Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

120
 
 
ufadə  etsək,  həmin  asılılığı  riyazi  formada  belə  ifadə  etmək 
olar:  S>S`.  Birinci  siqnal  sisteminin  ikinci  siqnal  sistemi 
üzərindəki  nisbi  üstünlüyü  (bədii  tip)  belə  ifadə  edilə  bilər: 
S>S` + n  (burada  -  bədii tip nümayəndələri üçün xarakterik 
olan  emosional  və  obrazlı  görmənin  xüsusiyyətlərini  bildirir). 
2-ci  siqnal  sisteminin  1-ci  siqnal  sistemi  üzərindəki  nisbi 
üstünlüyü  (mütəfəkkir  tip)  isə  belə  ifadə  edilə  bilər: 
S+m>S`(burada  m  –  xarici  aləmə  mütəfəkkir  tip  üçün 
xarakterik olan mücərrəd, sözlü-məntiqi münasibəti göstərir.) 
      Göründüyü  kimi,  bir  siqnal  sisteminin  başqası  üzərindəki 
nisbi  üstünlüyü  məsələsinin  2-ci  siqnal  sisteminin  1-ci  siqnal 
sistemi  üzərindəki  mütləq  üstünlüyü  məsələsi  ilə  qarışdırmaq 
olmaz. Əks halda belə bir təsəvvür yaranır ki, bədii tipdə guya 
intellektual  fəaliyyət  zəif  inkişaf  etmiş  olur.  Bu,  ciddi  səhv 
olardı.  Bir  siqnal  sisteminin  o  biri  siqnal  sistemi  üzərindəki 
nisbi  üstünlüyü  yalnız  bədii,  mütəfəkkir  və  ya  orta  tipin 
təfəkkür  tərzində  özünəməxsus  cəhətlərin  formalaşmasını 
şərtləndirir.  İ.P.Pavlov  bu xüsusiyyətləri belə xarakterizə edir: 
“bəzi  adamlar  yaxşı  düşünürlər,  lakin  konkret,  real  surətdə 
fikirləşmirlər,  onlarda  birinci  və  ikinci  siqnal  sistemləri 
arasındakı əlaqə xeyli zəifdir; başqaları isə, əksinə, belə ağıllı 
və məntiqi düşünsələr də, söz arasındakı real təəssüratı, yəni 
birinci siqnalları görməyə meyl edirlər. Onların xarici aləmlə 
əlaqəsi  birincilərə  görə  daha  yaxşıdır...  Onların  hər  ikisi 
ağıllıdır,  lakin  onlardan  birinin  mühakiməsi  gerçəlikdən 
uzaqdır,  o  birisi  isə  gerçəkliyi  olduğu  kimi  əks 
etdirir.”İ.P.Pavlova  görə,  ikinci  siqnal  sisteminin  birinci  ilə 
əlaqəsi mütəfəkkir tipdə zəif, bədii tipdə qüvvətlidir. Orta tipdə 
isə birinci və ikinci siqnal sistemlərinin hər ikisi eyni dərəcədə 
inkişaf edir. 
      Siqnal  sistemlərinin  inkişaf  xüsusiyyətlərindən  asılı  olaraq 
bu və ya digər tipə mənsub olan şagirdlər qavrayış, təsəvvür və 
hafizə  materiallarından  da  müxtəlif  tərzdə  istifadə  edirlər. 
Məsələn, bədii tip nümayəndələri konkret və emosional surətlər 


121
 
 
yaratdıqları halda, mütəfəkkir tipə mənsub olanlar yeni surətlər 
yaradarkən mühakimə yürütməyə daha çox meyl göstərirlər. 
      Biz  məktəbdə  yeniyetməlik  yaşı  dövründə  özünün  əqli 
qabiliyyətlərinin  inkişafı  etibarilə  həmyaşıdlarından  fərqlənən 
xeyli  şagirdlərlə  qarşılaşırıq.  Belə  şagirdlərin  iki  tipi  diqqəti 
daha  çox  cəlb  edir:  onların  bir  qismi  maraqları  və  ətrafdakı 
adamlara  münasibəti  etibarilə  daha  çox  kiçik  məktəbliyə 
bənzəyir. Dərsi asanlıqla başa düşür, məsələni daha asan  yolla 
həll  edir,  lakin  özünü  sadəlövh  aparır,  aşağı  qiymət  alanda 
ağlayır, bütün  fənnlərlə  eyni  dərəcədə maraqlanır; digər qismi 
isə özünü əslində böyük məktəbli kimi aparır: müəllimlərin bir 
çox  məsləhətlərinə  əməl  etmir,  dərsdə  bəzən  kənar  işlərlə 
məşğul  olur,  ancaq  maraqlandığı  fənnə  xüsusi  diqqət  yetirir, 
həmin  fənnə  aid  əlavə  ədəbiyyat  oxuyur,  xüsusi  dəftər  tərtib 
edir. 
      Onu  qeyd  etmək  lazımdır  ki,  görkəmli  adamların  bir 
çoxunu kiçik  yaşlarında  valideynlər və müəllimlər adi  uşaqlar 
hesab etmiş, hətta onların bir çoxunu “tənbəl”, “qabiliyyətsiz” 
adlandırmışlar. 
      Tərbiyə  işi sahəsində bu nöqsanlar ondan irəli  gəlir ki,  biz 
müəllimlər  çox  vaxt  uşaqların  qabiliyyətləri  haqqında  təkcə 
təlim müvəffəqiyyətinə görə mühakimə yürüdürük. Halbuki biz 
qabiliyyətlərin müxtəlif inkişaf variantları olduğunu unuduruq. 
Psixi inkişafın qeyri-bərabər xarakteri bu sahədə xüsusilə aydın 
nəzərə çarpır. 
 
                                                                      1991 - ci il. 
 
 
 
 
 


122
 
 
  Mənfi emosiyalar və onların aradan 
qaldırılmasında özünüələalmanın rolu 
 
     İnsan  emosiyaları  ictimai-  tarixi  inkişafın  məhsulu  olub 
davranışı  daxilən  tənzim  edən  proseslərə  aiddir:  onlar 
tələbatların  təzahürünün  subyektiv  forması  kimi  çıxış  edir. 
Emosiyaların  inkişafının  ali  səviyyəsi  insanın  davamlı 
hissləridir. 
     Bu  psixi  proses  bir  tərəfdən,  insanın  instinktləri,  digər 
tərəfdən isə onun biososioloji tələbatı ilə bilavasitə əlaqədardır. 
Emosiyalar  xarici  aləm  hadisələrinin  və  daxili  vəziyyətin 
insanın  həyat  fəaliyyəti  üçün  əhəmiyyətini  əks  etdirmək  yolu 
ilə şəxsiyyətin xarici təsirə qarşı fəallığını nizama salır. İnsanda 
xarici  aləm    hadisələrinin  təsirinə  reaksiya  vermək  etibarı  ilə 
affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı 
rolunu  oynayır.Bu  cür  siqnallarsız  insan  fəaliyyəti  mümkün 
olmazdı.  İnsanın  emosiyaları  getdikcə  zəifləyir,  bunların 
əvəzinə ictimai, etik, estetik hisslər inkişaf edir. 
     Bəs  mənfi  emosiyalar  nədir?  Mənfi  emosiyalar  necə 
yaranır?  Onların  insana  təsiri  nə  ilə  nəticələnə  bilər?  İnsanda 
mənfi  emosiyaları  aradan  qaldırmaq  mümkündürmü?  Biz  bu 
suallara  cavab  verməyə  çalışacayıq.  Bunun  üçün  biz  müxtəlif 
mənbələrə müraciət etməli olacayıq. 
     Maksim  Qorki  deyirdi:  “Kədər  -  qiymətdən  düşmüş 
fonddur.”  Doğrudan  da,  dərdlə,  fəlakətlə  üz-üzə  gəlmiş 
adamlar fəaliyyətsiz olurlar. Onlar nəinki təkcə fiziki cəhətdən 
lazımi qədər iş görə bilmir, adətən onların düşünmə qabiliyyəti 
də zəifləyir, çünki əzələlərində, beyinlərində damarlar daralmış 
olur. Ağır dərdə düçar olan adamın əli heç nəyə yatmır. 
İnsan  sonsuz  ümidsizliyə  qapılanda,  dərdi  dözülməz  olanda-
dinmir,  onun  nə  danışığını,  nə  şikayətini,  nə  də  iniltisini 
eşitmək olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə