Camal Zeynaloğlu


bizim təlimin optimal müddətləri adlandırdığımız anlarla tam



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

149
 
 
bizim təlimin optimal müddətləri adlandırdığımız anlarla tam 
uyğun gəlir.” 
     L.S. Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar iki əqli 
inkişaf  səviyyəsini  müəyyən  etmişlər.Birinci  çox  fəal  inkişaf 
səviyyəsidir  ki,  burada  şagird  gündəlik  dərsləri,  verilən 
tapşırıqları  müstəqil  surətdə  yerinə  yetirir,  özü  dərsə  aid 
misallar  çəkir,  müəllimin  şərh  etmədiyi  bəzi  cəhətləri  izah 
etməyə təşəbbüs göstərir və nəhayət, onda əqli inkişaf sonralar 
hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan, özü həll edə 
biləcək  səviyyəyə  çatır.  L.S.Vıqotski  bunu  fəal  inkişaf 
səviyyəsi adlandırmışdır. 
    Əqli  inkişafın  ikinci  səviyyəsində  uşaq  bir  növ  yaşlıların 
köməyilə  daha  yüksək  nailiyyət  əldə  edə  bilir.  L.  S.  Vıqotski 
bu inkişaf səviyyəsini “inkişafın yaxın zonası” adlandırmışdır. 
L.S.  Vıqotski  bu  münasibətlə  yazırdı:“Uşaq  nəyi  ki,  yaşlının 
köməyilə  etmək  iqtidarındadır,  bu,  onun  yaxın  inkişaf 
zonasını  göstərir...  Uşağın  əqli  inkişaf  vəziyyəti  onun  iki 
inkişaf  səviyyəsinin  -  fəal  inkişaf  və  yaxın  inkişaf  zonası 
səviyyələrinin köməyi ilə müəyyənləşdirilə bilər.” 
     Uşaqlarda 
əqli 
inkişafın 
diaqnostikasını 
müəyyənləşdirməyin  yolları  barədə  psixoloqlar  arasında 
müxtəlif  fikirlər  mövcüddur.  Psixoloqlardan  bir  qrupu  əqli 
inkişafın  göstəricisini  şagirdin  biliklərə  nə  dərəcədə  müstəqil 
yiyələnməsi,  yaxud  onun  hər  hansı  bir  qanunauyğunluğu 
müstəqil  dərk  etmək,  abstraktlaşdırmaq  və  sözlə  ifadə  etmək 
bacarığı ilə müəyyənləşdirməyə təşəbbüs göstərmişlər. 
     Digər  qrup  psixoloqlar  əqli  inkişafı  şagirdin  müxtəlif 
xarakterli 
işləri 
hərtərəfli 
öyrənmə 
bacarığı 
ilə 
müəyyənləşdirirlər. 
     Üçüncü  qrup  psixoloqlar  əqli  inkişafı  şagirdin  qazanmış 
olduğu  biliklər  sistemi  ilə,  olara  istinad  etmək  bacarığı  ilə 
müəyyənləşdirirlər. 


150
 
 
     Yalnız əqli inkişaf səviyyəsini müəyyən etdikdən sonra hər 
bir  yaşda  şagirdə  nə  qədər  bilik  verməyin  zəruriliyini  konkret 
dəqiqləşdirmək mümkündür. 
     Bütün  bu  deyilənləri  nəzərə  alsaq,  bütövlükdə  təlim 
fəaliyyətinin cərəyanını aşağıdakı kimi ifadə edə bilərik. 
     Təlim  fəaliyyətinin  cərəyanı  =  bilməmək  +  fəaliyyət  + 
məqsəd + ehtiyac + maraq + informasiya mənbəyi + iradi səy. 
 
                                                                               1992 - ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


151
 
 
  Stressin insan həyatına təsiri və onun   
          aradan  qaldırılması yolları 
 
 
     Son  30  il  ərzində  gərginlik  törədən  şəraitin  (və  ya  stress 
törədən  şəraitin)  təsiri  nəticəsində  əmələ  gələn  emosional 
halların  öyrənilməsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. 
Bu, insanın təhlükə zamanı,  müxtəlif ağır fiziki və zehni  işlər 
zamanı,  təcili  və  məsuliyyətli  qərar  qəbul  etmək  və  s. 
zəruriyyəti qarşısında etdiyi hərəkətlərdir. 
     Qeyd  etmək    lazımdır  ki,  ayrı-ayrı  dövrlərdə  insana  təsir 
edən  elə  mənfi  hallar  və  elə  vəziyyətlər  olur  ki,  bunlar  yerli, 
lakolizə  olunmuş  hallar  və  vəziyyətlər  olmayıb  qlobal,  planet 
miqyaslı hallar və vəziyyətlər olur. Ona görə də mənfi hallarda 
və  vəziyyətlərə  qarşı  mübarizə  bütün  bəşəriyyət  qarşısında 
dayanan vəzifələr səviyyəsinə qalxır. İndi belə vəzifələrdən biri 
stess  vəziyyətinə  qarşı  mübarizədir.  Təsdiq  edən  amillərin 
ümumi rəyinə görə stress  emosional gərginlik vəziyyətidir. 
     Stress 
fizioloji 
cəhətdən 
U.Kennonun 
homeostazis 
(homoestazis  -  orqanizmin  fəaliyyətinin  daxili  şəraitinin 
sabitliyidir)  və  H.  Selyenin  ümumi  adaptasiya  sindromu,  daha 
doğrusu,  orqanizmin  qüvvətli  və  ya  həddindən  artıq  qüvvətli 
(zədələyici)  xarici  təsirlərə  (  istər  fiziki,  istərsə  də  sinir-psixi 
emosional  yük  olsun)  cavab  olaraq  öz  ehtiyat  qüvvələrini 
(birinci  növbədə  endokrin  ehitiyatını)  səfərbər  edən 
özünəməxsus  müdafiə  reaksiyası  haqqında  təlimlərində 
əsaslandırılmışdır. 
     Stress-  müxtəlif  ifrat  gərginliklərə  orqanizmin  qeyri- 
spesifik reaksiyasıdır. 
     Stress vəziyyətində adətən orqanizm özünü müdafiə etməyə 
başlayır. 
Böyük 
yarımkürələrin 
qabığı 
(akademik 
A.Uxtomskinin  dediyi  kimi,  hakim  qıcıqlanma  elementlər 
vasitəsi  ilə  hipotalamusa  (vegetativ  və  endokrin  sistemlərin 


152
 
 
təmizləyici cihazlarının yerləşdiyi beyin şöbəsinə) siqnal verir. 
Hipotalamus  (mərkəzi  tənzimləyici)  həyəcan  siqnalı  alıb, 
müqavimət  göstərmək  üçün  bütün  qüvvələrini  səfərbər  edir. 
Əsas  reaksiya  sistemlərindən  (daxili  sekresiya  vəzilərindən) 
təcili  olaraq  qana  hormonlar  verilir,  maddələr  mübadiləsi 
fəallaşır,  ehtiyat  yağ  və  şəkər  səfərbər  olunur.  Sürətlənmiş 
qan  axınına  verilən  eritrositlər  hemoqlobinin  sayəsində 
toxumaları  oksigenlə  təmin  edir.  Qida  həzmi  dayanır  və 
mədə- bağırsaq traktında azad olunmuş əlavə qan da (enerji) 
təhlükəni dəf etmək üçün intensiv işləyən əzələlərə və beyinə 
yönəlir. 
     Stress halları tez-tez və güclü olduqda orqanizmdə energetik 
ehtiyatlar 
çatışmaya 
bilər, 
adaptasiya 
(uyğunlaşma) 
mexanizmləri  sıradan  çıxır.  Hormon  balansının  tükənməsi, 
çatışmaması  və  pozulması  səbəbindən  orqanızmin  sönməkdə 
olan  funksiyalarını  stimullaşdırmaq  getdikcə  çətinləşdiyindən 
adam, nəhayət, ölə bilər. 
     Stress,  nevroz,  əsəb  gərginliyi,  xroniki  vəziyyət  daşıdıqda 
həqiqətən insanı məhv edir, onu insanilikdən çıxarır, “ təbiətin 
tacı”  səviyyəsindən  aşağı  salır.  Stress  vəziyyətində  insan  öz 
əzəmətini,  öz  insanlıq  şərəfini  və  ləyaqətini  itirir,  müflisləşir. 
Bu  vəziyyət  uzun  müddət  davam  etdikdə  o  nəinki  fiziki 
xəstəliklərə, habelə mənəvi, əxlaqi xəstəliklərə də mübtəla olur. 
Bir  sözlə,  xroniki  stress  həqiqətən  insanı  məhv  edir,  onun 
qəniminə çevrilir. 
    Stress  vəziyyətində  adamlar  çox  vaxt  ətraf  cisimləri  belə 
düzgün  qavramırlar,  hafizələri  dolaşır,  diqqətlərini  başqa 
obyektlərə  keçirə  bilmirlər,  gözlənilməz  qıcıqlayıcılara  qeyri- 
adekvat  reaksiyalar  verirlər.  Bəzən  tam  çaşır,  məqsədyönlü 
hərəkət  edə  bilmirlər.  Bu  termini  1936-cı  ildə  məşhur  Kanada 
fizioloqu  Q.  Seyle  təklif  etmişdir.  O,  əvvəlcə  yuxarıda  qeyd 
etdiyimiz  kimi  fizioloji  termin  kimi  işlənilmiş,  sonra  isə 
insanın davranışını psixoloji səviyyədə təsvir etmək üçün tətbiq 
olunmağa başlanılmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə