Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

40
 
 
O,  zaman  T.  Bəhrəmov  həmin  məktəbdə  idman  müəllimi 
işləyirmiş. 
     Həmin  gündən  sonra  R.Yusifov  dünya  miqyasında  tanınan 
futbol  hakimi  Tofiq  Bəhrəmovun  məsləhəti  ilə  1952-ci  ildən 
«Spartak» cəmiyyətində boksla məşğul olmağa başlayır.  
     R.Yusifov  dəfələrlə  şəhər  və  respublika  birinciliklərinin, 
sonra  isə  SSRİ  çempionatının  iştirakçısı  olur.  1958  -  ci  ildə 
SSRİ idman ustası dərəcəsini alır. 
     R.Yusifov 
dəfələrlə 
SSRİ 
birinciliklərində 
və 
çempionatlarında  iştirak  edib  mükafata  layiq  yerlər  tutmasına 
baxmayaraq,  o  zaman  bəzi  haqsızlıqlarla  üzləşdiyini  də 
gizlətmir:  «Ümumittifaq  «Spartak»  cəmiyyətinin  yığma 
komandasının tərkibində ən güclü boksçular Azərbaycandan 
olsalar  da,  məhz  azərbaycanlı  olduğumuza  görə  bizim 
imkanlarımız  sıxışdırılır,  hüquqlarımız  əlimizdən  alınırdı. 
Beynəlxalq  yarışlarda  azərbaycanlı  boksçuların  iştirak 
etmələrinə sədlər qoyulurdu. Bu hal nəinki boks, digər idman 
növlərində  də  özünü  büruzə  verirdi.  Bir  dəfə  beynəlxalq 
yarışa  getmək  ərəfəsində  mənə  iynə  vurub  hərarətimi 
qaldırdılar  və  nəticədə  yarışa  digər  millətin  nümayəndəsi 
getdi.  Bu  kimi  ədalətsiz  hallarla  tez  -  tez  rastlaşdığıma  görə 
60  -  cı  illərin  əvvəllərində  idmandan  uzaqlaşdım  və  elmlə 
məşğul olmağa başladım». 
      R.Yusifov idman sahəsində olduğu kimi, elmi fəaliyyətində 
də  uğurlar  qazanmışdır.  Belə  ki,  1959  –cu  ildə  ADU  –nun 
geologiya  fakültəsini  bitirən  R.Yusifov  1965-ci  ildə  geologiya 
–mineralogiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə 
edir.  1976-80-ci  illərdə  Elmlər  Akademiyasının  geologiya 
institutunda  çalışdığı  dövrdə  isə  kiçik  elmi  işçi  vəzifəsindən 
böyük elmi işçi vəzifəsinədək yüksəlir. 


41
 
 
     1980-ci 
ildə 
respublikada 
seysmik 
tədqiqatların 
gücləndirilməsi 
məqsədilə 
təşkil 
olunan 
geofiziki 
ekspedisiyaya  R.Yusifov  da  daxil  edilir  və  bundan  sonrakı 
illərdə  zəlzələ  problemləri,  onun  nəticələrinin  aradan 
qaldırılması  ilə  məşğul  olur.  1984  –cü  ildə  Özbəkistandakı 
Qazlı zəlzələsində, 1985 –ci ildə Səmərqənd -Buxara, 1989 –cu 
ilin  iyununda  İranın  Rüdbar  və  1997  –ci  ildə  Ərdəbil 
zəlzələlərində  onun  nəticələrini  aradan  qaldırmaq  üçün 
Akademik  Arif  Həsənovun  rəhbərliyi  ilə  təşkil  edilmiş 
ekspedisiyasının  tərkibində  baş  geoloq  Ramiz  Yusifov  da 
vardı. 
     R. Yusifov 80-dən artıq elmi əsərin müəllifidir. 
     R.  Yusifovun  çoxillik  idman  karyerası  dövründə  yadda 
qalan  hadisələr  də  az  olmayıb.  Belə  ki,  1954  –cü  ildə 
beynəlxalq  turnirdə  iştirak  etmək  üçün  Tbilisiyə  gələn  R. 
Yusifov  gəzinti  zamanı  təsadüfən  şəhərdəki  göllərdən  birində 
azyaşlı oğlan uşağının boğulduğunu və onu xilas etmək istəyən 
anasının da batdığını görür və suya atılaraq onların hər ikisini 
xilas edir. 
     Həmin  axşam  idmançıların  qaldığı  mehmanxanaya  gələn 
uşağın  atası  R.  Yusifov  və  dostlarını  evinə  apararaq  böyük 
ziyafət  təşkil  edir.  Hazırda  R.  Yusifovun  xilas  etdiyi  həmin 
gürcü  balası  Moskva  Aviasiya  İnstitutunun  prorektorudur  və 
xilaskarı ilə ailəvi dostluq edir. 
20  illik  fasilədən  sonra  R.  Yusifovu  Azərbaycan  Boks 
Federasiyasının  prezidenti,  Akademik  Ağacan  Əbiyevin  və 
fəxri 
idman 
ustası,  Azərbaycanın  əməkdar  məşqçisi, 
beynəlxalq  dərəcəli  hakimi  Tofiq  Babanlının  təkidləri 
nəticəsində yenidən boksa qayıdır.  


42
 
 
    R. Yusifov 1995 –ci ildən beynəlxalq dərəcəli hakimdir. 
 Ramiz  müəllimlə  yadda  qalan  hadisələrdən  biri  də  1999  –cu 
ildə  ABŞ-da  kişilər  arasında  keçirilən  Boks  üzrə  Dünya 
birinciliyində  iştirak  etmək  üçün  yola  düşən  Azərbaycan 
idmançılarının  tibbi  pasportlarının  yaddan  çıxıb  Bakıda 
qalması olubdur. Buna görə Azərbaycan idmançılarını yarışdan 
kənarlaşdırmaq  istəyirlər.  Lakin  burada  həm  hakim,  həm  də 
heyət  rəhbəri  kimi  iştirak  edən  R.Yusifovun  səyi  ilə  yarışın 
başlanmasına  bir  neçə  dəqiqə  qalmış  idmançıların  yeni  tibbi 
pasportu  hazırlanır.  Heyət  rəhbərinin  göstərdiyi  operativlik 
hamını  təəccübləndirir.  Bundan  başqa,  həmin  vaxt  yarışın 
əvvəlində məşqçi Rauf Cabbarov xəstələndiyindən R. Yusifov 
hakimlikdən  imtina edərək  idmançıları  özü  yarışa  hazırlamağa 
başlayır. Həmin yarışda boksçularımız mükafatlandırıcı yerlərə 
sahib olurlar. 
      R.  Yusifovun  yadında  qalan  ən  maraqlı  hadisə  isə  onun 
rəqs  etməsi  ilə  bağlıdır.  Boksla  məşğul  olduğu  vaxtlarda  həm 
də  gözəl  rəqs  edən  Ramiz  müəllim  1959  –cu  ildə  Moskvada 
keçirilən  Azərbaycan  10  günlüyündə  ADU-nun  «Sevinc» 
ansamblının  tərkibində  onun  rəqqaslıq  fəaliyyətinigörən 
Mərkəzi  Komitənin  baş  katibi  Nikita  Xuruşşovonun  həvəskar 
olduğuna  inanmır.  Yalnız  Universitetin  rektoru  Akademik 
Şəfayət  Mehdiyev  və  Həmkarlar  Təşkilatının  sədri  Çingiz 
Həsənovun  bu  faktı  təsdiq  etmələrindən  sonra  Baş  katib 
ansamblı bir aylıq Bolqarıstana fəxri qastrola göndərir. 
    Ramiz  müəllimin  həyatında  maraqlı  anlar  olduqca  çoxdur. 
Bizim  məqsədimiz  bütün  bunları  sadalamaq  deyil.  Sadəcə, 
demək  istəiyrik  ki,  Ramiz  müəllim  həqiqətən  də  mənalı  və 
şərəfli bir həyat yolu keçibdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə