyanı,  xüsusən  bu  emosiya  baş-  beyin  qabığı  ilə  əlaqədar 
olduqda, adətən, saxlamaq iqtidarında deyil. Emosiyanın zahiri 
əlamətlərini (məsələn, göz yaşını) boğmaq, saxlamaq mümkün 
olsa da, damarların spazmanı,ürəyin döyünməsini dayandırmaq 
qeyri-mümkündür. 
     Cinayətlərin  istintaq  metodları  da  buna  əsaslanır.  Dolayı 
dəlillər  təqdim  edildikdə  öz  cinayətini  danan  cani  zahiri 
əlamətlərlə  deyil,  nəbzinin,  tənəffüs  ritminin,  qan  təzyiqinin 
dəyişilməsi ilə özünü büruzə verir. 
     Məşhur  təyyarə  sınaqçısı  Marina  Popoviç  danışırdı  ki,  bir 
dəfə  uçuş  zamanı  təyyarəni  idarə  etmək  mümkün  olmur  və  o 
sürətlə  yerə  enməyə  başlayır.  Marina  və  təlimatçı  özlərini 
itirmir,  çətinliklə  də  olsa  təyyarəni  xilas  etməyə  nail  olurlar. 
Marina  çox  sevinir,  zarafat  edir,  gecə  yuxuda  isə,  onda 
qısamüddətli də olsa, ağır sinir pozğunluğu baş verir. 
     Emosional boşalma, yüngülləşmə bəzən çox baha başa gəlir 
və  qorxulu  nəticələrə  gətirib  çıxarır.  Qətl  yerinin,  qatili  özünə 
“cəlb  etməsi”  haqqında  hamı  eşidib.  Təcrübəli  xəfiyyələr 
bilirlər  ki,  cani  cinayət  yerinə  getməyincə  sakit  olmayacaq. 
Buna görə də pusquda durub onu ifşa edirlər. 


124
 
 
     Deməli,  toplanmış  mənfi  emosiyanı  cilovlamaq,  saxlamaq 
çətindir. Buna yalnız möhkəm iradəli adamlar nail ola bilirlər. 
     Ən  yaxşı  yüngülləşmə  üsulu-məqsədə  çatmaqdır.  Lakin 
buna  hamı  həmişə  nail  ola  bilmir.  Bu  halda  gərgin  əzələ 
fəaliyyəti, maraqlı iş, kitablar, musiqi köməyə çata bilər. 
     Musiqi-emosiyaları,  həyəcanı  dağıdan,  yüngülləşdirən  ən 
yaxşı  vasitə  olub,  insana  güclü  təsir  göstərir.Musiqi  xeyirxah 
hisslər  oyatmaqdan  əlavə,  həm  də  “ürəkdən  sanki  od  çıxarır”, 
dərdi  qovur,  yorğunluğu  çıxarır.Fizioloji  tərəfinə  gəldikdə  isə 
musiqi damarların genişlənməsinə fəal kömək göstərir. 
     Yapon  mütəxəssiləri  müəyyən  etmişlər  ki,  fəhlənin  əhvali- 
ruhiyyəsinin  əməyin  məhsuldarlığına  çox  böyük  təsiri  var. 
Əgər sex rəisi gülümsəməyi bacarmırsa onu işdən çıxarırlar. O, 
əlindən gələni edir ki, fəhlə həvəslə, nikbin əhvali- ruhiyyə ilə 
işləsin və çoxlu qazanc gətirsin. Bəs bizdə necə? Məncə bunu 
şəhr etməyə ehtiyac yoxdur. 
     Hər  cür  mənfi    emosiya  zamanı  orqanizmdə  hormonlar,  o 
cümlədən  adrenalin  hasil  edilib  qana  daxil  olur,  həmin 
adrenalin damarları daraldır, qan təzyiqini yüksəldir, energetik 
prosesləri fəallaşdırır. 
     Mənfi  emosiyalar  güclü  sarsıntılar  əmələ  gətirməsin  deyə, 
emosiyaları  zəiflətmək  yolu  ilə  artıq  hormonları  sərf  etmək 
lazımdır.  Məsələn,  birinin  ən  yaxın  adamı  həlak  olubsa, 
doyunca  ağlamağı  məsləhətdir,  əks  təqdirdə  “göz  yaşları  ilə 
ifadə  olunmayan  dərd  başqa  orqanları  ağladır”,  başqa  sözlə 
desək,  ürək  damarlarının  sıxılması  həyat  üçün  təhlükə 
törədir.Viktor  Hüqo  yazırdı:  Göz  yaşları  həmişə  nəyi  isə 
yuyub aparır və təskinlik gətirir.” 
     Emosiyalar 
uyğunlaşdırıcı 
kimi 
də 
mühüm 
rol 
oynayır.Emosiyaların  tədqiqi  ilə  məşğul  olan  professor 
P.V.Simonovun  verdiyi  tərifə  görə:“Emosiya-xüsusi  sinir 
aparatı  olub,  həyatda  məqsədə  çatmaq  yolları  və  üsulları 
haqqında  kifayət  qədər  dəqiq  məlumat  olmadıqda  nə  cür 
hərəkət etmək barədə beyinə kömək edir”. 


125
 
 
    Uzun  müddət  belə  hesab  edirdilər  ki,  “emosiya  mərkəzləri” 
beyinin  dərin  mərkəzlərində  yerləşir,  lakin  son  vaxtlar 
müəyyən  olunmuşdur  ki,  emosional  reaksiyalarda  böyük 
yarımkürələrin  qabığı  da  mühüm  rol  oynayır.Sol  yarımkürə- 
müsbət, sağ yarımkürə isə mənfi emosiyalarla bağlıdır.Deməli, 
sağ yarımkürə emosional məsələlərə “baxır”, yəni xarici aləmi 
obrazlarla  qavrayır,  sol  yarımkürə  isə  məntiqi  təfəkkürlə 
“məşğul olur.” 
    Professor Ə.S. Bayramovun hiss və emosiyaya verdiyi tərifə 
nəzər  salaq:  “Hiss  və  emosiya  insanın  dərk  etdiyi  cisim  və 
hadisələrə,  başqa  adamlara,  həmçinin  özünün  rəftar  və 
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən 
psixi prosesdir.” 
    Deməli,  hər  kəsin  emosiya  və  hissləri  onun  özünə,  ətraf 
aləmə 
bəslədiyi 
və 
məxsusi 
səciyyə 
daşıyan  şəxsi 
münasibətidir. İnsanın emosiya və hisslər aləmi çox rəngarəng 
və mürəkkəbdirr. Bu həqiqətən də belədir. 
    Emosiyalar  özü  özlüyündə  mühüm  məsələ  deyil,  müəyyən 
emosional  vəziyyəti  yaradan  tələblər,  səbəb  və  məqsədlər 
mühümdür.  Buna  görə  də  yalnız  düşünülmüş,  insan  üçün 
faydalı olan tələbləri inkişaf etdirmək lazımdır. 
    Mənfi  emosiyalar  şər    qüvvələrlə  mübarizəyə  yönəldilibsə, 
yaxud  da  əzablı  yaradıcılıq  axtarışlarına  xidmət  edirsə- 
yaxşıdır. 
F.Dostoyevski 
deyirdi:“Gənc 
qəlbi 
kədər-
ləndirməkdən  qorxmayın,  bu,  onu  nəcibləşdirir.”  Əlbəttə, 
gecəni  səhərədək  xəstə  anasının  yatağı  qarşısında  keçirən 
uşağın  dərindən  doğan  mənfi  emosiyalar  bizim  üçün  azğın 
sərxoşun  şadlıqdan  yaranan  müsbət  emosiyalarından  həmişə 
qiymətli olacaq. 
     Emosiyalar-enerjinin  səfərbər  olması  üsuludur.Emosiya 
olmadıqda  insan  sönükləşir,  fəaliyyətdən  düşür  və  passivləşir. 
Necə  deyərlər,  emosional  küt  adamlar  heç  nəyə  reaksiya 
göstərmir.Heç  bir  şeyə  reaksiya  göstərməmək,  reaksiyalara 
laqeydlik isə ən azı insani  fəlakətdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə