Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

53
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                Şam tək əriyən ömür 
 
      Dünyada hamıya əziz, doğma və müqəddəs sayılan bir peşə 
var.  Bu,  ölçüyə  sığmaz,  cəmiyyətin  ziyalı  təbəqəsi  hesab 
edilən,  insan  mənəviyyatına  ölçü  vahidi  olan  müəllim 
peşəsidir. 
      Biz  hamımız  məktəb  partası  arxasına  keçəndən  bəri 
müəllim  sözünün  istisinə  isinmiş,  müqəddəsliyinə,  ucalığına 
çatmışıq. 
      Müəllim ömrü şam tək  əriyib  öz  yetirmələrin  yolunu  daim 
işıqlandırır.  Belə  müəllimlərdən  biri  də  Eyvazov  Qədir  İzzət 
oğludur.  
    Q.Eyvazov  1940-cı  ildə  Cəlilabad  rayonunun  Ocaqlı 
kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirən 
Qədir müəllim 1964 -1969 - cu illərdə M.F.Axundov adına Rus 
dili və Ədəbiyyatı institutunda ali təhsil almışdır. 


54
 
 
    İlk  təyinatını  1969-cu  ildə  Cəlilabad  rayonunun  Sərhədabad 
kəndinə alan Qədir müəllim  iki il orada işlədikdən sonra, 10 il 
Alar  kənd  orta  məktəbində  pedaqoji  fəaliyyətini  davam 
etdirmişdir. 
    O, 1983-1992-ci illərdə Andryevka kənd orta məktəbində rus 
dilini  tədris  etmişdir.  Qədir  müəllim  1992-ci  ildən  bu  günə 
kimi,  Ocaqlı  kənd  2  saylı  orta  məktəbində  tədris  işləri  üzrə 
müdir vəzifəsində işləyir. 
    Qədir  müəllim  harada  işləməsindən  asılı  olmayaraq, 
şagirdlərindən  bilik  və  bacarığını  heç  bir  zaman  əsirgəməmiş, 
onların  ali  məktəblərə  qəbul  olunub,  ixtisaslı  kadr  kimi 
yetişməsində  əlindən  gələni  etmişdir.  Təsadüfi  deyildir  ki, 
Abdulhəsənov  Mirmehdi  (Sərhədabad  kəndində),  Teyyub 
Bağırov  (Alar  kəndində)  kimi  rus  dili  müəllimləri  Qədir 
müəllimin  yetirmələridir.Andryevka  kəndində  isə  Qədir 
müəllimin  5  nəfər  şagirdi  M.F.Axundov  adına  APİ-ni  bitirib. 
Onlardan  Ş.Sadıqov  və  Zəminə  Məmmədova  ayrı-ayrı 
məktəblərdə,  A.Nəzərov  və  S.Nəzərova  isə  Qədir  müəllimlə 
eyni pedaqoji kollektivdə çiyin-çiyinə işləyirlər. 
    Bağban  əkdiyi  ağacların  meyvəsini  görəndə  sevindiyi  kimi, 
müəllim  də  öz  yetirmələrini  onunla  bərabər  bir  kollektivdə 
işləyən  gördükdə,  özündə  daxilən  qürur  hissi  keçirir,  qəlbən 
sevinir.  Ona  görə  sevinir  ki,  şagirdlərinin  üstündə  çəkdiyi 
zəhməti hədər getməyib. 
    Bəli, Qədir müəllimin bu gün öz yetirmələri ilə fəxr etməyə 
mənəvi haqqı var. 
Biz  Qədir  müəllimi  60  illik  yubileyi  münasibətilə  səmimi 
qəlbdən təbrik edir, ona həyatda ən ümdə olan can sağlığı, uzun 
ömür,  pedaqoji  fəaliyyətində  yorulmazlıq  və  əzmkarlıq 
arzulayırıq. 
    Qədir  müəllim,  qoy  sizin  şagirdlərinizə  verdiyiniz  elm  nuru 
onların  gələcək  həyatlarını  daim  işıqlandırsın!  Və  bu  nur 
Sizdən heç zaman əskik olmasın! Amin! 


55
 
 
     Hər  zaman  müəllimlərinin  zəhmətini  özündə  yaşadan,  özü 
müəllim  olsa  da,  amma  həmişə  onların  hörmət  və  ləyaqətini 
qoruyub saxlayan keçmiş şagirdiniz Camal Zeynaloğlu. 
 
 
                                        “Son söz” qəzeti, iyun 2000-ci il. 
 
 
 
 
 
 
 
 
        İçimizdə buz bağlamış ağrılar 
 
                   (“Uğursuz nikah” kitabına sözardı) 
 
      Sovet 
İmperiyasının  xərabəlikləri  üzərində  qurulan 
Müstəqil Azərbaycan Respublikası vətəndaşlarının demək olar 
ki,  əksəriyyəti  həmin  cəmiyyətin  mənəvi-siyasi  dəyərləri 
ruhunda  tərbiyə  aldığı  üçün  hazırda  yaşadığımız  keçid  dövrü 
özünəməxsus  keyfiyyətlər  kəsb  edir.  Məlumdur  ki,  hər  hansı 
cəmiyyətin  sağlamlaşdırılması  onu  təşkil  edən  insanların 
mənəvi-siyasi keyfiyyətlərindən, hadisələri, psixoloji prosesləri 
qiymətləndirmək  qabiliyyətindən  çox  fərdi  səciyyə  daşısa  da, 
bütövlükdə  cəmiyyətin  adamlara  aşıladığı  mənəvi-psixoloji 
keyfiyyətlərin  məcmusunu  özündə  ifadə  edir.  Mənəvi 
dəyərlərin  aşınması  isə  ayrı-ayrı  fərdlərin  əxlaqına,  həyat 


56
 
 
tərzinə,  dünyagörüşünə,  cəmiyyətdəki  mövqeyinə,  nəticədə 
mənəvi  keyfiyyətlərinə  çox  böyük  təsir  göstərir.  Bazar 
iqtisadiyyatına  keçid,  iqtisadi  islahatlar,  özəlləşdirmə  insanlar 
arasındakı münasibətlərə yeni meyarlardan yanaşılmasını vacib 
edir.  Xalqımızın  dini,  əxlaqi  ənənələri  arasında  varislik 
prinsiplərinin pozulması ayrı-ayrı adamların taleyində həlledici 
rol  oynayır.  Mənəvi  dəyərlərə  birtərəfli  yanaşması,  valideyn-
övlad,  ər-arvad,  bacı-qardaş,  qohum-tanış  münasibətlərinin 
bəzi  hallarda  deqredasiyasına  gətirib  çıxarır.  Valideyn 
himayəsindən çıxmış,  həyatda öz  yerini  tutmağa  çalışan, lakin 
mənəvi-əxlaqi  keyfiyyətləri  formalaşmış  gənclərin  acı  taleyi 
indi  bütün  ziyalılarımızı,  sənətkarlarımızı  ciddi  narahat  edir. 
Taleyin  acısını  dadmış  cavanlarımızın  həyatın  amansız 
məngənəsində  sıxılması,  özlərinə  müəyyən  mövqe  qazanmaq 
üçün dəridən-qabıqdan çıxması, mənəvi-əxlaqi keyfiyyətlərinin 
aşınması  nəticədə  bütün  cəmiyyətin  ümumi  bəlasına  çevrilir. 
Bütün  bunları  nəzərə  alaraq  həyatda  addımları  bərkiməmiş, 
cəmiyyətdə  mövqeyi  möhkəmlənməmiş  gənclərin  həyat 
təcrübəsinin  öyrənilməsi,  ümumiləşdirilməsi  və  geniş  şəkildə 
işıqlandırılması  olduqca  vacibdir.  Deyirlər,  bilməmək  ayıb 
deyil,  bilməyib  öyrəməmək  ayıbdır.  Bu  mövzuda  yazılan 
əsərlərin  tərbiyəvi  potensialı  təbii  ki,  çox  yüksək  olmalıdır. 
Həyatdan gələn hadisələr, faktlar, bütünlükdə real şəraitə güclü 
təsir göstərir. 
     Bu  gün  mənəviyyatımızdakı  nöqsanların  qabarıq  şəkildə 
özünü  göstərməsinə  əsas  səbəblərdən  biri  bu  incə  məsələyə 
qarşı laqeydliyimiz, prinsipialsız mövqe tutmağımız olmuşdur. 
Bunun nəticəsində də cəmiyyətin ilkin özəyi hesab olunan ailə 
məsələlərimizə  xarici  faktorların  təsir  göstərməsinə  açıq  şərait 
yaranmışdır.  Bu  məsələdə  seyrci  mövqe  tutmağımızın  acı 
nəticələri göz qabağındadır. Indi nədənsə titrəməkdə olan adət- 
ənənələrimizin,  əxlaqi-mənəvi  dəyərlərimizin  dirəklərinin 
sanki nə vaxt tamamilə uçulub dağılacağını gözləyirik. Mənəvi 
dəyərlərin ucuz tutulması, həddindən artıq həssaslı və prinsipial 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə