Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   19   20   21   22   23   24   25   26   ...   98

77
 
 
burada vuruşacaqsınız, mənsə toyda yeyib-içib şənlənəcəyəm? 
Bunu kişiliyimə heç cür sığışdıra bilmərəm. Qoyun bu döyüşdə 
erməni  dığalarının  ağız-burnunu  əzişdirək,  sonra  da  toy 
məsələsinə  baxarıq.  Bu  döyüşdə  Zaur  misli  görünməyən 
qəhrəmanlıq  göstərdi.  Ermənilər  həm  sayca,  həm  də  döyüş 
texnikası  cəhətdən  bizdən  xeyli  üstün  idilər.  Şiddətli  döyüş 
gedirdi.  Sıralarımız  getdikcə  seyrəlirdi.  Zaur  bütün  növ 
silahlardan  atəş  açırdı.  Döyüş  sursatımız  qurtarmaq  üzrə  idi. 
Ermənilər  isə  getdikcə  irəliləyirdilər.  Zaur  uşaqlara  dedi  ki, 
geri  çəkilsinlər.  Özü  isə  döyüş  meydanında  tək  qalacaq  və 
erməniləri  ləngidəcək.  Amma:  “Ölsək  də  bir  yerdə  öləcəyik, 
ancaq  geri  çəkilməyəcəyik,”  -  deyə  hamısı  bir  ağızdan 
dilləndilər.  Zaur  təkbaşına  çoxlu  erməni  öldürdü.  Bundan 
əlavə, o, bizə yaxınlaşmaqda olan BMP -ni qumbaraatan silahla 
vurub yandırdı. Elə bu zaman onu çoxdan bəri hədəfə almağa 
çalışan  erməni  snayperi  öz  istəyinə  çatdı.  Bir  andaca  Zaurun 
başı  çiyninə  düşdü.  Mən  tez  özümü  yetirib  onu  qucaqladım. 
Həmişə yoldaşlarına: “ölüm məndən qorxur” - deyən Zaur artıq 
keçinmişdi. İkinci atəş mənim qolumu yaraladı. 
     Məncə,  o,  döyüşdə  uşaqlarımızın  hamısı  qəhrəmancasına 
həlak  oldu.  Biz  Zaur  kimi  Vətən  oğullarını  heç  bir  zaman 
unutmamalıyıq... 
 
                Cəhənnəmdən qayıtmışlar 
 
      Sarıyev  Əli  Zöhrab  oğlu  1952-  ci  ildə  Beyləqan  rayonu 
Dünyamalılar  kəndində  anadan  olub.  O,  Yunan-  Roma  güləşi 
üzrə  5  dəfə  Azərbaycan    çempionu,  bir  çox  Ümumittifaq  və 
Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, metodist müəllim, 
Azərbaycanın maarif əlaçısı, ali dərəcəli məşqçidir. 
-  1993-cü il oktyabrın  31-də  şəxsi  “Jiquli” markalı maşınımda 
Ağdam rayonunda ermənilər tərəfindən əsir alındım. Mənimlə 
birgə  atam-1925  -  ci  il  təvəllüdlü  Sarıyev  Zöhrab  Abdulkərim 
oğlu, anam- 1929- cu il təvəllüdlü Sarıyeva Sifeyrə Misir qızı, 


78
 
 
1971-  ci  il  təvəllüdlü  Paşayeva  Gülnarə  Yaqub  qızı  da  əsir 
düşdü. 
     Əsir  düşmüş  qadınları  Xankəndində,  kişiləri  isə  Şuşa 
həbsxanasına  apardılar.  Əsirlikdə  olduğum  1  il  8  ay  8  gün 
müddətində ermənilərin azərbaycanlıların başlarına gətirdikləri 
min  cür  oyunların,  qəddarlığın,  vəhşiliyin  şahidi  oldum. 
Qəzetinizdə  yazdığınız  azərbaycanlı  əsirlərin  ermənilər 
tərəfindən  hansı  işgəncələrə,  dözülməz  müsibətlərə  məruz 
qaldıqları  barədə  göstərilən  faktlar  hamısı  doğrudur.  Mən 
donuzlara  baxırdım.  Uşaqlara  isə  ac-susuz  meşədə  ağac 
qırdırırdılar. Axşamlar gətirib yenidən kameraya salırdılar. 
     Bir  gün  kamera  yoldaşlarım  mənə  donuzlara  verilən 
yeməkdən  onlara  da  gətirməyi  xahiş  etdilər.  Bundan  əvvəl  bir 
neçə  dəfə  donuzlara  verilən  yeməkdən  gizlicə  kamera 
yoldaşlarıma  vermişdim.  Ancaq  növbəti  dəfə  ermənilər  bunu 
gördülər.  Onlar  məni  atamın  gözləri  qarşısında  vəhşicəsinə 
döydülər.  Sonra  isə  ayağımdan  yerə  mıxladılar.  Atam  mənə 
baxıb  gözünün  yaşını  sel  kimi  axıdırdı.  Mən  isə  dözürdüm. 
Bundan  sonra  məni  yaralı  vəziyyətdə  yarıya  kimi  su  ilə 
doldurulmuş  zirzəmiyə  saldılar.  Ayağım  şişməyə  başlamışdı. 
Həmin  vaxt  Qırmızı  Xaçın  nümayəndələri  olmasaydı,  elə 
oradaca  öləcəkdim.  Ermənilər  ağır  yaralı  əsirləri  Qırmızı 
Xaçdan  gizlədirdilər.Yoldaşlarım  mənim  barəmdə  onlara 
məlumat verəndən sonra ermənilər məni zirzəmidən çıxartmalı 
oldular. 
     Ertəsi  gün  QXC-nin  nümayəndələri  bir  neçə  xəstə  əsirlə 
birlikdə  məni  Xankəndindəki  xəstəxanaya  apardılar.  Orada 
üzərimdə ağır cərrahiyyə əməliyyatı aparıldı... 
     1995-ci  il  iyulun  8-də  QXC-nin  köməyi  ilə  cəhənnəm 
əzabından azad oldum. 
     Sarıyev Zöhrab Abdulkərim oğlu
,
 1925- ci ildə Beyləqan 
rayonun  Dünyamalılar  kəndində  anadan  olub.  1993-cü  il 
oktyarbın  31-də  Ağdam  rayonunda  əsir  düşüb.1994-cü  il 
aprelin 8-də QXC-nin köməyi ilə əsirlikdən azad edilib. 


79
 
 
-  Əsir  olduğum  müddətdə  ermənilər  tərəfindən  həyatımda 
görmədiyim  vəhşiliklərin,  amansızlıqların  şahidi  oldum. 
Əsirlərimizin başlarına gətirdikləri dözülməz işgəncələr barədə 
qəzetinizdə ətraflı yazmışdınız. Onu da qeyd edim ki, ermənilər 
əsirlərlə elə rəftar edirdilər ki, bunları dilə gətiriləsi deyil.Onlar 
bizim  ölüləri  də  təhqir  edirdilər.  Bizi  Azərbaycan 
qəbiristanlıqlarına  aparıb  oradakı  yaxşı  baş  daşlarını  sökdürüb 
maşınlara  yığdırırdılar.  Bunlarla  ürəyi  soyumayan  ermənilər 
cavan  rəhmətə  getmiş  soydaşlarımızın  qəbirlərini  sökdürməyə 
məcbur edir, meyitlərin qızıl dişlərini çıxardırdılar.  
     Abutalıbov Mikayıl Musa oğlu, 1955-ci il avqustun 16-da 
Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. 1993-cü ilin 
aprel ayında Kəlbəcərin işğalı zamanı əsir düşüb. 
-  Mən 1970-ci ildən  Bərdə rayonunun Qaradəmirçi kəndində 
traktorçu  işləyirəm.  Kəlbəcərin  işğal  olunması  xəbərini 
eşidəndə qohumlarımdan xəbər tutmaq üçün oraya getdim. Onu 
da deyim ki, mən Kəlbəcərdə qalan 9 yaşlı oğlum, əmim Lətif, 
əmim    yoldaşı  Namazova  Xəzangülü,  xilas  etməkdən  ötrü 
bacanağım Məmmədov Novruz və yeznəm Mirzalıyev Kamalla 
birlikdə  oraya  getməyi  qərara  aldıq.  Mən  əvvəlcə  onların 
getməsinə  etiraz  etdim.  Ancaq...  Kəlbəcər  yolunda  hamımız 
ermənilər  tərəfindən  əsir  götürüldük.  Biz  erməni  daşnakların 
əsirlərimizə 
verdikləri 
görünməmiş 
işgəncələrin, 
qəddarlıqların, iyrənc vəhşiliklərin, əxlaqsızlığın şahidi olduq...  
     Əsirlikdə  olduğum  müddətdə  həytımda  görmədiyim  və 
ağlıma  belə  gətirə  bilmədiyim  hadisələrin  şahidi  oldum. 
Ermənilərin  azərbaycanlı  əsirlərin,  xüsusilə  əsir  düşmüş 
döyüşçü  əsgərlərin  başlarına  gətirdikləri  amansızlıqları  və 
qeyri-insani  hərəkətləri  öz  gözlərimlə  gördüm.  Bəzən  elə  an 
olurdu  ki,  öz  əzablarımı  unudurdum.  Şuşa  həbsxanasında 
olarkən bizi meşəyə ağac qırmağa aparırdılar. Səhərdən axşama 
kimi  işləyirdik.  Axşam  həbsxanaya  gətirəndə  həyətdə  bizi 
sıraya  düzüb  möhkəmcə  döyürdülər,  sonra  da  “indi  axşam 
yaxşı  yatarsız”-  deyə  kameralara    salırdılar.  Uşaqların  çoxu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə