Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

117
 
 
fəaliyyət  və  qabiliyyətlərin  inkişafı  üçün  xüsusi  əhəmiyyətə 
malikdir. Çalışmaq lazımdır ki, uşaq öz nailiyyətlərini düzgün 
qiymətləndirə  bilsin,  səhvlərini  görməyi  bacarsın.  Bu,  uşaqda 
tənqidi təfəkkürün inkişaf etdirilməsini tələb edir. 
      Ağılın  tənqidiliyi  insanın:  a)  dərk  olunan  fikirləri,  faktları, 
fərziyyələri,  eləcə də öz fikir və mülahizələrini yoxlamasında, 
qiymətləndirməsində,  b)  idrak  obyektlərindəki  səhv  və 
uyğunsuzluqları  axtarıb  tapmasında,  onların  meydana 
çıxmasının  səbəb  və  şəraitini  araşdırmaqda,  aşkar  etməkdə, 
səhvləri  düzəltməkdə  ifadə  olunur.  Tənqidi  ağıla  malik  olan 
adam  başqa  şəxslərin  təsiri  altına  düşmür,  hər  şeyi  şəxsi 
düşüncəsinin  süzgəcindən  keçirməyə,  onların  doğru  olub-
olmadığını  yoxlamağa  can  atır.  Belə  şəxslər  öz  fikirlərini  də 
dönə-dönə yoxlayır, onlara tənqidi surətdə yanaşırlar. 
      Şagirdlər  inkişaf  etdikcə  onların  tənqidi  təfəkkürü  də 
inkişaf edir və yeni keyfiyyətlər kəsb edir. 
      Uşaqda  onun  yaradıcı  fəaliyyətinə  tənqidi  münasibətin 
yaradılması  onun  özünə  tələbkarlıqla  yanaşa  bilməsinin 
mühüm  şərtidir.  Uşağın  özünə  tələbkarlıqla  yanaşa  bilməməsi 
və  ya  tələbkarlığın  səviyyəsinin  aşağı  olması  meylin 
perspektivsiz  olması  ilə nəticələnir.  Uşağın  qabiliyyəti  olduğu 
halda meylinin sabit olmaması psixoloji cəhətdən məhz bunula 
əlaqədardır. 
      Kiçik  məktəbli  birinci  sinifdən  başlayaraq  xarici  aləm 
haqqında  nisbətən  geniş  biliklər  sisteminə  yiyələnir.  Onda 
müşahidəçilik,  ixtiyari  diqqət,  ixtiyari  yaddasaxlama  və 
yadasalma,  əqlin  müstəqilliyi  və  tənqidiliyi  kimi  keyfiyyətlər, 
nitq  inkişaf  edir.  Uşaqda  tənqidi  təfəkkürün  təşəkkül  etməsi 
təxəyyül realizinin inkişafı üçün əlverişli şərait yaradır. 
     Kiçik  məktəblidə  təxəyyülün  realizmindən  danışarkən  bir 
məsələyə  xüsusi  diqqət  yetirmək  lazımdır.  Uşaq  bir  sıra 
hallarda,  xüsusilə  onun  hisslərinə  toxunan  maraqlı  bir  hadisə 
müşahidə  etdikdən  sonra  hekayə  və  ya  şeir  yazarkən  gördüyü 
hadisəni olduğu kimi təsvir edir. Bu, təxəyyülün realizmi deyil, 


118
 
 
məhdudluğudur.  I  və  II  sinif  şagirdləri  şeir  və  ya  hekayə 
yazarkən, adətən, gördüklərini sadalamaqla kifayətlənirlər. 
     Orta məktəb yaşı dövründə şagirdlərin yaratdıqları təxəyyül 
surətlərinin  məzmun  və  formasında  mühüm  keyfiyyət 
dəyişikliyi özünü göstərir. 
     V-VII sinif şagirdləri ədəbiyyat dərslərində müxtəlif janrlar, 
eləcə  də  surət,  xarakter,  təsvir  və  s.  haqqında  nisbətən  ətraflı 
məlumat  alırlar.  Şagirdlər  öyrənirlər  ki,  yazıçı  bir  çox 
hadisələri,  onlara  özünün  münasibətini  və  ideyasını  bədii 
əsərdə təsvir etdiyi surətlər vasitəsi ilə oxucuya çatdırır. Bədii 
təsvirlər  əsərin  məzmunu,  ideyası  və  onda  əks  etdirilən 
hadisələrlə sıx əlaqədar olur. 
     VIII-X  siniflərdə  şagirdlərə  müxtəlif  bədii  əsərlərin  təhlili 
əsasında tipik surət, kompozisiya, bədii dil və ifadə vasitələri, 
üslubiyyat  haqqında  anlayış  verilir.  Şagirdlər  təxəyyül 
mədəniyyətinə  yiyələndikcə,  onların  yaratdıqları  surətlərdə 
yeni keyfiyyətlər kəsb edir. 
     Yuxarı  sinif  şagirdlərinin  yaradıcı  fəaliyyəti  sadəcə  olaraq 
süjet  fikirləşməklə  məhdudlaşmır;  onlar  yaratdıqları  surətlərin 
xarakteristikasına  xüsusi  fikir  verir,  əsas  surətləri  ikinci 
dərəcəli surətlərdən fərqləndirir, onların bir-birinə münasibətini 
aydın ifadə edirlər. 
     Prof. S.L.Rubinşteynin qeyd etdiyi kimi, hər bir təfəkkür bu 
və  ya  digər  dərəcədə  ümumi  mücərrəd  məfhumlarla 
tamamlanır, hər bir təfəkkürə bu və ya digər əyani-hissi surətlər 
daxil  olur;  məfhum  və  surət-təsəvvür  onda  ayrılmaz  vəhdətdə 
verilmişdir.  İnsan  təsəvvürsüz,  yalnız  anlayışlarla  düşünə 
bilməz,  o,  eləcə  də  məfhumsuz,  yalnız  hissi-əyani  obrazlarla 
düşünə  bilməz.  Lakin,  bununla  yanaşı  olaraq  təsəvvür  və 
məfhum bir-biri ilə əlaqədar olduğu kimi, həm də bir-birindən 
fərqlənirlər.  Bu  baxımdan  vahid  təfəkkür  daxilində,  bir 
tərəfdən əyani,  digər tərəfdən mücərrəd-nəzəri təfəkkürü  ayırd 
etmək  olar.  Birinci  üçün  xarakterik  cəhət  bundan  ibarətdir  ki, 
onda  təsəvvür  və  məfhumun,  xüsusilə  ümuminin  vəhdəti 


119
 
 
əsasən  əyani  surət-təsəvvür  formasında  həyata  keçirilir.  İkinci 
üçün  isə  bu  cəhət  xarakterikdir  ki,  onda  əyani  surətin-
təsəvvürün  və  məfhumun  vəhdəti  əsasən  ümumi  məfhumlar 
formasında həyata keçirilir. 
     V.Q.Belinski göstərirdi ki, “Poeziya da mühakimə yürüdür 
və düşünür... çünki onun da məzmunu təfəkkürün məzmunu 
kimi  həqiqətdir.  Lakin  poeziya  sillogizm  və  dilemmalarla 
deyil,  obraz  və  səhnələrlə  mühakimə  yürüdür  və  fikirləşir. 
Hər  cür  hiss  və  fikir,  poetik  olmaq  üçün  obrazlarla  ifadə 
olunmalıdır.” 
     Bədii  təfəkkürdə  surətin  özü  xüsusini,  konkret  olaraq  əks 
etdirməklə,  həm  də  ümumiləşdirici  vəzifə  icra  edir.  Qiymətli 
bədii surət tipik surətə qədər yüksəlir. 
     Akademik  İ.P.Pavlovun  siqnal  sistemləri  haqqındakı  təlim 
bu  məsələni,  ümumiyyətlə  götürüldükdə  isə  qabiliyyətlər 
sahəsində  özünü  göstərən  fərdi  fərqlər  məsələsini  ətraflı 
aydınlaşdırmaq imkanı  verir.  Böyük  alim,  siqnal  sistemlərinin 
qarşılıqlı əlaqəsinə görə insana məxsus 3 tip - bədii, mütəfəkkir 
və  orta  tip  müəyyən  etmişdir.  İ.P.Pavlovun  fikrincə,  insanın 
düşdüyü  şəraitin,  həyat  tərzinin,  təhsil  və  tərbiyənin  təsiri 
nəticəsində  onun  ali  sinir  fəaliyyətində  ya  1-ci  siqnal  sistemi 
əsas  yer  tutur  (bədii  tip),  ya  da  2-ci  siqnal  sistemi  üstünlük 
kəsb  edir  (mütəfəkkir  tip),  yaxud  bunların  hər  ikisi  eyni 
dərəcədə inkişaf edir (orta tip). 
      Görkəmli  sovet  fizioloqu  A.Q.İvanov-Smolenskinin  qeyd 
etdiyi  kimi,  İ.P.Pavlovun  ali  sinir  fəaliyyəti  tiplərinə  həsr 
olunmuş  tədqiqatının  əsasında  hər  iki  siqnal  sisteminin 
münasibəti  məsələsi  qoyulmuşdur.  O,  bir  siqnal  sisteminin  o 
biri üzərində yalnız nisbi üstünlüyünü qeyd edir. 
      Ümumiyyətlə  götürsək,  2-ci  siqnal  sistemi  (fikri  fəaliyyət) 
1-ci  siqnal  sisteminə  (obrazlı-emosional  fəaliyyətə)  nəzərən 
üstünlük  təşkil  edir.  Bu,  mütləq  xarakter  daşıyır,  çünki  dil  və 
təfəkkür insanın əmək fəaliyyətində həlledici rol oynayır. Əgər 
sözü, 2-ci siqnal sistemini S, obrazı, 1-ci siqnal sistemini S` ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə