Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

101
 
 
yaşlarda,  bütün  siniflərdə,  bütün  vəziyyətlərdə,  şadlıq  və 
qəmginlik 
hallarında,  yüksələn  və  alçalan  hallarda 
öyrənməlidir.” 
    Azərbaycan  maarifçisi  N.Kərimovun  fərdi  yanaşmaya  dair 
fikri klassik pedaqoqların ideyalarından heç də geri  qalmır. O, 
böyük inam hissi ilə qeyd edirdi: “Hər uşağın özünə görə bir 
qeyri xasiyyəti , təbiəti olmağına rəğmən hamıya bir qayda və 
qanun  ilə  dərs  vermək,  hamıya  bir  dil  ilə  bəyan  etmək  olmaz. 
Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, 
zəkavətli,  bir  parası  zehinsiz,  fəhmsiz,  bir  parası  gülünc  və 
fərəhli  nağıllardan  həzz  alan  olur.  Uşaqlara  məhəbbəti  olan 
müəllim  bunların  hamısını  mülahizə  edər  və  hər  kəsin  öz 
biliyinə,  qanacağına  görə  hərəkət  edər,  tərəqqi  əla  dərəcəyə 
çatar.” 
    Belə  fikirlərə  baxmayaraq,  Azərbaycan  maarifçiləri  də 
marksizmdən  əvvəlki  bütün  nəzəriyyəçilər  kimi  uşaq 
tərbiyəsində,  şəxsiyyətin  formalaşmasında,  mühit,  irsiyyət  və 
tərbiyə problemlərinin həllində ardıcıl olmamış, mühiti ingilab 
yolu ilə dəyişmək ideyasını irəli sürməmişdilər. 
 Hər  bir  müəllim  uşaq  ruhuna  təsir  göstərməyi  bacarmalıdır, 
əgər  bacarmırsa,  onun  uşaqlar  arasında  da  nüfuzu  yüksək  ola 
bilməz. 
    Görkəmli  sovet  pedaqoqu  N.K.Krupskaya  “Tərbiyə  işləri 
haqqında” məqaləsində yazırdı: “Tərbiyə vermək üçün müəllim 
şagirdin  marağını,  dünyagörüşünü,  səyini,  həyat  təcrübəsini, 
onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir.” 
    Müəllim  şagirdləri  hərtərəfli  öyrənmək  üçün  onlar  üzərində 
gündəlik müşahidələr aparmalıdır. Müşahidələrin nəticələri isə 
xüsusi dəftərdə qeyd edilməlidir. Bunun üçün hər sinif rəhbəri 
öz  sinfi  üçün  müşahidə  dəftərçəsi  tutmalıdır.  Müşahidə 
dəftərçəsi  olmayan  sinif  müəllimləri  şagirdləri  məktəbi 
qurtardıqdan  sonra  ona  xarakteristika  yazarkən,  ayrı-ayrı 
şagirdlərin  xüsusiyyətlərini  düzgün  qiymətləndirə  bilmirlər  və 
şagirdlər  üçün  yazılmış  bütün  xarakteristikaların  məzmunu 


102
 
 
eynilik  təşkil  edir.  Belə  xarakteristikalar  şagirdlərin  gələcək 
həyatında ciddi çətinliklər törədir. 
     Müəllimlər  şagirdlərə,  onların  öz  qabiliyyətlərini  inkişaf 
etdirmələri  üçün  gündəlik  istiqamət  verməlidirlər.  Belə 
şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır. 
     Lakin şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə 
inamsızlığı,  yoldaşlarından  geri  qalması,  müəllimin  düzgün 
olmayan  rəyi,  ailədə  çox  əzizləmək  kimi  hallar  şagirddə 
məsuliyyətsizlik yarada bilər. 
    Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də 
kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, 
nitqi  zəif  inkişaf  edən,  işi  səliqəsiz  yerinə  yetirən,  dikbaş, 
tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, 
yeni 
mövzunun 
sual-cavabla 
möhkəmləndirilməsi 
mərhələsində  kimlərə  və  hansı  suallarla  müraciət  edəcəyini 
nəzərə almalıdır.   
     Müəllim  yeni  materialın  izahı  prosesində  tədris  etdiyi 
mövzunu  elm  və  texnika  ilə,  habelə  müasir  həyatla 
əlaqələndirməli, həm də bunları rəvan, aydın, səlis və məntiqi 
danışmalı, tələsikliyə yol verməməlidir. 
     Bəzi  müəllimlər  şagirdlərə  evə  tapşırıq  verərkən  ciddi 
nöqsanlara yol verirlər. 
    K.D.Uşinski  bu  nöqsanlardan  bəhs  edərkən  yazırdı: 
“Müəllim  üçün  kitabda  müəyyən  səhifəni  dırnaqla  və 
karandaşla  işarə  edib,  onu  gələn  dərsə  kimi  öyrənməyi 
tapşırmaqdan  asan  şey  yoxdur.  Lakin  çox  erkən  vaxtdan 
özbaşına  buraxılan  şagirdin  bu  əziyyətli  səhifə  üzərində  necə 
can  çəkdiyini,  mənasını  bilmədən  onu  necə  əzbərlədiyini,  işə 
necə  yanaşmaq  lazım  olduğunu  bilməyərək  öz  zəhmətini 
dəfələrlə  necə  artırdığını,  həm  dəftəri,  həm  əllərini  və  həm  də 
üzünü mürəkkəbə bulayaraq yaza bilmədiyi hərf üzərində necə 
göz  yaşı  tökdüyünü  müşahidə  edin  –  o  zaman  siz,  bəzən 
şagirddə  təlimə  qarşı  nifrətin  haradan    doğulduğunu 
anlarsınız.” 


103
 
 
     Aparılan  təcrübələr  göstərmişdir  ki,  müəllimlər  ev 
tapşırıqlarından iki variantda istifadə etməlidirlər. 
     Birincisi, ev tapşırığı zəiflər üçün nisbətən sadələşdirilməli, 
qüvvətli  şagirdlər  üçün  biliyin  dərinləşdirilməsi  məqsədi  ilə 
mürəkkəbləşdirilməlidir. 
    İkincisi, ev tapşırığının verilməsi ilə əlaqədar olaraq təlimdə 
yetirməyən 
şagirdlər 
üçün 
müəllim 
onların 
nədə 
yetirmədiklərinə  aid  qabaqca  tapşırıq  müəyyən  etməlidir,  eyni 
zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, 
onların biliyini daha da dərinləşdirsin. 
    Evə  tapşırıq  verərkən  bərabərçiliyə  yol  vermək  olmaz.  Ev 
tapşırığının  fərdiləşdirilməsi  hər  bir  şagirdin  səmərəli 
işləməsini  gücləndirir,  onun  geriliyini  aradan  qaldırır  və 
müstəqil işləməsi üçün şərait yaradır. 
    Bütün  bunlar  şagirdlərin  elmi-dünyagörüşünü  və  onların 
dərin  biliklər  sisteminə  yiyələnməsinə  zəmin  yaradır.  Müasir 
dövrdə  yeni  insanların  formalaşması  əməli  vəzifəyə 
çevrilməlidir. 
 
                                                                           1985-ci il 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə