Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   30   31   32   33   34   35   36   37   ...   98

113
 
 
      Şagirdlərin  əmək  tərbiyəsi,  təlimi  və  peşəyönümü  sistemi 
elə  qurulmalıdır  ki,  natamam  orta  məktəbi  qurtararkən  onlar 
düşünülmüş  şəkildə  peşə  və  təhsilin  davam  etdirilməsi  üçün 
müvafiq tədris müəssisəsi seçmiş olsunlar. 
      Şagirdlərin  əmək  hazırlığının  təşkilində  və  onların 
tərbiyəsində  fəal  iştirak  etmək  istehsal  kollektivlərinin  ən 
mühüm  vəzifəsidir.  Hər  bir  məktəbin  baza  müəssisəsi 
olmalıdır.  Bu  müəssisələr  şagirdlərə  təlim  vermək  və  onların 
məhsuldar  əməyini  təşkil  etmək,  şagirdlərlə  tərbiyə  işi 
aparmaq, texniki yaradıcılığı, kənd təsərrüfatı təcrübəçiliyini və 
peşəyönümünü inkişaf etdirmək üçün mütəxəssisləri, fəhlələri, 
kolxozçuları usta kimi işləməyə göndərirlər. 
 
                                                                        1986 - cı il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


114
 
 
  Şagirdlərin yaş xüsusiyyətləri və   
     qabiliyyətlərin formalaşması 
 
     Şəxsiyyətin  fərdi-psixoloji  xüsusiyyətlərindən  hər  birinin 
fəaliyyət  prosesində  öz  yeri,  öz  vəzifəsi  vardır.  Fəaliyyətin 
müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir. 
     Fəaliyyətin  yaradıcılıq  səviyyəsi-icraedici  və  ya  yaradıcı 
olması  onun  tərkibinə  daxil  olan  qabiliyyətlərin  inkişaf 
səviyyəsindən asılıdır. 
    Qabiliyyətlər uşaq və yeniyetmələrin psixi həyatının mühüm 
cəhətlərindən birini təşkil edir. Bu o deməkdir ki, qabiliyyətlər 
də  bütün  psixi  proses  və  xassələr  kimi  kiçik  yaşlardan 
formalaşmağa  başlayır,  inkişaf  edərək  yeni  keyfiyyətlər  kəsb 
edir. 
     Bilik,  bacarıq  və  vərdişlər  qabiliyyətlərin  inkişafı  üçün 
zəruri  şərtlərdən  biridir.  Uşaq  müvafiq  fəaliyyət  sahəsi  üçün 
zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, notda yazmağı, 
çertyoj  çəkməyi  və  s.  öyrənməyibsə,  onun  musiqi,  texniki  və 
rəsm  qabiliyyətləri  yaxşı  inkişaf  edə  bilməz.  Uşaqların 
qabiliyyətlərini  inkişaf  etdirmək  üçün  onların  müvafiq  bilik, 
bacarıq  və  vərdişlərə  yiyələnməsinə  ardıcıl  surətdə  fikir 
verilməlidir. 
     Qabiliyyətlər  eyni  zamanda  bilik,  bacarıq  və  vərdişlərdə 
deyil,  onların  qazanılma  dinamikasında,  yəni  bütün  başqa 
şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik, bacarıq 
və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və 
möhkəm icra olunmasında təzahür edir. 
     Deməli,  qabiliyyətlər-şəxsiyyətin  fərdi-psixoloji  xüsu-
siyyətləri  olub  müəyyən  fəaliyyətin  müvəffəqiyyətli  icrasının 
şərtini  təşkil  edir  və  onun  üçün  zəruri  olan  bilik,  bacarıq  və 
vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur. 
     Qabiliyyətlər iki növə ayrılır: ümumi qabiliyyətlər və xüsusi 
qabiliyyətlər. 


115
 
 
    Ümumi qabiliyyətlər - dedikdə bir sıra fəaliyyət sahələrində 
iştirak  edən,  onların  bu  və  ya  digər  dərəcədə  müvəffəqiyyətli 
icrası  üçün  şərt  olan  qabiliyyətlər  nəzərdə  tutulur.  Ümumi 
qabiliyyətlər  ali  psixi  proseslər  əsasında  formalaşır.  Qavrayış, 
hafizə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində funksional 
cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir. 
    Xüsusi  qabiliyyətlər  -  isə  yalnız  müəyyən  fəaliyyət 
növünün  müvəffəqiyyətli  icrası  üçün  şərt  olan  qabiliyyətlərə 
deyilir.  Lüğət  ehtiyatı  və  ifadəli  dil,  söz  assosiasiyalarının 
zənginliyi,  ədəbi  yaradıcılıq  nisbəti,  işıqlılığı,  perspektivi 
qiymətləndirmə  və  rəngləri  fərqləndirmə  həssaslığı-təsviri 
fəaliyyət;  məkan  qavrayışı  və  təsəvvürləri-texniki  yaradıcılıq; 
didaktik  qabiliyyətlər  və  s.  isə  pedaqoji  fəaliyyət  üçün  xüsusi 
qabiliyyətlərdir. 
     Hər  bir  qabiliyyət  yaradıcı  fəaliyyətin  müvafiq  sahəsində 
məhz  hansı  qabiliyyətlərin  təşəkkül  etməsindən  və  onların 
inkişaf  səviyyəsindən  asılı  olaraq  dəyişilir,  yeni  keyfiyyətlər 
kəsb edir. 
     Qabiliyyətlərin  formalaşması  hər  bir  yaş  dövründə  köklü 
kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinə  məruz  qalır.  İstər 
məktəbəqədər  və  kiçik  məktəbli,  istərsə  də  yeniyetməlik  və 
erkən  gənclik  yaşı  dövrlərində  ümumi  və  xüsusi  qabiliyyətlər 
iki  istiqamətdə  -  makro  və  mikro  istiqamətdə  inkişaf  edir. 
Makro  inkişaf  dedikdə,  qabiliyyətlərin  müəyyən  bir  yaş 
dövründə  qarşılıqlı  əlaqədəki  inkişafı  nəzərdə  tutulur.  Bu 
prosesdə  müəyyən  bir  ümumi  qabiliyyətdə,  məsələn,  obrazlı 
təfəkkürdə  əmələ  gələn  bir  xüsusiyyət  digər  ümumi 
qabiliyyətin  (yaradıcı  təxəyyülün  və  s.-nin)  inkişafına  təsir 
göstərir,  onlar  isə  qarşılıqlı  əlaqədə  xüsusi  qabiliyyətlərin 
inkişafını şərtləndirir. 
      Mikroinkişaf  dedikdə  isə  ayrı-ayrı  qabiliyyətlərin  öz-
özlüyündə inkişaf prosesi nəzərdə tutulur. 
      Hər  bir  yaş  dövrünün  öz  xüsusiyyəti  vardır.  Kiçik 
məktəblinin  bilik  sahələrinə  marağı,  yeniyetmənin  xüsusi 


116
 
 
fəallığı və meyllərin genişliyi, böyük məktəblinin özünü şüurlu 
surətdə tənzimləmək meyli- bunların hamısı bu və ya digər yaş 
dövrünün  səciyyəvi  xüsusiyyətləri  kimi  qabiliyyətlərin 
formalaşmasına mühüm təsir göstərir. Bu xüsusiyyətləri nəzərə 
almadan  qabiliyyətlərin  inkişaf  xüsusiyyətlərini  düzgün 
qiymətləndirmək  olmaz.  A.N.Leontyevin  aşağıdakı  fikri  əqli 
qabiliyyətlərin  inkişafı  prosesini  bu  baxımdan  təhlil  etmək 
imkanı  verir:  uşağın  əqli  inkişafını  bütövlükdə  onun  psixi 
inkişaf  səviyyəsindən,  mənəvi  simasını  müəyyən  edən 
maraqlarının, 
hisslərinin 
və 
başqa 
əlamətlərinin 
zənginliyindən ayrılıqda nəzərdən keçirmək olmaz.” 
     Ayrı-ayrı yaş dövrlərində psixi inkişafın sürətlənməsi və ya 
ləngiməsi,  gözlənilmədən  yüksəlməsi  və  ya  geriləməsi 
müşahidə olunur, başqa sözlə, eyni yaşlı uşaqların psixi inkişafı 
bir variantda deyil, müxtəlif variantlarda özünü göstərir. 
     Senzitiv  (latınca  “sensus”  –  “hiss,  duyğu”  deməkdir)  dövr 
uşağın  ontogenetik  inkişafının  mühüm  mərhələsini  təşkil  edir. 
Bu zaman inkişaf edən uşaq ətraf mühitin müəyyən təsirlərinə 
xüsusilə  həssas  olur,  psixikanın  bu  və  ya  digər  istiqamətdə 
inkişafı üçün əlverişli şərait yaranır. 
     Aydın  məsələdir  ki,  senzitiv  yaş  dövrü  hələ  öz-özlüyündə 
qabiliyyətlərin inkişaf səviyyəsini müəyyən etmir. Bunun üçün 
məktəbəqədər  və  ya  kiçik  məktəbli  yaşı  dövründə  müvafiq 
qabilıiyyətin  inkişafı  üçün  əlverişli  pedaqoji  şərait 
yaradılmalıdır. 
     Unutmaq  olmaz  ki,  uşaq  inkişaf  etdikcə  onun  yaradıcı 
fəaliyyəti  də  mürəkkəbləşir  və  yeni  keyfiyyətlər  kəsb  edir. 
Uşağın yaradıcı fəaliyyətinin inkişafı həm də onun bir sənətkar 
kimi  formalaşması  prosesidir.  Tərbiyə  prosesində  bu  cəhəti 
unutmaq,  uşağı  bir  sənətkar  kimi  fərqləndirən,  yaş  dövrünün 
imkan  və  hüdudlarına  sığmayan  fərdi  xüsusiyyətləri  nəzərə 
almamaq ciddi səhv olardı. 
      Buna  görə  də  uşaqlarda  öz  yaradıcılıqlarına  tənqidi 
münasibətin  yaradılması  onlarda  nəinki  meylin,  həm  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə