Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   23   24   25   26   27   28   29   30   ...   98

90
 
 
     Tədqiqatçının  “Ana  qatili”  mənzum  faciə  dramı  olub  və 
İranda hər iki dildə tamaşaya qoyulması planlaşdırılıb. 
     Qənirə xanım hazırda tarixi pyes və film ssenarisi üzərində 
işləyir.  O,  həyatda  hər  şeyi  olduğu  kimi  -  riyasız,  boyasız 
görməyi xoşlayır. Qənirə xanım həmişə şirin xəyallardansa, acı 
həqiqəti  qarşılamağı  üstün  tutur.  O,  insanlarda  əxlaq  saflığını, 
mərdliyi, 
nəcibliyi, 
iradəliyi, 
hər 
kəsin 
özünə  görə 
“böyüklüyünü” qorumasını yüksək qiymətləndirir. Onun yaltaq 
adamları görən gözü yoxdur. 
     Elm  aləmini  öz  kəşfi ilə  heyrətə  salan  gənc  dilçi-tədqiqatçı 
Qənirə xanım Bəyzadəyə bundan sonar da yeni-yeni yaradıcılıq 
uğurları arzulayırıq. 
 
 
                                  “Axşam” qəzeti, 20  yanvar  2001 - ci il.                                                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


91
 
 
 
      Ailədaxili münaqişələr və onların  
                aradan qaldırılması  
 
       Ailədaxili  münaqişələrin  baş  verməsindən  öncə  ailə 
daxilində  psixoloji iqlimin  nə  yerdə olduğunu müəyyən etmək 
vacibdir.  Çünki  ailədaxili  münaqişənin  yaranmasının  ilkin 
səbəbləri  ailədə  psixoloji  iqlimin  pozulması  zamanı  baş  verir. 
Yəni  ailədə  hər  hansı  bir  münaqişə  yaranarkən  ilk  növbədə 
ailədəki  psixoloji  mühiti  analiz  etmək  lazımdır.  Ailənin 
psixoloji  iqlimi  dedikdə  ərlə  arvadın,  valideynlərlə  uşaqların, 
uşaqlarla  uşaqların  qarşılıqlı  münasibətlərin  xarakteri  nəzərdə 
tutulur.    Ailədaxili  münasibətlər  də  öz  növbəsində  ailənin 
psixoloji  iqlimini  əks  etdirir.  Məsələn,  ailədə  baş  vermiş  hər 
hansı  xoşagəlməz  hadisə  ailədaxili  münasibətlərdə  istər-
istəməz  soyuqluq  yaradır,  ailədaxili  münasibətlərdə  narazılıq 
baş  verir.  Ailənin  psixoloji  iqliminə  həm  də  başqa  amillər  də 
təsir  göstərir  ki,  bunun  nəticəsində  də  ailədə  qanqaraçılıq, 
əhval-ruhiyyənin  pozulması,  bədbinlik  yaranır.  Ailə  daxilində 
sanki  bir  durğunluq  yaranır,  hər  kəsdə  özünəqapanma  prosesi 
baş verir. Bu hal günlərlə, hətta həftələrlə davam edə bilər. Bu 
kritik  vəziyyətdən  çıxmaq  üçün  ailə  başçısının  üzərinə  böyük 
məsuliyyət  düşür.  Çünki  ailənin  əsas  aparıcı  və  qərarverici 
şəxsi ər hesab olunur. Əlbəttə,  bu demokratik prinsiplərlə idarə 
olunan  ailələrə  şamil  olunmur.  Bu  avtoritar  qaydalarla  idarə 
olunan ailələrə aiddir. Ailə münasibətləri möhkəm təməl - yəni 
qarşılıqlı  sevgi,  qarşılıqlı  hörmət  və  rəğbət,  qarşılıqlı  inam, 
etibar,  vəfa,  qarşılıqlı  güzəşt  və  s.  üzərində  qurulmayıbsa,  o 
zaman ailədaxili psixoloji iqlimin pozulması nəticəsində həmin 
ailədə ərlə arvad arasında soyuma, bir-birindən uzaqlaşma, bir-
birini  günahlandırma,  təqsiri  kimsə  boynuna  almağa 
çalışmaması və evdə yersiz söhbətlərin günlərlə davam etməsi 


92
 
 
halları  baş  verir.  Və  belə  hadisələr  hətta  sonda  ərlə  arvadın 
boşanmasına səbəb ola bilər. 
      Ailədaxili psixoloji iqlim hər bir ailə üçün həyati əhəmiyyət 
kəsb edir. Ailədə əlverişli psixoloji iqlimin yaranması üçün ilk 
növbədə  ərin  üzərinə  böyük  məsuliyyət  düşür.  Çünki  ər 
ailədaxili  nizam-intizamı,  davranış  qaydalarını,  səmimi 
münasibətlərin 
formalaşdırılmasını, 
bir-birinə 
hörmətlə 
yanaşmanın,  qarşılıqlı  anlaşmanın,  emosional  halların  tənzim 
olunmasının  təmin  edilməsinə  nəzarət  etməlidir.  Ailədə  ərin 
özünə  qarşı  tələbkarlığı  ailənin  digər  üzvlərinə  qarşı    eyni 
münasibətdə  olduğunu  sübut  etməlidir.  O,  bunu  ailədaxilində 
özünün  rəftar  və  davranışında  göstərməlidir.  Yəni  hər  şeydən 
öncə,  valideyn  ailədə  övladları  üçün  bir  nümunə  olmalıdır. 
Çünki  uşaqların  tərbiyəsi  ailədə  valideynlərdən  çox  asılıdır. 
Demək, ailədə əlverişli psixoloji iqlimi ilk növbədə ər və arvad 
yaratmalıdır.  Psixoloqların  fikrincə,  ailədə  psixoloji  iqlimin 
yaradılmasında  ana  daha  fəal  rol  oynamalıdır.  Çünki  ailə 
daxilində  yaranan  emosional  münasibətlərin  mərkəzində  məhz 
ana  dayanır.  Ana  ataya  nisbətən  övladlarını  daha  yaxşı  başa 
düşür, onlarla daha asan dil tapmağı bacarır. 
      Ailədə qarşılıqlı hörmət və tələbkarlıq, qarşılıqlı etimad və 
kömək  normal  olmalıdır.  Bu  hallar  ailədə  movcud  deyilsə,  o 
zaman  həmin  ailədəki  əlverişli  psixolji  iqlimdən  söhbət  belə 
gedə  bilməz.  Ailədə  xırda  məsələlər  üzündən  yersiz  söz-
söhbətin  yaranması,  tərəflərin  bir-birini  günahlandırması, 
kiminsə güzəştə getməməsi, hətta bu zaman tərəflərin bir-birini 
təhqir  etməsi  səviyyəsinə  qalxması  ailədə  psixoloji  iqlimin 
korlanmasına  zəmin  yaradır.  Belə  hallar  adətən  uğursuz 
ailələrdə,  yəni  təməli  möhkəm  olmayan  ailələrdə  tez-tez  baş 
verir. Ancaq möhkəm təməl üzərində qurulmuş ailələrdə, yəni 
uğurlu  ailələrdə  belə  hallarda  qarşılıqlı  güzəşt,  nöqsanlara 
dözmək, bir-birini səbrlə dinləməyi bacarmaq, hər iki tərəfin öz 
səhvini  başa  düşməsi,  bir-birinin  şəxsiyyətinə  hörmət  etməsi, 
bir-birinə qayğı ilə yanaşması halları ilə qarşılaşırıq. 


93
 
 
      Hər  bir  ailədə  xırda  da  olsa  söz-söhbət,  kiçik  münaqişələr 
olur.  Bəzən  elə  başa  düşünülür  ki,  bu  münaqişələri  asanlıqla 
həll edə bilən insanların  hamısı  möhkəm  səbrə,  güclü  iradəyə, 
geniş  dünyagörüşünə  malik,  özünə  güvənən,  cəsarətli 
şəxslərdir. Ancaq bu hər zaman belə olmur. 
      Bildiyimiz kimi  ailədaxili problemləri asanlıqla həll etmək 
hər  zaman  mümkün  olmur.  Problemləri  həll  etməyin  əsasında 
ilk 
olaraq 
tərəflər 
arasındakı  danışıqlar,  məsələləri 
aydınlaşdırma,  bir-birini  səbrlə  dinləmə  durur.  Əsəbləşmədən, 
təmkinlə,  qarşılıqlı  anlaşma  yolu  ilə,  tərəflər  arasında  mövcud 
olan  möhkəm  etibar  hissini  əldə  əsas  tutaraq  münaqişəni, 
yaranmış  problemi  həll  etmək  mümkündür.  Bu  zaman 
tərəflərin  bir-birinə  güzəştə  getmək  bacarığını  və  istəyini 
hökmən  nəzərə  almaq  lazımdır.  Ancaq  bəzi  hallarda  tərəflər 
ailədə  baş  verən  münaqişə  və  problemlərin  həllinə  laqeyd 
yanaşaraq  onun  daha  da  dərinləşməsinə  rəvac  verirlər.  Bu 
zaman  tərəflərin  heç  birisi  öz  səhvini  görmək  istəmir  və  bir-
birlərinə güzəştə getmirlər. Belə olan halda ailədaxili ziddiyyət 
daha  geniş  vüsət  alır,  onun  həll  edilməsi  müşkül  məsələyə 
çevrilir. Bu vaxt yeganə çıxış yolu tərəflərdən birisinin hökmən 
güzəştə  getməsi  vacibdir.  Güzəştə  getməyin  ən  əsas 
xüsusiyyətlərindən  biri  qarşı  tərəfə  səhv  etmək  imkanını 
tanımaqdır. Onun üzərinə çox getməmək gərəkdir. Qarşı tərəfin 
hərəkətini  qınamaq,  ona  şübhə  ilə  yanaşmaq,  onda  səhv 
axtarmağa  cəhd  göstərmək  yersiz  hesab  edilməlidir.  Əks 
təqdirdə  gələcəkdə    bu  qarşı  tərəfin  daha  böyük  səhvlər 
etməsinə  şərait  yaradar.  Onu  da  unutmamalıyıq  ki,  həyatda 
səhvsiz adam, ideal insan yoxdur.  
      Mütəxəssislərin 
fikrincə, 
ailədaxili 
münaqişələrin 
yaranmasında  kişilərin  işsizliyi,  qadınların  cəmiyyətdəki 
rolunun artması böyük rol oynayır. 
       Bu  günə  kimi  azərbaycanlı  ailələrdə  adətən  əməyin 
ənənəvi bölgüsü aparılıb. Yəni ər işləyib evə pul gətirir, arvad 
isə  evdə  uşaqların  tərbiyəsi  və  ev  işləri  ilə  məşğul  olur.  Ev 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə