Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

61
 
 
verlişlər    hazırlayıb  cəmiyyət    qarşısına  çıxdı.  Axı,  cəmiyyətin 
mövcudluq tərzinin özündə ciddi irəliləyiş hiss edilir, insanın maddi - 
mənəvi  nemətlərlə  təminatı  əhəmiyyətli  dərəcədə    yaxşılaşdırmaq, 
həyat  səviyyəsini  yüksəltmək  üçün  şərait  yaranır.  Təəssüf. 
İllüziyalara  qapılmaq  keçid  dövrünün  reallıqları  ilə  hesablaşmamaq 
olardı  -  deyib  operator  kimi  kameraya  sarılır,  «Vətən»  adlı  bir 
köynəyə  bürünüb  hadisələrin  önündə    gedib,  onlara  çıraq  tutur. 
Bilirdi ki, demokratiya da olacaqdı, sərbəst cəmiyyət də, yol nə qədər 
uzun olsa da… Qeyri - bərabər amansız müharibə də millətin başının 
üstünü  qara  kabus  kimi  kəsib  durmuşdu.  Hələ  heç  20    yanvar 
faciəsinin  göynərtisi  sinələrdən  qopub  qurtarmamışdı.  O  məqamda  
Çingizin səsi neyi xatırladırdı. Özü də elə bil təzədən şəhid qanı ilə 
suvarılmış  torpaqdan  yenicə  «cücərmişdi».  Addım  -addım    cəbhə 
boyu  irəliləyir,  bir  əlində    avtomat,  o  biri  əlində    kamera:  yeri 
gələndə  əsgər  olurdu,  yeri  gələndə  komandir.  Elə  bir  dövrdəki 
səbatsız hakimiyyət ölkədə baş verən əsl həqiqəti gizlədirdi. Moskva 
çalan  hava  ilə  oynayır,  sonrakı  hakimiyyət  də    xalqın  dilindən 
danışaraq əslində xalqı qan içində boğurdu. Cəbhə xətti əlində silah 
tuta bilməyən gənclərin ölüm düşərgəsi idi. Bir tərəfdən də müxtəlif 
təyinatlı, müxtəlif məzmunlu təxribatlar. 
      Ulu  ideya  -  vətənin  azadlığı,  müstəqilliyi  ideyası  Çingiz  üçün 
hava  -  su  kimi  olduğundandır  ki,  o  gerçəkliyi  müharibənin  ideoloji 
motivlərinə uyğunlaşdırmağa çalışırdı. Təəssüf  ki, nə birlik vardı, nə 
də  nizamlı  ordu  və  rəhbərlik.  Hər  halda  toplanan  təcrübə  insana 
perspektivli  təkamül  modeli  yaratmağı  öyrətməlidir.  Dahi  Dizraeli 
belə bir ifadə işlədib: «Mənasız yaşamaq üçün ömür çox qısadır». 
Bu  gəncin  həyatı  o  qədər  mənalı  idi  ki,  onun    ömrü  əsrlərə  bərabər 
tutula  bilər,  yaşadığı  dövrdə  demək  olar  ki,  bütün  keşməkeşli 
hadisələr onun həyatını biçib keçdi, ölümə doğru bir addım yol açdı. 
Əsrin  ən  böyük  soyqırımı  olan  Xocalı  faciəsi  yada  salındıqda 
Çingizin  hönkürtüsünü  eşidirik.  Bu  dəhşətli  faciədə  minlərlə 
xocalılara  arxa  oldu,  onlara  dayaq  durdu  Çingiz.  Sahibsiz  qalmış 
xocalıların  harayına  təkcə  Çingiz  yetdi,  təkcə  Çingiz  ağı  deyib 
ağladı. Bir elin dərdini ağır tabut kimi Çingiz çiyninə tək götürdü. Bu 
iniltili, insanları yanıb - yaxan sızıltılı səs bu faciəni bütün dünyaya 
yaydı.  Bu  həqiqətin  hönkürtüsü  idi.  Həm  də  Çingizin  bu  hayqırtısı 
xalqın  harayı  kimi  dünya  ictimaiyyətinə  Azərbaycan  həqiqətini 
çatdırdı.  Çünki  bu  hönkürtü  onun  xalqına olan laqeydliyin  faciəsini 


62
 
 
özündə  əks  etdirirdi.  Bu  zaman  dövlət  rəhbərliyi  susur,  erməninin 
dəyirmanına  su  tökür,  beynəlxalq  ictimaiyyət  isə  «yazıq  erməni» 
millətinə dəstək verirdi. Çingiz kamerası isə faktı fakt dalınca ortaya 
qoydu.  Budur  Vətənə    oğulluq!Budur  Vətənə,  torpağa  məhəbbət  və 
bağlılıq! 
     İndi  Çingiz  Mustafayevin  adı  ANS  ÇM  -  nin  döyüş  himnidir: 
«Döyüş alnımıza yazılıb». Və hər xəbər başlığı bir qayda olaraq belə 
başlayır:  «Ermənistanın  Azərbaycana  təcavüzü  davam  edir».  Elə  ki, 
bu  başlıq  dəyişib  qələbə  müjdəsini  verdi,  bax,  o  zaman  Çingiz 
Mustafayevin ruhu da şad və rahat olacaq. 
 
                                                                 Bakı, 2004 - cü il. 
 
 Dəli bir nərə çəkmək keçir könlümdən 
 
 
     Bu  gün  çiynimizdə  zamanın  ağır  yükü,  içimizdə  keçmiş 
illərin  dərd-səri  yaşayır.  Çoxdandır  ki,  işimiz,  fəaliyyətimiz 
idealımıza,  arzumuza  uyğun  gəlmir.  Təbiətimizdə  də, 
mənəviyyatımızda  da  uyarsızlıqlar  yaranıb.  Bir  sözlə,  indi 
özümüz-özümüzə qarşı, sosial “mən”imiz iç “mən”imizə (“real 
mən”imizə) qarşı dayanıbdır. 
     Uzun  illərdən  bəri  yığılan,  qovr  eləyən  ağrılar  ayrı-ayrı 
adamların  deyil,  elin,  obanın  qəm  yüküdür.  Elin  qəm  yükünü 
yalnız elliklə daşımaq, elliklə aşırmaq olar. 
 Keçmiş  illərin  sıxma-boğmaları  adamlara  öz  sözünü  deməyə 
imkan  verməyib.  Ona  görə  də  dərd  ürəyimizdə  illərlə  qovr 
eləyib,  saxta  vədlərə,  uydurma  hesabatlara  inanmışıq. 
Şüurumuza  yad  qüvvələr  məqsədli  təsir  edərək,  təfəkkür 
tərzimizi  dəyişdirməyə  çalışmışlar.  Adamları  daha  çox 
maddiyyət arxasınca qaçmağa sövq etmişlər. Mənəviyyatı arxa 
planda  göstərmək  üçün  həmin  qüvvələr  dəridən-qabıqdan 
çıxmışlar. Ən əsası da həmin qüvvələr uzun illərdir ki, bizi öz 


63
 
 
soy kökümüzdən uzaqlaşdırmaq üçün əllərindən gələni edirlər. 
Əlbəttə,  sonunda  maddiyyəti  hər  şeydən  üstün  tutanlar  yad 
qüvvələrin  zahiri  parıltılarına  aldanaraq  onların  “qulu”na 
çevirilmişlər.  Ancaq  öz  soy  kökünə  qırılmaz  tellərlə 
bağlananlar, milli mənəvi dəyərləri hər şeydən uca tutanlar bu 
yad ünsürlərə qarşı  əsrlər boyu daim mücadilə  ediblər. Ancaq 
bu mücadilədə yetərincə hamımız bir yerdə ola bilmirik. Nadan 
insanlar  hər  zaman  olub.  Buna  görə  də  suyumuzun, 
çörəyimizin dadı qaçıb, bərəkəti azalıb, torpağımızın mayasına 
haram qatılıb. Xalqın yüzillər boyu uğrunda mübarizə apardığı 
azadlıq indi qəfəsə salınıb. 
     Hazırda  həyatımızda  kəskin  dönüş  dövrü  başlanmışdır. 
İdarəetmə strukturlarında sürətli dəyişikliklər edilir. “Nə varsa 
mənimdir”,  “Mən  olum,  uşaqlarım  olsun,  bir  də  qapımızı  tez-
tez  açan  “dolu  əllər”  prinsipilə  idarəetmə  aparatında  özlərini 
“əbədi” möhkəmləndirənlər indi bu aparatdan uzaqlaşdırılır.” 
     Bu  “ağıl”,  düşüncə  sahibləri  etdikləri  əməlləri  ilə  milli 
ocaqlarımızı  demək  olar  ki,  tamamilə  söndürmək  təhlükəsi 
qarşısında qoymuşdular. İndi  gec də olsa, bu ocaqları  yenidən 
şölələndirmək bu  günün təxirəsalınmaz işi olmalıdır. Onsuzda 
hər işimizdə həmişə gecikirik... 
 
 
                                                               Bakı, 1993-cü il. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə