Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

74
 
 
Hiss  etdim  ki,  daha  gücüm  tükənir,  gözlərimə  qaranlıq  çökür. 
Bir  də  gözlərimi  açanda  ağ  xalatlı  həkimləri  gördüm.  Nəfəsi 
şlanqla  alırdım.  Əlimi  yuxarı  qaldırıb  onları  salamladım. 
Gördüm ki, həkimlər əsəbiləşdilər və ermənicə söydülər. Mən 
başa  düşdüm  ki,  bura  ermənilərin  hospitalıdır.  Bundan  sonra 
əlim ixtiyarsız yanıma düşdü. “Demək, məni əsir götürüblər”,- 
deyə düşündüm. 
     Bilirdim ki, ermənilər əsir götürdükləri Azərbaycan əsgərini 
sağ  buraxmırlar.  Məni  ona  görə  ayıldıblar  ki,  məndən  nəsə 
öyrənsinlər. Sonra işimi bitirəcəklər. Ancaq Allah- Təala məni 
özü amansız  ermənilərdən qoruyub saxladı. 
     Ertəsi gün xoşbəxtlikdən QXC-nin nümyəndəsi gəldi. Məni 
bu vəziyyətdə görüb təcili Xankəndinə- xəstəxanaya götürməyi 
təkid  etdi.  Həmin  gün  QXC-nin  nəzarəti  altında  məni 
Xankəndinə  gətirdilər.  Xəstəxanada  üzərimdə  cərahiyyə 
əməliyyatı aparıldı. QXC-nin köməyi ilə tam sağalandan sonra 
məni kamendaturaya apardılar. On gün orada qaldım, necə əsir 
düşdüyümü  soruşdular.  Anladım  ki,  onlar  mənim  döyüşçü 
olduğumu  bilmirlər.  Ona görə də  erməni zabitini inandırmağa 
çalışdım  ki,  mülki  vətədaşam.  Bakıda  kommersiya  işləri  ilə 
məşğul oluram. Ağdama qohumlarımızın ev əşyalarını maşınla 
aparmağa  gəlmişdim.  Maşını  vurub  partlatdılar,  iki  nəfər 
qohumum  öldü,  məni  isə  qaçanda  arxadan  güllə  ilə  vurdular. 
Ermənilərdən  biri  tez  soruşdu  ki,  vurulan  sarı  rəngli  maşın 
idimi?  Mən  onun  dediyini  təsdiqlədim.  “Səni  biz  əsir 
götürmüşük”,  -  deyə  həmin  erməni  doğru  danışdığımı 
təsdiqlədi. On gündən sonra məni yenidən Martuniyə gətirdilər. 
Orada  ermənilər  mənim  döyüşçü  olduğumu  bilirdilər.  “Aha, 
biz səni  axtarırdıq”- deyə  məni  əsir  götürən erməni  əsgərləri 
dubinka ilə döyməyə başladılar. Onların fikiri məni döyə-döyə 
öldürmək  idi,  amma  Qırmızı  Xaç  buna  imkan  vermədi. 
Vəziyyəti hər tərəfli anlayan QXC-nin nümayəndəsi Pyer məni 
oradan çıxarıb Xankəndindəki həbsxanaya gətirdi. Çünki Pyer 
başa  düşdü  ki,  Martunidəki  ermənilər  mənim  döyüşçü 


75
 
 
olduğumu  bilirdilər  və  tezliklə  məni  öldürəcəkdilər. 
Həbsxanada  olarkən  kamera  yoldaşlarımla  çox  danışmağı 
xoşlamırdım.  Ona  görə  ki,  ermənilər  bizim  söhbətlərimizə 
qulaq asırdılar. 
 
-Sizinlə  bir  kamerada  olan  yoldaşlarımızın  adlarını  deyə 
bilərsənmi? 
-    Mən  onlardan  ancaq  ikisinin  adını  deyə  bilərəm.  Onlardan 
birinin  adı  Həsən  idi,  Füzulidən.  İkinci  oğlan  isə  kəlbəcərli 
Mamedov Novruz idi. 
-Yemək, su necə? Verirdilərmi? 
-  Yemək  deyəndə  ki,  sutka  ərzində  bir  qab  qaynadılmış 
buğdanın suyu, bir də iki barmaq enində qara çörək verirdilər, 
bir kruşka da su. Sutka  ərzində  yediyim  yemək  bundan ibarət 
idi. 
-Sizi işlədirdilərmi? 
-  Bəli,  bizi  Ağdama  gətirib,  evləri,  qəbiristanlığın  dəmir 
hasarlarını,  təzə  qəbirlərin  baş  daşlarını  sökdürürdülər.  Həmin 
daşların üzünü yonub öz ölənləri üçün baş daşı düzəldirdilər. 
Bir  müddət  keçəndən  sonra  məni  həbsxanadan  çıxarıb 
Xankəndindəki 
avtomobil  məktəbində 
yerləşən  erməni 
batalyonuna gətirdilər. 
- Ermənilərin “humanistliyi”nin heç şahidi olmadınızmı? 
-    Hansı  humanistliyi  nəzərdə  tutursunuz,  onu  deyə  bilmərəm, 
mən  həqiqətən  də  bir  daha  şahid  oldum  ki,  ermənilər  türk 
millətinin    bağışlanmaz  düşmənidir.  Onu  da  deyim  ki,  mənim 
əzablı günlərim həmin batalyona gətiriləndən sonra başladı. 
    Hər  gün  bizi  möhkəmcə  əzizşdirirdilər.Sifətimizdən, 
başımızdan  qan  axdığını  görən  ermənilər  Bax,  türkün  qanını 
beləcə  axıdarlar”,-  deyə  sevinirdilər.  Sonra  onlar  bizi  qanlı-
qanlı  “ovçarka”  itlərinin  saxlandığı  yerə  atırdılar.  Ermənilər 
bunu  belə  izah  edirdilər  ki,  qoy  onların  itləri  də  türk  qanını 
tanısınlar,  harda  türk  gördülər,  ona  hücum  etsinlər.  “Bizim 


76
 
 
hətta,  itlərimiz  də  türk  qanına  susamağı  öyrənməlidir”,-  deyə 
erməni dığaları qəhqəhə çəkib gülürdülər. 
     Ermənilərin qəddarlığını sadalamaqla qurtaran deyil, onların 
azərbaycanlı  əsirlərinə  qarşı  etdikləri  qeyri-  insani  hərəkətləri 
bütün dünya ictimaiyyətinə  çatdırılmalıdır. 
    Bəzən  elə  olurdu  ki,  əsirlər  qabaqlarındakı  buğda  suyunu 
yedikləri  zaman  erməni  əsgəri  xoşuna  gəlməyən,  gözünə  pis 
görünən əsiri qəfildən arxadan taxta və yaxud da odun parçası 
ilə başından vurub qanını yediyi qaba axıdırdı. Əgər ermənilər 
bir  nəfəri  başqa  əsirlərə  nisbətən  hər  gün  daha  çox 
döyürdülərsə,  deməli,  həmin  adam  artıq  ölümə  məhkum 
olunubdur. O, ölməliydi. Onlar hər həftə bir əsir öldürürdülər. 
     Ermənilərin  bu  “qanunu”  Şuşa  həbsxanasında  da  icra 
edilirdi.  Bu,  təkcə  “döyərək  öldürmə”  üsuluna  aid  idi. 
Ermənilər  bayramlarında  isə  mütləq  türk  başı  kəsməliydilər. 
Onlar  həmin  bayramlarda  əsir  düşmüş  azərbaycanlını  öz 
övladlarının  qəbri  üstünə  aparıb  qəbr  üstündə  bu  “mərasimi” 
yerinə  yetirirdilər.  Əsir  düşmüş  qadın  və  qızlarımızın  başına 
açdıqları iyrənc hərəkətləri isə dilə gətirmək mümkün deyildir. 
     Açığını deyim ki, “Qırmızı Xaç” olmasaydı, ermənilər bircə 
nəfər də olsun, azərbaycanlı əsirini sağ  verməyəcəkdilər. Onlar 
QXC-dən bir az çəkinirdilər...
 
     Beləliklə, 1996-cı il mayın 10-da 67 nəfər azərbaycanlı əsir, 
həmçinin  mən  QXC-nin  köməyi  ilə  uzun  sürən  cəhənnəm 
əzabından  xilas  edildik.  Elə  şeylər  var  ki,  onları  demək 
mümkün deyil. Ancaq mən 1993-cü il dekabrın 15-də Martuni 
istiqamətində  gedən  döyüşlərdə  göstərdiyi  qəhrəmanlıqlara 
görə  bir  nəfəri  xüsusi  geyd  etmək  istəyirəm.  O,  leytenant 
Əliyev  Zaur  Novruz  oğlu  idi.  Ölümün  gözünə  dik  baxan, 
qorxmaz, igid oğlanlardan biriydi. Zaur ailənin yeganə oğlu idi. 
İki bacısı var. Həmin il dekabrın 27-də bacısının toyu, yanvarın 
1-də  isə  öz  toyu  olmalıydı.  Döyüşə  getməmişdən  əvvəl 
hamımız  bir  yerə  toplaşıb  Zauru  evlərinə  yola  salmaq  istədik. 
Ancaq  Zaur  bizim  təklifimizə  qəti  etiraz  etdi.  Dedi  ki,  siz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə